Türk dünyasının yeni strateji hədəfi
26.05.2025 [21:46]
2025-ci ilin may ayında Türk Dövlətləri Təşkilatının Budapeştdə keçirilmiş qeyri-rəsmi Zirvə görüşü və imzalanmış Bəyannamə təşkilatın qlobal arenada artan təsirinin simvoluna çevrildi. Zirvə görüşünün Avropa İttifaqına üzv ölkə olan Macarıstanın ev sahibliyində keçirilməsi tarixi və geosiyasi baxımdan əhəmiyyətlidir.TDT-nin Avropadakı ilk belə yüksək səviyyəli toplantısı təşkilatın regional çərçivədən çıxaraq, daha geniş beynəlxalq platformaya inteqrasiya meyillərini nümayiş etdirdi.
Tarixə baxış Macarıstanın Türk Dövlətləri Təşkilatına olan marağını daha anlaşılan edir. Macar elmi və siyasi dairələri özlərini tarixi Hun və Avar mirası ilə əlaqələndirərək, türk dünyası ilə ortaq mədəni bağları vurğulamağa çalışır. Budapeştin bu sammitə ev sahibliyi etməsi isə Türk dünyasının Avropada nüfuz dairəsini genişləndirmək istiqamətində strateji niyyəti ortaya qoyur.
Azərbaycan Prezidenti İlham Əliyevin tədbirdə çıxışı zamanı ötən il Şuşada keçirilmiş TDT-nin dövlət başçılarının ilk qeyri-rəsmi Zirvə görüşünün davamı olaraq ikinci Zirvə toplantısının birgə məqsədlərə çatmaq yolunda yeni imkanların qapısı kimi xarakterizə etdi.Prezident İlham Əliyev türk dövlətlərinin nəqliyyat sahəsində əməkdaşlığının güclənməsinə nəzər yetirərək dövlətimizin nəqliyyat-liman infrastrukturlarının müasirləşməsinə böyük həcmdə sərmayələr qoyduğunu da xatırlatdı. Açıq dənizlərə çıxışı olmasa da, Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib və region ölkələrinin açıq qapısı hesab olunur. Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətlərinin təminatçısıdır. Hazırda Bakı gəmiqayırma zavodunda 10 yeni gəmi inşa edilir və Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyəti 15 milyon tondan 25 milyon tona çatdırılacaq.
Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanan Bəyannamə üzv dövlətlərin, eləcə də Macarıstanın siyasi, iqtisadi və sosial tərəqqiyə, o cümlədən regional və qlobal sülh və təhlükəsizliyə təsir göstərməkdə mühüm rolunun artmasında yeni strateji niyyət hesab oluna bilər.
TDT çərçivəsində müdafiə sənayesi sahəsində çoxtərəfli əməkdaşlığı genişləndirmək məramının bəyan olunması isə Türk dövlətlərinin hərbi-siyasi potensialının artırılması və qarşılıqlı mübadilənin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Budapeşt sammitinin yekunu olaraq qəbul olunmuş Bəyannamədə də mühüm məsələlər vurğulanır. Belə ki, Türk xalqlarının tarix boyu dünya sivilizasiyasına mühüm töhfələrini, o cümlədən Avropa və Asiyanın mədəni və siyasi cəhətdən formalaşmasında davamlı irsini, Türk dövlətlərinin dünyada müasir siyasi, iqtisadi və sosial tərəqqiyə, o cümlədən regional və qlobal sülh və təhlükəsizliyə təsir göstərməkdə mühüm rolunu vurğulayan dövlət başçıları TDT-nin təşkilatın institusional əsasını qoyan tarixi Naxçıvan Sazişinin prinsiplərinə, məqsədlərinə və ruhuna sarsılmaz sadiqliyini bir daha təsdiqləyiblər. Türk dövlətlərinin regionda və onun hüdudlarından kənarda rolunu artıran siyasi, iqtisadi, ekoloji, sosial və mədəni nailiyyətləri təqdir edən prezidentlər “Türk Dünyası Xartiyası”nı türk xalqlarının ortaq mədəniyyətinin, adət-ənənələrinin, dilinin və tarixinin əsas ifadəsi və onların ortaq türk kimliyinin möhkəmləndirilməsi üçün birləşdirici çərçivə kimi tanıyıblar.
Gündüz Alıkişiyev,
YAP Tərtər rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19

