Yeni dünya düzənində Azərbaycanın geosiyasi mövqeyi
21.05.2025 [18:58]
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
Qlobal və regional təhlükəsizlik sistemlərinin transformasiya dövrünə qədəm qoyduğu bir vaxtda, dövlətlərin milli maraqları prioritetə çevrilir. Bu kontekstdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20 may 2025-ci il tarixdə Macarıstanda verdiyi bəyanat, təkcə ikitərəfli münasibətlərin səciyyələndirilməsi baxımından deyil, həm də Azərbaycanın geosiyasi mövqeyinin müəyyənləşdirilməsi kontekstində mühüm siyasi mesajlar ehtiva edir. Artıq cənab Prezident İlham Əliyevin çıxışı siyasi aspektlər baxımından təhlil edilir və bu çıxışın regional sabitlik, beynəlxalq hüquq, diplomatik təşəbbüskarlıq və təşkilatlararası münasibətlərə təsiri analiz olunur. Bizim Müstəqil xarici siyasət kursumuz var və Azərbaycanın beynəlxalq münasibətlər sistemində yürütdüyü siyasət prinsipial şəkildə müstəqillik və balanslı tərəfdaşlığa əsaslanır. Cənab Prezident İlham Əliyevin Budapeştdə qeyd etdiyi kimi: “Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir..Avropa İttifaqının içində ola-ola bu siyasəti aparmaq, deyə bilərəm ki, doğrudan da böyük qəhrəmanlıq tələb edir.” Bu sitat, Azərbaycanın da oxşar yanaşmanı öz siyasətində əsas tutduğunu göstərir. Analitiklər bu yanaşmanı "pragmatik suverenlik modeli" kimi xarakterizə edirlər. Bu modeldə dövlətlər nə NATO, nə də Rusiya ilə birbaşa bağlılıqdan asılı olmadan milli maraqlar əsasında qərarlar verirlər. Cənab Prezident İlham Əliyev çıxışında Ermənistanla sülh prosesinin təşəbbüskarı kimi Azərbaycanın rolunu vurğulamış, lakin Ermənistan konstitusiyasında hələ də mövcud olan ərazi iddialarını əsas əngəl kimi göstərmişdir: “Sülh müqaviləsinin mətninin müəllifi də biz olmuşuq... Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası vardır.” Bu kontekstdə Ermənistan tərəfindən 1990-cı illərin narrativlərinə əsaslanan dövlət quruluşu artıq bölgədə yeni reallıqlarla uyğun gəlmir Azərbaycan isə beynəlxalq hüququ əsas tutaraq öz ərazi bütövlüyünü bərpa etmiş və BMT Nizamnaməsinin 51-ci maddəsinə istinad edərək hərbi əməliyyatlara haqq qazandırmışdır. ATƏT-in Minsk Qrupu artıq faktiki fəaliyyət göstərmir və Prezident Əliyev bu qurumun hüquqi baxımdan da ləğvinin zəruriliyini qeyd etmişdir: “Bu ( Minsk qrupu ) artıq de-fakto fəaliyyət göstərmir, de-yure bunun ləğvi zəruridir.” Bu yanaşma Azərbaycanda formalaşan “effektiv diplomatik mexanizmlərin üstünlüyü” prinsipinə əsaslanır. Əldə olunmuş uğurlar, bir çox hallarda ikitərəfli və ya subregional əməkdaşlıq modellərinin daha çevik olduğunu sübut etmişdir. Cənab Prezident bəyanatında Türk dünyası ilə siyasi-mədəni birliyin güclənməsindən də danışıb. Türk Dövlətləri Təşkilatı çərçivəsində keçirilən qeyri-rəsmi Zirvə görüşlərinin davamlılığı, Azərbaycanın regional mədəni-siyasi inteqrasiya təşəbbüslərində liderliyini ortaya qoyur: “Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsinin təşəbbüskarı Azərbaycan olmuşdur.” Bu formatın Şuşadan Macarıstana keçməsi isə Türk coğrafiyasının Avropa ilə inteqrasiyası baxımından simvolik önəm daşıyır. Enerji resurslarının qlobal siyasi münasibətlərdəki rolu artdıqca, bu sahədə formalaşan tərəfdaşlıqlar da strateji əhəmiyyət daşımağa başlayır. Cənab Prezident İlham Əliyevin Budapeştdə verdiyi bəyanatda Azərbaycan-Macarıstan münasibətlərində enerji, yaşıl iqtisadiyyat və strateji investisiyalar kontekstində mühüm məsələlər də önə çəkilmişdir. Azərbaycan 2024-cü ildən etibarən Macarıstana təbii qaz ixracına başlamışdır. Bu barədə cənab Prezident İlham Əliyev bildirmişdir: “Biz keçən ildən etibarən Macarıstana təbii qazın ixracına başlamışıq... Bizim qaz resurs bazamız kifayət qədər genişdir.” Bu əməkdaşlıq Avropa İttifaqının enerji təhlükəsizliyi strategiyasında Azərbaycanı əsas tərəfdaş kimi tanımasına səbəb olmuşdur. Hazırda Azərbaycan 12 ölkəyə qaz ixrac edir və bunların 10-u Avropa ölkəsidir. Macarıstan şirkətləri “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” kimi iri layihələrdə iştirak edir. Prezident Əliyev qeyd edir: “Gələn ilin əvvəlində növbəti kontrakt imzalanacaq..Macarıstan şirkəti Azərbaycanın quruda yerləşən neft yataqlarında fəaliyyətə başlayacaq.” Bu cür əməkdaşlıq modeli, Avropa enerji bazarında uzunmüddətli və sabit təchizat zəncirinin qurulmasına imkan verir. Azərbaycanın 6 min meqavatlıq yaşıl enerji istehsalı planı, enerji diplomatiyasını post-karbon dövrə uyğunlaşdırma niyyətini ortaya qoyur: “Bu layihələr bizə 3-4 milyard kubmetr qaza qənaət etməyə imkan verəcək.” Bu strategiya Azərbaycanı həm yaşıl texnologiyalar sahəsində tərəfdaş, həm də karbon izini azaltmaqda model ölkəyə çevirir. Cənab Prezident İlham Əliyevin Budapeştdəki çıxışı, Azərbaycanın regional siyasətdə yalnız iştirakçı deyil, təşəbbüskar və format qurucu bir aktora çevrildiyini göstərir. Geosiyasi suverenlik, hüquqi əsaslı sülh təşəbbüsləri, regional təşkilatlar vasitəsilə diplomatik genişlənmə və funksiyasız beynəlxalq mexanizmlərə alternativ təkliflər bu çıxışın əsas siyasi komponentləridir.
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10

