Nərimanov rayonunda Milli Mətbuatın 150 illiyinə həsr olunmuş tədbir keçirilib
23.07.2025 [14:51]
22 iyul 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının və “Peşə təhsili və insan kapitalı” jurnalının birgə təşkilatçılığı ilə Peşə Təhsili üzrə Dövlət Agentliyinin Akt zalında “Əkinçi” qəzetinin 150 illik yubileyi çərçivəsində “Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi” adlı tədbir keçirildi.
Tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin, YAP Nərimanov rayon təşkilatının, Azərbaycan Mətbuat Şurasının, Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Respublikası Təhsil İnstitutunun nümayəndələri, jurnalın redaksiya heyətinin üzvləri və peşə təhsili müəssisələrinin əməkdaşları iştirak edirdi.
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Ulu Öndər Heydər Əliyevin, həmçinin, Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Kənan Mirzəyevin giriş nitqindən sonra “Peşə təhsili və insan kapitalı” jurnalının baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Şahbaz Balakişiyev Azərbaycan Milli Mətbuatının inkişaf yoluna ekskursiya edərək “Əkinçi” qəzeti ilə başlayan milli mətbuatımızın dünəni və bu günü barədə geniş və əhatəli təqdimat etdi.
YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov, Azərbaycan Mətbuat Şurasının icraçı katibinin müavini Fəridə Ağazadə, Azərbaycan Jurnalistlər Birliyinin sədr müavini Şahin Babayev, “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Sarvan İbrahimov, Təhsil TV-nin direktoru Jalə Əliyeva, Təhsil İnstitutunun böyük elmi məsləhətçisi, jurnalın redaksiya heyətinin üzvü Rəsul Əsgərov, Azərbaycan Pedaqoji Universitetinin professoru, jurnalın redaksiya heyətinin üzvü Müseyib İlyasov və jurnalın redaksiya heyətinin üzvü Yusif Axundov çıxış edərək bu əlamətdar gün münasibətilə jurnalın kollektivini və bütün mətbuat işçilərini təbrik etdilər.
Sonda Milli Mətbuat günü münasibətilə “Peşə təhsili və insan kapitalı” jurnalının yaradıcı kollektivi Elm və Təhsil Nazirliyinin, YAP Nərimanov rayon təşkilatının, Azərbaycan Mətbuat Şurasının, Azərbaycan Jurnalistlər Birliyinin və Peşə Təhsili üzrə Dövlət Agentliyinin Diplom və Fəxri Fərmanları ilə təltif edildilər.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46

