Regional sabitliyə hesablanmış tarixi səfər
12.08.2025 [17:19]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
2025-ci il avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-nin Prezidentinin dəvəti ilə ABŞ-a rəsmi səfəri iki ölkə – Azərbaycan və ABŞ arasında münasibətlərin inkişafında və bütün Cənubi Qafqaz regionu üçün əhəmiyyətli siyasi hadisə kimi yadda qaldı. Eyni zamanda bu səfər çərçivəsində imzalanan sənədlər, qəbul edilən qərarlar uzunmüddətli sülhə, sabitliyə aparan yolu işıqlandırdı.
Regionun lider ölkəsi Azərbaycanın Prezidenti cənab İlham Əliyev 2025-ci il avqustun 8-i, tarixi gün haqqida danışarkən bildirib ki, bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik. Bu, nəinki bizim bölgəmiz, eyni zamanda, bütün dünya üçün böyük bir imkandır. Beləliklə, həqiqətən də məhz “Tramp rifah və sülh marşrutu” rabitə, əlaqələr baxımından divarları yox edəcək, əlaqələr yaradacaq və bir sıra ölkələr üçün investisiya, sərmayə, sabitlik və rifah baxımından böyük imkanlar açacaqdır. Azərbaycan və Ermənistan eyni ərəfədə, Sovet İttifaqının süqutundan sonra müstəqil oldu. Amma o ərəfədə artıq biz müharibə içində idik. Biz, əlbəttə ki, bir çox illəri itirdik. Müharibələr, işğal və qan tökülməsi ilə bağlı narahatlıq içində idik. Bu gün tarixi gündür, sülh günüdür. Prezident Tramp Qafqaza sülh gətirir. Buna görə biz həqiqətən ona olduqca minnətdarıq. Əminəm ki, Ermənistan və Azərbaycan cəsarətlə sülhə nail olacaq və bizim xalqlarımız da barışacaqdır. Biz bu cür münaqişələrə və qan tökülməsinə son qoyacaq və uğurla irəli gedəcəyik.
Ölkə Prezidentimiz cənab İlham Əliyevin Vaşinqtona işgüzar səfəri zamanı imzalanan "Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu" ABŞ-Azərbaycan əlaqələrində strateji tərəfdaşlığa yeni və uğurlu səhifələrin açılacağndan xəbər verir.
Avqustun 8-də reallaşan tarixi səfər regional sabitlik baxımından xüsusi əhəmiyyətə malik idi. Belə ki, Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən Vaşinqton görüşünün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı. Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanması üçün İrəvanın Bakının beynəlxalq hüquqa dayanan tələblərini yerinə yetirməsi lazımdır. Bəlli olduğu kimi, Ermənistan konstitusiyasının preambula hissəsində müstəqillik bəyannaməsinə istinadən ölkəmizə qarşı ərazi iddiaları yer alır.
ATƏT-in Minsk qrupunun fəaliyyəti de-fakto dayanıb. Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin imzaladığı Birgə Bəyannamədə Minsk qrupunun ləğv edilməsi üçün iki ölkənin ATƏT-in Baş katibinə birgə müraciət edəcəyi də təsdiqləndi. Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin və sülhün qurulmasına dair Sazişin mətni paraflanandan sonra adıçəkilən "sazişin imzalanması və ratifikasiyasına nail olmaq üçün növbəti addımların atılması"nın zəruriliyi tanınır. Yəni yekun sülh sazişinin imzalanması üçün əsas tələblərdən biri - Ermənistan konstitusiyasının dəyişdirilməsinin zəruriliyi təsdiq olunur. Beləlilklə, çoxdan gözllənilən bölgənin kommunikasiyaların açılması məsələsi öz həllini tapdı.
Bəli, tarixi gündə Ağ Evdə paraflanan sülh sazişi bölgəyə sülhü, rifahı gətirəcək. İmzalanan Birgə Bəyannamədə ölkəmizin əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz gediş-gəlişin təmini təsdiq olunur. Yəni Zəngəzur dəhlizinin açılması reallaşır. Sənəddə həmçinin Ermənistan ərazisində xüsusi bağlantı layihəsi - "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun" həyata keçiriləcəyi təsbit olunub. Bu müddəa, Ermənistan ərazisi vasitəsilə Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi məqsədilə ABŞ tərəfindən həyata keçiriləcək layihəni nəzərdə tutur.
Vaşinqton sülh sammitində Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətni paraflanıb. İki ölkə xarici işlər nazirləri tərəfindən sülh müqaviləsinin paraflanması saziş mətninin tərəflər arasında razılaşdırıldığını təsdiq edir. Onu da qeyd edək ki, sülh müqaviləsinin paraflanması həyata keçirilsə də bu, sülh müqaviləsinin imzalanması demək deyil. 2026-cı ildə Ermənistanda konstitusiya dəyişiklikləri ilə əlaqədar referendum keçirildikdən sonra sülh sazişinin yekun imzalanması təmin olunacaq.
Qalib ölkəmizin Qalib Prezidenti İlham Əliyevin diplomatiyası sayəsində 30 ildən çox müddət ərzində davam edən Azərbaycan-Ermənistan münaqişəsi yalnız hərbi qələbə ilə deyil, həm də beynəlxalq hüquq çərçivəsində təsbit olunmuş sülh razılaşması ilə başa çatmaq üzrədir.
"Azərbaycanla Ermənistan arasında imzalanmış saziş bizim niyyətimizi - sülh istədiyimizi açıq şəkildə nümayiş etdirir". Ölkə Prezidentimiz cənab İlham Əliyevin Vaşinqtonda jurnalistlərə müsahibəsində bildirdiyi bu fikir təsdiq edir ki, imzalanan Birgə Bəyannamə ümumilikdə Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin təmin olunması istqamətində atılmış vacib addım olacaq.
2025-ci il avqustun 8-i reallaşan səfər isə bütün dünyaya bir daha göstərdi ki, Azərbaycan qlobal siyasətdə söz sahibi olan, öz milli maraqlarını qorumaqla yanaşı, beynəlxalq təhlükəsizlik və əməkdaşlığa da töhfə verən bir dövlətdir.
Xəbər lenti
Hamısına baxDünya
27 Oktyabr 13:24
YAP xəbərləri
27 Oktyabr 13:05
Dünya
27 Oktyabr 12:53
Dünya
27 Oktyabr 12:29
YAP xəbərləri
27 Oktyabr 12:11
YAP xəbərləri
27 Oktyabr 12:10
İqtisadiyyat
27 Oktyabr 11:58
İqtisadiyyat
27 Oktyabr 11:57
Hadisə
27 Oktyabr 11:56
Dünya
27 Oktyabr 11:36
Dünya
27 Oktyabr 11:10
YAP xəbərləri
27 Oktyabr 11:03
Hadisə
27 Oktyabr 10:55
Dünya
27 Oktyabr 10:21
Dünya
27 Oktyabr 09:40
İdman
27 Oktyabr 09:13
Dünya
27 Oktyabr 08:52
Hadisə
27 Oktyabr 08:25
Dünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
YAP xəbərləri
26 Oktyabr 14:36
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
YAP xəbərləri
26 Oktyabr 12:35
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
YAP xəbərləri
26 Oktyabr 10:34
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
YAP xəbərləri
26 Oktyabr 00:33
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54

