/ / Laçında keçirilən Zirvə görüşü üçtərəfli əlaqələrin inkişafı baxımından böyük rəmzi və strateji əhəmiyyət daşıyır
Laçında keçirilən Zirvə görüşü üçtərəfli əlaqələrin inkişafı baxımından böyük rəmzi və strateji əhəmiyyət daşıyır
02.06.2025 [20:36]
Laçında keçirilən Zirvə görüşü üçtərəfli əlaqələrin inkişafı baxımından böyük rəmzi və strateji əhəmiyyət daşıyır.
Azərbaycan, Türkiyə və Pakistan arasında əlaqələrin dərin tarixi kökləri var. Yaxşı haldır ki, ölkələrimiz tarixə və oxşar milli-mənəvi dəyərlərə əsaslanmaqla qarşılıqlı münasibətləri daha da dərinləşdirməyə davamlı şəkildə səy göstərirlər.
Üç dost ökə arasında ikitərəfli əlaqələr yüksək səviyyədədir. Siyasi dialoq intensiv səciyyə daşıyır. Liderlər müntəzəm olaraq qarşılıqlı səfərlər edirlər və aktual müzakirələr aparırlar. Azərbaycan-Türkiyə münasibətləri çoxşaxəli səciyyə daşıyaraq həyatın bütün sahələrini əhatə edir. Eyni zamanda, iki qardaş ölkə arasında münasibətlərin hüquqi əsasları da getdikcə möhkəmləndirilir.
Liderlərin üçtərəfli Zirvə görüşləri səmərəli əməkdaşlıq platforması kimi diqqət çəkir. Bu günlərdə gözəlliklər diyarı olan Laçında Azərbaycan, Türkiyə prezidentlərinin və Pakistanın Baş nazirinin iştirakı ilə sayca ikinci üçlü Zirvə görüşü keçirilib.Üç qardaş ölkə həmçinin beynəlxalq platformalar çərçivəsində də sıx əməkdaşlıq edir. Prezident İlham Əliyev Laçında baş tutan üçlü Zirvə görüşündəki çıxışında ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində koordinasiyalı fəaliyyət göstərdiklərinə ayrıca diqqət çəkib.
Yeni mərhələdə regionda və qlobal miqyasda yaranan reallıqlar isə qardaş ölkələr arasında üçtərəfli formatda əməkdaşlıq etməyə zərurət yaradıb. Bu barədə Laçın Zirvə görüşündə ətraflı bəhs edilib. Ölkələrimiz Avropa ilə Asiyanın kəsişmə nöqtəsində, son dərəcə strateji bir bölgədə yerləşir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vurğuladığı kimi, coğrafiyamızda və onun hüdudlarından kənarda təhlükəsizlik təhdidlərindən tutmuş iqtisadi çətinliklərə, enerji və qida böhranlarına qədər bir çox sınaqlarla eyni anda üz-üzəyik. Bu çətinliklər qarşısında həmrəylik və birgə fəaliyyət məqsədimizin inkişaf etdirilməsini bir seçim deyil, zərurət olaraq görürük.
Laçında baş tutan üçlü Zirvə görüşündə oxşar baxışları həmçinin Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif də ifadə edib. Pakistan lideri də o fikri bölüşüb ki, bugünkü təlatümlü dünyada siyasi və təhlükəsizlik arxitekturaları, bağlantı layihələri və aparıcı texnologiyalar yeni reallığı şərtləndirir.
Zirvə görüşünün 28 Mayda - Azərbaycanın Müstəqillik Günündə keçirilməsi böyük rəmzi məna daşıyır. Belə bir gündə Türkiyə və Pakistan kimi güclü ölkələrin Azərbaycanın yanında olması və bu mühüm tarixin birlildə qeyd edilməsi ölkələrimizin bir-birinə nə qədər yaxın olduqlarını təcəssüm etdirir.
Laçın Zirvə görüşü dünyaya bir mesajdır. Zirvənin önəmi üç qardaş ölkənin güclənməsi fonunda xüsusi diqqət çəkir. Türkiyə artıq regional gücdən qlobal gücə çevrilib, onun beynəlxalq səviyyədə nüfuzu getdikcə artır.Eyni zamanda, Pakistan da güclü dövlət kimi özünü təsdiqləməkdədir.
Laçın Zirvə görüşü Prezident İlham Əliyevin qlobal səviyyədə artan nüfuzunu bir daha təsdiqlədi. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara, müstəqillik və suverenlik prinsiplərinə əsaslanan siyasət həyata keçirir. Azərbaycan iqtisadi və siyasi müstəqilliyini tam təmin edib ki, bunun da sayəsində ökəmizə beynəlxalq səviyyədə inam getdikcə artır. Zirvə görüşündə ifadə olunan fikirlərdən göründüyü kimi, həmTürkiyə və Pakistanın liderlərinin, həm də bu ölkələrin ictimaiyyətinin dövlətimizin başçısına böyük hörməti var.
Bütövlükdə Laçında keçirilən Zirvə görüşü üçtərəfli əlaqələrin inkişafı baxımından böyük rəmzi və strateji əhəmiyyət daşıyır. Üçlük platforması yeni model kimi artıq reallıqdır və dost, qardaş ölkələr asında daha dərin əlaqələr qurulması üçün yeni imkanlar açır. Təsadüfi deyildir ki, ikinci üçlü Zirvə görüşündə ortaq gündəliyi formalaşdıran ticarət, investisiyalar, nəqliyyat, enerji, müdafiə sənayesi və terrorla mübarizə kimi sahələrdə ölkələrimizin baxışını əks etdirən güclü bir çərçivə hazırlayacağına dərin inam ifadə olunub.
Gündüz Alıkişiyev,
YAP Tərtər rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06

