ABŞ-Azərbaycan tərəfdaşlığı Cənubi Qafqaz üçün çox önəmlidir
17.03.2025 [14:01]
Natiq Quluzadə,
YAP Zəngilan rayon təşkilatının sədri
Bu gün Azərbaycanın dünya dövlətləri birliyində mövqeyi möhkəmləndikcə, ölkəmizin təşəbbüsü ilə yaradılmış beynəlxalq təsisatların da nüfuzu durmadan artır. O cümlədən mövcud regional və qlobal problemlərin ətraflı müzakirəsi və bütün digər istiqamətlərdə məhsuldar fikir mübadilələrinin aparılması üçün son dərəcə əverişli beynəlxalq iqtisadi-siyasi platforma olan Bakı Qlobal Forumunun getdikcə daha böyük əhəmiyyət kəsb etməsi də artıq inkar olunmayacaq bir faktdır. Təsadüfi deyil ki, martın 13-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə öz işinə başlamış “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda keçirilən XII Qlobal Bakı Forumu tədbirin açılış mərasimində iştirak edən möhtərəm dövlət başçımız tərəfindən yüksək qiymətləndirilmişdir. Cənab Prezident Nizami Gəncəvi Beynəlxalq Mərkəzini belə bir mühüm beynəlxalq tədbiri yüksək səviyyədə təşkil etdiyinə görə təbrik etmişdir.
Hər zaman olduğu kimi, öz çıxışlarını obyektiv təhlillər və prinsipial yanaşmalar üzərində quran cənab Prezident İlham Əliyev bu dəfəki nitqində də beynəlxalq ictimaiyyəti son dərəcə narahat edən bir çox problemlərə toxundu. Dövlət başçımızın çıxışında diqqət mərkəzinə çəkilən əsas məqamlardan biri bu oldu ki, bu gün dünyada getdikcə sayı artan münaqişə ocaqlarının əsasında hansı ziddiyyətlərin durduğunu araşdırsaq, bu zaman onların əksəriyyətinin münaqişə tərəfləri olan ölkələrin deyil, onların daxili işlərinə müdaxilə etməyə çalışan böyük dövlətlərin apardıqları siyasət nəticəsində yarandığını görərik. Əlbəttə ki, bu, ilk növbədə ikili standartlar siyasəti təcrübəsinin və beynəlxalq hüququn pozulmasının nəticələridir.
Bu gün Fransa prezidentinin ofisi, cənab Makron, onların “Le Monde”, “Fiqaro” və digər bu kimi saxta xəbər mətbuatı ölkəmizə qarşı apardıqları qarayaxma kampaniyalarını səngitmək bilmirlər. Əksinə Fransa hər vəchlə Ermənistanı yeni müharibəyə təhrik etməyə çalışır. Fransa və onun Prezidentinin Ermənistanı təchiz etdiyi məhvedici silahlar bizə qarşı yönəlir. Bu gün başqa yerdə lazım ola biləcək “Sezar” haubitsaları Ermənistana göndərilir. Avropanın Sülh Fondu bu ölkəyə məhz silahlanma məqsədlərinə milyonlarla dollar pul göndərir. Fransa Ermənistana məhvedici silahlar göndərir. Onlar bunu niyə edirlər? Onlar nəyə hazırlaşırlar? Əlbəttə ki, bu suallar ətrafında XII Qlobal Bakı Forumunda geniş müzakirələrin aparılması da son dərəcə məqsədəuyğun olardı.
Forumda birmənalı olaraq müzakirə ediləcək məsələlərdən biri də yeni geosiyasi vəziyyətla bağlı olacaq. Bu gün bütün dünya ABŞ-də gedən prosesləri diqqətlə izləyir. Azərbaycanın da bu proseslərə marağı xüsusidir. Səbəb də budur ki, cənab Antoni Blinkenin Azərbaycana aid siyasəti, əslində, 30 ilə qurulmuş ABŞ-Azərbaycan münasibətlərini heçə endirdi. Ölkəmiz hər zaman ABŞ-ın çox etibarlı, yaxın tərəfdaşı olmuşdur. O cümlədən 2001-ci ildə Əfqanıstanda əməliyyatlara qoşulan ilk qeyri-NATO ölkələrindən biri də məhz Azərbaycan idi. Lakin qoşunlarımız ordan çıxandan sonra ABŞ ölkəmizə yenidən sanksiya tətbiq etdilər. Bu əlbəttə ki, iki ölkə arasında münasibətlərə böyük zərbə oldu. Lakin Azərbaycan hökuməti Dövlət Departamentinin bütün səylərinə baxmayaraq, ABŞ-Azərbaycan münasibətlərinin tam uçuruma yuvarlanmasına yol vermədi. Hazırda böyük ümidlər var ki, yeni Administrasiya ilə Cənubi Qafqaz, sülh, təhlükəsizlik, antiterror əməliyyatları, regionumuzun müasir inkişafı üçün hər zaman vacib olmuş güclü tərəfdaşlıq əlaqələri yenidən qurulacaq.
Xəbər lenti
Hamısına baxDünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Gündəm
13 Avqust 12:40
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50
Sosial
13 Avqust 11:50
Elm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35
Elm
13 Avqust 11:32
YAP xəbərləri
13 Avqust 10:59
Analitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50
Gündəm
13 Avqust 09:45
Sosial
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:20
Sosial
13 Avqust 09:05
Dünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00

