YAP Sədrinin müavini Əli Əhmədov partiyanın Qobustan rayon təşkilatının fəalları ilə görüşüb
18.07.2013 [11:19]
Hazırki siyasətin uğurlarını insanlar öz rifahlarının yüksəlməsində də görür və bu siyasətin davamlı olmasını arzulayırlar
Dünən Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov partiyanın Qobustan rayon təşkilatının fəalları ilə görüşüb. Görüşdə əvvəlcə YAP Qobustan rayon təşkilatının sədri Füzuli Güləliyev çıxış edərək təşkilatın prezident seçkilərinə hazırlıqla bağlı gördüyü işlər haqqında məlumat verib.
Daha sonra YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov çıxış edib. Əli Əhmədov bildirib ki, belə görüşlərin keçirilməsində məqsəd qarşıdan gələn prezident seçkiləri kampaniyasının yüksək səviyyədə keçirilməsinə partiya fəallarını səfərbər etməkdir.
YAP Sədrinin müavini qeyd edib ki, Azərbaycan vətəndaşlarının böyük əksəriyyətinin birmənalı şəkildə qənaəti bundan ibarətdir ki, ölkəmizin sürətli inkişafı, iqtisadiyyatın yüksəlişi, həyatımızın digər sahələrində baş verən dəyişikliklər Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətlə bağlıdır: “Məhz bu siyasətin nəticəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 10 il ərzində böyük inkişaf mərhələsi keçib. Əlbəttə ki, bu inkişafın kökündə dayanan həqiqət Heydər Əliyev ideyaları ilə əlaqədardır. Bu inkişaf Heydər Əliyev ideyalarından qaynaqlanır və bu ideyalar əsasında həyata keçirilən siyasətin uğurları hesab olunur. Eyni zamanda, 10 ilə yaxındır ki, Azərbaycanda Heydər Əliyev siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilir. Bu illər ərzində Azərbaycanda əsası vaxtilə Heydər Əliyev tərəfindən qoyulmuş islahatların gerçəkləşməsi nəticəsində böyük inkişaf və tərəqqi əldə edilib”.
Əli Əhmədovun fikrincə, bütün bu amillər xalqımızın Prezident İlham Əliyevə inam və etimadını daha da gücləndirib. Ona görə də, insanlar növbəti seçkilərdə yenə də cənab İlham Əliyevə səs verəcəklərini bildirirlər.
“Təbii ki, bu amillər Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin nüfuzunu daha da artırır. Hazırki siyasətin uğurlarını insanlar öz rifahlarının yüksəlməsində də görür və bu siyasətin davamlı olmasını arzulayırlar” - deyə, YAP Sədrinin müavini vurğulayıb.
Əli Əhmədov bildirib ki, seçki ilə bağlı partiyanın yerli strukturları, o cümlədən, ilk təşkilatlar üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidirlər. YAP Sədrinin müavini qarşıdan gələn prezident seçkiləri kampaniyasına hazırlıqla əlaqədar partiyanın Qobustan rayon təşkilatının fəallarına müvafiq tövsiyələr verib.
Tədbirdə, həmçinin, Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov və rayon ağsaqqalı Ənvər Qayıbov çıxış ediblər. Sonda YAP sıralarına yeni qoşulmuş gənclərə partiya vəsiqələri təqdim olunub.
Görüşdə YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı və Milli Məclisin deputatı Ərəstun Cavadov da iştirak ediblər.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

