Türk Dövlətləri Təşkilatı Avrasiyada mühüm güc məzkəzinə çevrilməkdədir
22.05.2025 [19:26]
“Təqribən 11 milyon kvadrat kilometr ərazini, 200 milyon nəfərə qədər əhalini ehtiva edən Türk Dövlətləri Təşkilatı Avrasiya geosiyasi və geoiqtisadi məkanının aparıcı qüvvəsinə çevrilməkdədir. Avrasiyada mühüm transmilli layihələrin, ticarət yollarının, karbohidrogen ehtiyatlarının məhz Türk Dövlətləri Təşkilatının üzvü olan Türkiyənin, Azərbaycanın, Qazaxıstanın, Türkmənistanın, Özbəkistanın payına düşməsi, Qırğızıstanın Çindən gələn yolun, Macarıstanın timsalında Avropaya açılan qapısı olması birliyin perspektiv inkişafının daha da sürətlənməsinə əlavə imkanlar yaratmaqdadır”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, Türk Dövlətləri Təşkilatının getdikcə güclənməsi birlikdə olan dövlətlərin problemlərinin də həllinə real imkanlar yaradır və bu da təşkilatın daha da möhkəmlənməsini, bölgədə söz sahibinə çevrilməsini şərtləndirir: “Yeni dövrdə Azərbaycanın xarici siyasət kursunun prioritetlərindən biri Türk Dövlətlər Təşkilatının gücünün və nüfuzunun artırılmasıdır. Prezident İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur” fikirləri də məhz Azərbaycanın bu istiqamətdəki siyasətini açıq şəkildə büruzə verir. Son illər ərzində Türk Dövlətləri Təşkilatı xətti ilə aparılan işlər də sözügedən birliyi daha da gücləndirir. Təsadüfi deyil ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Prezident İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi Azərbaycan dövləti və xalqının türk dünyasının inkişafı naminə həyata keçirdiyi bütün işlərə verilən yüksək qiymət idi”.
“Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının 2024-cü ildə Azərbaycanın təşəbbüsü ilə Şuşada ilk qeyri-rəsmi Zirvə görüşü keçirilib. 2025-ci ildə isə bu təşəbbüsün davamı olaraq ikinci qeyri-rəsmi Zirvə görüşü Macarıstanda təşkil edilib” – deyən Ramil Vəlibəyov əlavə edib ki, bu cür görüşlərin müntəzəmliyi Türk dünyasını daha da gücləndirir, bütün siyasi-iqtisadi təşəbbüslərin koordinasiya olunmasına əlavə təkan verir: “Məsələn, hazırda işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzur Türk Dövlətləri Təşkilatının üzvlərinin əməkdaşlıq platformasına çevrilib. Şərqi Zəngəzur və Qarabağ bölgələrinin bərpası üçün ən çox dəstək verən ölkə qardaş Türkiyədir. Eyni zamanda, Özbəkistan və Qazaxıstan tərəfindən inşa edilmiş məktəb və incəsənət mərkəzinin fəaliyyətə başlaması, Qırğızıstan Prezidentinin iştirakı ilə Ağdam rayonunda məktəbin təməlinin qoyulması, Cəbrayıl rayonunda isə Macarıstanın maliyyə dəstəyi ilə məktəbin inşası Türk dünyasının birliyinin əyani nəticəsi kimi də qiymətləndirilə bilər. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan ümumilikdə təşkilatın üzv ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə qoyub. Eləcə də Türkiyənin vә Mərkəzi Asiya dövlәtlәrinin Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilmiş Azərbaycan ərazisindən tranzit keçәn daşımalarının hәcmi 2024-cü ildә 11 milyon ton təşkil edib. Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri də göstərir. Eyni zamanda, Türk Dövlətləri Təşkilatının üzvləri artıq yaşıl enerji sahəsində də böyük uğurlara imza atmaqdadırlar. Macarıstan, Azərbaycan, Qazaxıstan, Özbəkistan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində müqavilələr də imzalanıb. Bütün bunlar isə heç şübhəsiz ki, Türk dünyasının daha da güclənməsinə, xalqlarımızın rifahının daha da yüksəlməsinə, dövlətlərimizin isə regional və qlobal miqyasda nüfuzunun daha da artmasına səbəb olmaqdadır”.
Xəbər lenti
Hamısına baxDünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54

