Qəbələdə Yeni Azərbaycan Partiyasının yerli fəalları ilə görüş keçirilib
18.07.2013 [11:20]
Əli Əhmədov: Prezident İlham Əliyevin namizədliyinin irəli sürülməsi bütün Azərbaycan xalqının və Azərbaycan vətəndaşlarının seçkiöncəsi ovqatını əks etdirir
İyulun 17-də Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov partiyanın Qəbələ rayon təşkilatının fəalları ilə görüşüb. Görüşü YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov açaraq təşkilatın fəaliyyəti, prezident seçkiləri ilə əlaqədar hazırlıq işləri haqqında məlumat verib.
Görüşdə çıxış edən YAP-ın Sədr müavini -İcra katibi Əli Əhmədov deyib ki, partiya fəalları ilə görüşlər mütəmadi olaraq keçirilir. İyun ayının 7-də Yeni Azərbaycan Partiyasının V Qurultayının keçirildiyini xatırladan Əli Əhmədov qeyd edib ki, Qurultayda bir sıra mühüm qərarlar qəbul olunub və partiyanın Sədri cənab İlham Əliyevin prezidentliyə namizədliyi rəsmi şəkildə elan olunub.
YAP İcra katibi Əli Əhmədov vurğulayıb ki, bu cür görüşlərin təşkil edilməsində məqsəd qarşıdan gələn prezident seçkiləri kampaniyasının yüksək səviyyədə keçirilməsinə yerli təşkilatlarımızı səfərbər etməkdir. “Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, Yeni Azərbaycan Partiyası ötən illər ərzində keçirilən bütün seçkilərdə uğurlar qazanıb və böyük seçki kampaniyasını yüksək səviyyədə keçirməkdən ibarət olan zəngin təcrübə toplayıbdır. Bir çox həlledici səbəblərlə yanaşı, eyni zamanda, Yeni Azərbaycan Partiyasının bütövlükdə mənimsədiyi böyük və zəngin təcrübə seçki kampaniyasının yüksək səviyyədə keçirilməsinə inamımızı artırır. Hər birinizə məlum olduğu kimi, Azərbaycan cəmiyyətinin seçkiqabağı ovqatı Prezident İlham Əliyevin namizədliyinin irəli sürülməsi ilə müəyyənləşibdir. Əslində, Prezident İlham Əliyevin namizədliyinin irəli sürülməsi bütövlükdə Azərbaycan cəmiyyətinin rəyinin ifadəsidir. Eyni zamanda, bu, bütün Azərbaycan xalqının və Azərbaycan vətəndaşlarının seçkiöncəsi ovqatını əks etdirir” - deyə, YAP Sədrinin müavini vurğulayıb.
Seçkiöncəsi ovqatın məhz bu amillər əsasında köklənməsinin səbəbləri haqqında danışan Əli Əhmədov deyib ki, bu, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə 10 il ərzində həyata keçirilən böyük işlər və onların nəticələrinə Azərbaycan vətəndaşlarının verdiyi qiymətlə əlaqədardır. İnsanlar Prezident İlham Əliyevin rəhbərliyi altında bu illər ərzində Azərbaycanın böyük inkişaf yolu keçdiyini birmənalı şəkildə etiraf edirlər. “Sizin hər biriniz də, tək Yeni Azərbaycan Partiyasının fəalları kimi deyil, həm də xüsusilə, Azərbaycan vətəndaşları olaraq, ölkəmizdə son illər ərzində iqtisadiyyatdan tutmuş, həyatın bütün sahələrində nə qədər böyük dəyişikliklərin baş verdiyinin bilavasitə şahidlərisiniz. Bu dəyişikliklər bizim hamımızın həyatımızı dəyişdirib, həyatımıza yeni çalarları gətirib, həyatımızın mənası daha da zəngin olubdur. Əgər biz 10 il bundan əvvəlki Azərbaycanla bugünkü Azərbaycanı müqayisə etsək, nə qədər böyük dəyişikliklərin baş verdiyinin şahidi olarıq. Bu illər ərzində Azərbaycan iqtisadiyyatı 3 dəfə inkişaf edib, insanlarımızın rifah halında ciddi dəyişikliklər baş verib, ölkəmizdə böyük yeniləşmə, modernləşmə siyasəti həyata keçirilməkdədir ki, bu siyasətin də məqsədi Azərbaycanı müasir dünyanın ən qabaqcıl dövlətlərindən birinə çevirməkdən ibarətdir” - deyə, YAP Sədrinin müavini qeyd edib.
Əli Əhmədov daha sonra qarşıda duran məqsədlər və görüləcək işlərlə bağlı ətraflı məlumat verib, həmçinin, partiya fəalları ilə seçkiyə hazırlıq məsələlərini müzakirə edib.
Tədbirdə, həmçinin, Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, YAP Qəbələ rayon təşkilatının Qadınlar Şurasının sədri Arifə Bayramova, təşkilatın Gənclər Birliyinin təmsilçisi Elmir Qədimov və digərləri çıxış ediblər.
Sonda YAP sıralarına yeni qəbul edilmiş şəxslərə partiya vəsiqələri təqdim olunub.
YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı, Milli Məclisin deputatı Ərəstun Cavadov və Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev də görüşdə iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
İqtisadiyyat
03 İyul 18:28
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24

