Sivilizasiyalararası dialoq və humanitar əməkdaşlıq xalqların yaxınlaşmasıdır
28.04.2025 [21:25]
David İbramxəlilov,
YAP Qusar rayon təşkilatının sədri
Cənab Prezident İlham Əliyevin CGTN telekanalına verdiyi müsahibədə diqqət çəkən mühüm məqam bir də ölkələr arasında yalnız hökumətlər səviyyəsində deyil, xalqdan-xalqa dostluğun və humanitar münasibətlərin inkişafıdır. Prezidentin sözləri ilə desək, liderlər və hökumətlər dost ola bilər, lakin xalqlar arasında da dostluq və yaxınlıq olmadan bu əlaqələr tam mənada uğurlu sayılmaz. Bu kontekstdə viza rejiminin tamamilə aradan qaldırılması tarixi hadisədir. Azərbaycan ötən il birtərəfli qaydada Çin vətəndaşları üçün vizanı ləğv etmişdi. İndi isə qarşılıqlı rejim tətbiq olunur və artıq Azərbaycan vətəndaşları sadəcə bilet alaraq Çinə səfər edə bilirlər. Bu, turizmin və mədəni mübadilələrin inkişafı üçün geniş imkanlar yaradır. Prezidentin qeyd etdiyi kimi, əgər 150 milyon çinli turistin cəmi 1 faizi Azərbaycana gəlsə, bu, ölkənin turizm sektoru üçün böyük dönüş nöqtəsi olar. Eyni zamanda, təhsil və elm sahəsində əməkdaşlıq da diqqət mərkəzindədir. Hazırda hər iki ölkədə 100-dən çox tələbə qarşı tərəfdə təhsil alır. Prezidentin Azərbaycan-Çin Universitetinin yaradılması ideyasını irəli sürməsi isə bu sahədə əməkdaşlığın institusional səviyyəyə keçəcəyindən xəbər verir. Azərbaycanın Çin mədəniyyətinə və inkişaf modelinə göstərdiyi hörmət də diqqətəlayiqdir. Prezident Əliyev Çin liderinin dərin biliklərini, təvazökarlığını və dünya siyasətindəki mövqeyini yüksək qiymətləndirir. O, Sədr Sinin təşəbbüslərini – xüsusilə inkişaf, təhlükəsizlik və sivilizasiyalar üzrə təşəbbüsləri dəstəkləyərək, Azərbaycanın bu istiqamətlərdə də fəal tərəfdaş olduğunu göstərir. Beləliklə, bu səfər və müsahibə xalqlar arasında daha sıx, qarşılıqlı hörmətə əsaslanan və gələcəyə yönəlik bir tərəfdaşlıq mədəniyyətinin formalaşmasına ciddi töhfə verdi. Xalqlararası yaxınlaşma və ortaq sivilizasiya baxışı bu gün çox vacibdir. Səfər zamanı Prezident Əliyev xalqlar arasında münasibətlərin önəmini də vurğuladı. O, CGTN-ə müsahibəsində qeyd edir ki, Çin lideri Si Cinpinin onu “Çinin yaxın dostu” adlandırması onun üçün xüsusi mənəvi dəyər daşıyır: “O, məni Çinin yaxın dostu adlandırıb. Bunu mən bir növ mükafat kimi qəbul edirəm... Onunla görüşmək hər zaman xoşdur.” Bu münasibətlər yalnız dövlət başçıları arasında deyil, xalqdan xalqa münasibətlərin inkişafı baxımından da əlamətdardır. Viza rejiminin aradan qaldırılması bu istiqamətdə atılan böyük addımdır: “Biz birtərəfli qaydada Çin vətəndaşları üçün viza rejimini ləğv etdik. Bu gün isə qarşılıqlı olaraq tamamilə vizasız rejimə keçdik.” Eyni zamanda, Prezident təhsil və mədəniyyət sahəsində əlaqələrin genişlənməsinə toxunaraq, gələcəkdə Azərbaycan-Çin Universitetinin yaradılmasını təklif etdi: “Mən ümid edirəm ki, biz gələcəkdə Azərbaycan-Çin Universiteti yaradacağıq. Bu, iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığı daha da gücləndirəcək.”
