Azərbaycanla Macarıstan strateji əməkdaşdır
23.05.2025 [13:45]
Türk Dövlətləri Təşkilatının növbəti Zirvə Toplantısının Macarıstanın paytaxtı Budapeştdə keçirilməsi regional inteqrasiyanın və beynəlxalq əməkdaşlığın yeni mərhələsinə işarə edir. Bu sammit yalnız üzv dövlətlərin deyil, həm də müşahidəçi ölkələrin aktiv iştirakı ilə Türk dünyasında birliyin güclənməsinə və qlobal arenada ortaq mövqelərin formalaşdırılmasına xidmət edir. Macarıstanın ilk dəfə təşkilata ev sahibliyi etməsi və “Şərq və Qərbin görüş nöqtəsi” mövzusu, həm geosiyasi, həm də mədəni baxımdan əhəmiyyətli bir dialoqun əsasını qoyur. Budapeştdə keçirilən bu görüş, Türk Dövlətləri Təşkilatının strateji hədəflərini daha da irəli aparmaqla yanaşı, regional sabitlik və əməkdaşlıq üçün mühüm mesajlar verir.
Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan və Macarıstan arasında tarixi və strateji oxşarlıqlar, habelə müstəqil siyasət yürütmək bacarığı əlaqələrin güclü təməlini təşkil edir. Bu yaxınlıq və oxşarlıqlar Azərbaycan-Macarıstan əməkdaşlığını çoxşaxəli - diplomatik, iqtisadi və nəqliyyat sahələrində inkişaf etdirmək üçün əsas yaradır.
TDT-nin ilk qeyri-rəsmi Zirvə görüşünün Azərbaycanda – Şuşada keçirilməsi, sonra isə Macarıstanda davamının təşkil olunması Azərbaycanın təşəbbüskarlığını və regional liderliyini göstərir. Orta Dəhlizin inkişafı, Bakı-Tbilisi-Qars dəmir yolunun genişləndirilməsi, Xəzər limanları arasında vahid rəqəmsal platformanın yaradılması Azərbaycanın regional ticarət və nəqliyyat əlaqələrində rəqəmsallaşmaya verdiyi önəmi göstərir.
Zirvə görüşündə Prezident cənab İlham Əliyevin vurğuladığı məsələlərdən biri də Azərbaycanın 2024-cü ilin noyabrında COP29 qlobal iqlim konfransına ev sahibliyi etməsi oldu. Konfransda 197 ölkənin iştirakı, 70 dövlət və hökumət başçısının olması Azərbaycanın qlobal səviyyədə nüfuzunu və təşəbbüskarlığının təsdiqidir
Dövlət başçısı cənab İlham Əliyev çıxışında İkinci Qarabağ müharibəsinin beynəlxalq hüquq çərçivəsində BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq aparıldığını vurğulayır. Bu, Azərbaycanın öz suverenliyini bərpa etməsi, 44 gün ərzində işğal altında olan torpaqları azad etməsi kimi faktları hüquqi və siyasi baxımdan əsaslandırır. Eyni zamanda sülh prosesində Azərbaycanın təşəbbüskar mövqeyi, sülh müqaviləsinin mətninin hazırlanması və Ermənistanın bəzi şərtləri hələ qəbul etməməsi, buna baxmayaraq, Azərbaycanın gedişatı təmkinlə izləməsi ölkəmizin regionda apardığı sülhyönümlü siyasətin əsas göstəricisidir, Azərbaycanın yalnız regionda deyil, Avropa enerjisi təhlükəsizliyində də mühüm oyunçu olduğunu göstərir.
Azərbaycan Türk Dövlətləri Təşkilatındakı nüfuzunu, liderlik potensialını və regional sabitlikdə rolunu aydın şəkildə ortaya qoyur. Digər dövlətlərin rəhbərləri Azərbaycanın təşəbbüskar və əlaqələndirici rolunu dəstəkləyərək, birlikdə daha geniş və dərin əməkdaşlıq perspektivlərinə işarə edir. Bu da Azərbaycanın həm Türk dünyasında, həm də daha geniş Avrasiya məkanında strateji mövqeyinin gücləndiyini göstərir.
Bunlardan əlavə Azərbaycan və Macarıstan arasında diplomatik əlaqələrin 1990-cı illərin əvvəllərindən qurulması, səfirliklərin açılması və bu əlaqələrin BMT, ATƏT, NATO, Avropa İttifaqı kimi beynəlxalq platformalarda inkişaf etdirilməsi, ölkələrarası çoxşaxəli əməkdaşlığın göstəricisidir.
Bir sözlə bu gün Azərbaycanın beynəlxalq aləmdə dürümü o səviyyədədir ki, dünyanın istənilən dövləti Azərbaycanla dostluq etməyə çalışır. Bu da Möhtərəm Prezidentimiz İlham Əliyevin düzgün, məqsədyönü apardığı daxili və xarici siyasətin məntiqi nəticəsidir.
Eldar Əsədov,
YAP Tərtər rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06

