Bakı Enerji Həftəsinin Strateji Əhəmiyyəti
04.06.2025 [16:26]
Azərbaycanın son onilliklər ərzində reallaşdırdığı enerji siyasəti təkcə ölkənin daxili iqtisadi inkişafına deyil, həm də regionun və Avrasiyanın enerji təhlükəsizliyinə töhfə verib. Bu siyasətin uğurlu nəticələrindən biri kimi hər il təşkil olunan Bakı Enerji Həftəsi çıxış edir. 30-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi və 30-cu Bakı Enerji Forumu həm simvolik, həm də strateji əhəmiyyət daşıyır. Bu beynəlxalq platforma Azərbaycanın enerji sahəsində əldə etdiyi uğurları nümayiş etdirməklə yanaşı, yeni çağırışlara uyğun təşəbbüslərin, texnologiyaların və əməkdaşlıqların müzakirə olunduğu mühüm bir mərkəzə çevrilib.
Azərbaycanın müasir enerji siyasətinin təməli 1994-cü ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə imzalanmış “Əsrin müqaviləsi” ilə qoyulub. Bu müqavilə yalnız bir neft sənayesi layihəsi deyil, həm də ölkənin beynəlxalq enerji bazarına inteqrasiyasının başlanğıcı idi. Bu strateji qərar Azərbaycanın iqtisadi müstəqilliyini və siyasi suverenliyini gücləndirməyə xidmət etdi. Məhz həmin dövrdə keçirilən ilk Xəzər Neft və Qaz Sərgisi müstəqil Azərbaycanın beynəlxalq enerji dialoqunda çıxış nöqtəsinə çevrildi. Dövlətçiliyinin ilk illərində siyasi və hərbi təzyiqlərlə üzləşən Azərbaycan üçün enerji layihələri həm iqtisadi canlanmanın əsas vasitəsi, həm də geosiyasi balansın qurulması üçün vacib idi. Azərbaycanın enerji strategiyası bu gün də o ideoloji təməl üzərində qurulmağa davam edir.
Bu il yubiley tədbirində 30 ölkədən 267 şirkətin iştirakı, eləcə də yeni milli pavilyonlar və innovativ enerji texnologiyalarının təqdimatı Bakı Enerji Həftəsinin qlobal cazibəsini bir daha təsdiqlədi. Bu tədbirdə hökumət nümayəndələri, transmilli korporasiyalar, enerji ekspertləri və beynəlxalq maliyyə institutlarının rəhbərləri iştirak etdi.
Ölkə Prezidenti cənab İlham Əliyevin sərginin açılış mərasimində çıxışı zamanı səsləndirdiyi fikirlər ölkənin enerji sahəsindəki gələcək prioritetlərini də aydın şəkildə göstərdi. Dövlət başçımız vurğuladı ki, Azərbaycanın enerji siyasəti təkcə neft və qaz hasilatı ilə məhdudlaşmır, həm də yaşıl enerji keçidi, təchizatın şaxələndirilməsi və dayanıqlı infrastrukturun qurulması kimi komponentləri əhatə edir. Azərbaycanın uğurla həyata keçirdiyi enerji layihələri regionda sabitliyin təminatçısına çevrilməsini təmin edib. Ölkəmiz Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP və TAP kimi irimiqyaslı layihələrin təşəbbüskarı və icraçısıdır. Bu layihələr sayəsində Azərbaycan Xəzər dənizini Aralıq və Qara dənizlərlə birləşdirən enerji körpüsünə çevrilib.
Qlobal enerji bazarının dəyişən şərtləri fonunda Azərbaycanın sabit və etibarlı tərəfdaş imici daha da möhkəmlənib. Vaxtilə Azərbaycanın tranzit potensialını şübhə altına alan dövlət və şirkətlər bu gün etiraf edirlər ki, ölkəmiz Avropa enerji təhlükəsizliyində mühüm əhəmiyyətə malikdir. Azərbaycanın yaşıl enerji gündəliyi təkcə daxili ehtiyaclara deyil, həm də beynəlxalq öhdəliklərə əsaslanır. Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” elan olunması və bu bölgələrdə günəş, külək və hidroenerji potensialının inkişaf etdirilməsi bu siyasətin konkret təzahürüdür. Hazırda həmin ərazilərdə bərpa olunan enerji sahəsində xarici investorlarla birgə layihələr reallaşdırılır.
Ötən ilin sonunda Bakıda keçirilən COP29 konfransında Azərbaycanın sədrliyi beynəlxalq ictimaiyyətin ölkəmizə olan etimadını və enerji siyasətində məsuliyyətli mövqe tutduğunu göstərir. “Bakı sıçrayışı” kimi qiymətləndirilən bu tədbir Azərbaycanı yalnız neft və qaz ixracatçısı deyil, həm də qlobal iqlim hədəflərinin fəal tərəfdaşı kimi təqdim edir. Azərbaycan enerji gəlirlərini yalnız texniki və iqtisadi infrastrukturun inkişafına deyil, həm də insan kapitalına, təhsilə, sosial rifaha və ordu quruculuğuna yönəldir. Yoxsulluğun kəskin şəkildə azalması, əhalinin rifahının artması, müasir təhsil və səhiyyə sistemlərinin qurulması bu siyasətin praktiki nəticələridir. Neft və qaz sektorunun ÜDM-də payı 30 faizdən artıq olsa da, iqtisadiyyatın şaxələndirilməsi siyasəti artıq real nəticələr verməkdədir. Qeyri-neft sektoru üzrə ixracın artması, rəqəmsal texnologiyalar və kənd təsərrüfatının inkişafı Azərbaycanın enerji asılılığını balanslaşdırmağa xidmət edir.
Bakı Enerji Həftəsi Azərbaycanın yalnız enerji siyasətini deyil, həm də qlobal əməkdaşlıq mədəniyyətini, dayanıqlı inkişaf prinsipini, iqtisadi suverenliyini və müasir dövlətçiliyini nümayiş etdirir. Bu tədbir Azərbaycanın enerji strategiyasının nümayiş platformasıdır – həm keçmişin uğurlarını xatırladır, həm bu günün reallıqlarını təqdim edir, həm də gələcəyi aydın şəkildə göstərir. Azərbaycanın regional enerji mərkəzinə çevrilməsi artıq fakt olaraq qəbul edilir. Hazırkı qlobal şəraitdə Bakı Enerji Həftəsi dünya dövlətləri, transmilli korporasiyalar və beynəlxalq təşkilatlar üçün birgə yol xəritəsi tərtib etmək üçün unikal fürsətdir.
Namiq Əhmədov,
YAP Xəzər rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06