Humanitar baxımdan bu münasibətlərin əsasını isə Ulu öndər Heydər Əliyev qoyub. Cənab Prezident bunu minnətdarlıqla xatırlatdı: “Atam Prezident olanda ilk səfərlərindən birini Çinə etdi. O gündən bu münasibətlər quruldu... Əgər atam səmadan baxaraq bizim harada olduğumuzu görə bilsəydi, o, Azərbaycan-Çin münasibətlərinə görə qürur duyardı.” Çinlə Azrbaycan arasında turizm, təhsil və mədəni inteqrasiya da inkişaf xətti ilə davam edir. Dediyim kimi Azərbaycan-Çin münasibətləri yalnız hökumətlərarası əməkdaşlıqla məhdudlaşmır, eyni zamanda xalqlar arasında əlaqələrin gücləndirilməsi istiqamətində də ciddi addımlar atılır. Ən əsası iki ölkə arasında vizasız rejim xalqların yaxınlaşmasına xidmət edir: “Bu gün hər bir pasport sahibi, hər bir sıravi vətəndaş üçün tamamilə vizasız rejimin tətbiq olunması ilə bağlı sənədin imzalanması möhtəşəm bir xəbərdir.” Təhsil və mədəni əlaqələr barədə isə deyə bilərəm ki, gənclərin bir-birinin mədəniyyəti ilə tanış olması strateji tərəfdaşlığın sosial təməlidir. Cənab Prezident İlham Əliyev bildirib ki, “Hazırda biz Çin-Azərbaycan Universitetinin yaradılması imkanını dəyərləndiririk... Texnologiyanın inkişafı, süni intellekt sahəsində potensialı nəzərə alsaq, tələbələrin sayı artmalıdır.” Bu təşəbbüslər iki xalq arasında dərin və qarşılıqlı anlayışa əsaslanan münasibətlər üçün möhkəm zəmin yaradır. İki ölkə arasında münasibətin dinamikasın tam əks etdirən müsahibədə cənab Prezident İlham Əliyev diqqətə çatdırıb ki, “Çin həqiqətən də idxal baxımından bir nömrəli və ticarət dövriyyəsi baxımından 4-cü tərəfdaşdır. Biz Çində 6 Azərbaycan Ticarət Evi açmışıq. Biz artıq Çinə şərab ixrac etməyə başlamışıq. Sizin bazarınızda daha çox payımızın olmasını istəyirik. “Bir kəmər, bir yol” layihəsinə gəlincə, bizim üçün bu təşəbbüs yalnız bir tranzit marşrutu deyil. Biz bu marşrut üzərində şirkətlər qurmaq istəyirik, çünki bizim coğrafi mövqeyimiz əlverişlidir. Biz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşirik. Bağlantılara gəlincə, biz artıq bütün infrastrukturu - dəmir yollarını, dəniz limanlarını, magistral yolları, 8 beynəlxalq hava limanı inşa etmişik. Biz qlobal miqyasda ən böyük yükdaşıma, hava yolu ilə yükdaşıma şirkətlərindən birinə sahibik. Beləliklə, hədəfimiz bu marşrut üzərində biznes qurmaqdır. Əlbəttə ki, biz Çin şirkətlərinə arxalanırıq. Cəmi bir həftədən də az vaxt bundan əvvəl biznes-forumda hər iki ölkədən müxtəlif şirkətlər iştirak edirdilər, onlar Azərbaycana 300 milyon dollardan artıq həcmdə investisiya yatırılmasına dair sazişlər imzaladılar. Bu gün mən həmkarlarıma söylədim ki, bu, bizim üçün yaxşı göstəricidir. Lakin düşünürəm ki, bu göstərici daha böyük ola bilər.”
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06

