/ / ABŞ-da qazanılan siyasi qələbə: Azərbaycan-ABŞ münasibətlərinin yeni strateji əməkdaşlıq mərhələsi
ABŞ-da qazanılan siyasi qələbə: Azərbaycan-ABŞ münasibətlərinin yeni strateji əməkdaşlıq mərhələsi
16.08.2025 [16:58]
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına rəsmi səfəri ölkəmizin beynəlxalq mövqelərinin daha da möhkəmlənməsinə mühüm töhfə vermişdir. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, imzalanan mühüm sənədlər və aparılan danışıqlar Azərbaycan–ABŞ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bir daha təsdiqləmişdir.
ABŞ administrasiyası tərəfindən göstərilən yüksək səviyyəli qəbul, tərəflər arasında aparılan qarşılıqlı hörmət və etimad mühiti, Azərbaycanın regiondakı mühüm rolu və beynəlxalq arenadakı nüfuzunun artmasının bariz göstəricisidir. Görüşlər zamanı iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, müdafiə və təhlükəsizlik sahələrində birgə fəaliyyətin genişləndirilməsi, eləcə də ikitərəfli ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində konkret addımlar atılmışdır.
Müstəqilliyimizin və ölkəmizə qarşı erməni işğalının başlanmasının lap əvvəlində – 1992-ci ildə ABŞ Konqresi “Azadlığı müdafiə aktı”na əlavə edilən və Azərbaycana ABŞ-nin birbaşa dövlət yardımını yasaqlayan qanunvericilik aktını qəbul etdi. Və bununla da ölkəmiz ABŞ hökumətindən birbaşa yardım almayan yeganə postsovet dövlətinə çevrildi.2001-ci ildə ABŞ Əfqanıstana müdaxilə etdi. O zaman ABŞ Azərbaycanın hava məkanından istifadə etdiyi üçün 907-ci düzəlişi dayandırdı. Bu proses 2023-cü ilə kimi davam etdi. ABŞ 2023-cü ildə heç bir səbəb göstərmədən Əfqanıstandan çıxdı və 907-ci düzəlişə qoyulan qadağanı götürdü. 33 il sonra həmin “düzəliş”in, nəhayət ki, ləğv edilməsi bir tərəfdən ABŞ-nin Azərbaycana yetərincə sağlamlaşmış münasibətinin dayanırsa, digər tərəfdən də Azərbaycanın Qarabağ Zəfərinin daha bir mərhələsi, illərcə davam etmiş və çox faciələr gətirmiş həmin qarşıdurmanın banisi və daimi qızışdırıcılarından olan erməni lobbisi üzərində qələbəmiz deməkdir!
Xüsusilə enerji diplomatiyası sahəsində əldə olunan razılaşmalar Azərbaycanın qlobal enerji bazarındakı əhəmiyyətini bir daha ön plana çıxarmışdır. ABŞ rəsmiləri Azərbaycanın Cənub Qaz Dəhlizindəki liderliyini, həmçinin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni yüksək qiymətləndirmişdir.
Bütün dünyanın diqqət mərkəzində olan ABŞ-Azərbaycan rəhbərlərinin ikitərəfli görüşünün Vaşinqton sammitinin uğurla yekunlaşması, ölkəmizin böyük və tarixi diplomatik qələbəsi xalqımızı ürəkdən sevindirdi. Sabitlik, Cənubi Qafqazda sülh, iqtisadi imkanlar, investisiyalar, enerji təhlükəsizliyi və digər sahələr baxımından tarixi bir günə şahidlik etdik. Müzəffər Ali Baş Komandan İlham Əliyev döyüş meydanında qazanılan zəfərləri Vaşinqtonda, diplomatiya meydanında təsdiqlətdi. Üstəlik, bu uğur dünyanın ən güclü dövləti olan Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın iştirakı və imzası ilə rəsmiləşdirildi.
Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında baş tutan üçtərəfli görüşün nəticəsinə dair yeddi bənddən ibarət Birgə Bəyannamənin imzalanmasıdır.
Bu Bəyannamə Azərbaycanla Ermənistan arasında imzalanacaq Sülh Sazişinin mətninin demək olar ki tamamlanması ilə yanaşı, regionda yeni dəhlizin – "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun (TRIPP) açılması, eləcə də 30 ildir nəticəsiz fəaliyyət göstərən ATƏT-in Minsk Qrupunun ləğv edilməsi qərarının qəbul edilməsi baxımından tarixi əhəmiyyət daşıyır. Bu səfər nəticəsində əldə olunan siyasi qələbə, həm də Azərbaycanın sülh, sabitlik və beynəlxalq əməkdaşlıq prinsiplərinə sadiqliyinin dünyaya nümayişi oldu. Prezident İlham Əliyevin qətiyyətli mövqeyi, milli maraqların qorunması istiqamətində apardığı uğurlu siyasət beynəlxalq aləmdə yüksək hörmət qazanmışdır.
Bu diplomatik uğurları ilə Prezident İlham Əliyev bütün dünyaya bəyan etdi ki, o, təkcə Cənubi Qafqazda iki yüz ildən artıq davam edən erməni vandalizminə son qoyulmasının yox, həm 44 günlük Vətən müharibəsinin qalibi, həm də böyük sülhün müəllifidir.
Cənab Prezidentin ABŞ-da qazandığı bu siyasi uğur Azərbaycanın beynəlxalq nüfuzunu daha da gücləndirməklə yanaşı, ölkəmizin gələcək inkişafı üçün yeni imkanlar açır. Bu hadisə, həmçinin xalqımızın dövlət başçısına olan etimadının və dəstəyinin nə qədər sarsılmaz olduğunu bir daha təsdiqləyir.
Prezident İlham Əliyevin ABŞ-a işgüzar səfəri Azərbaycanın müasir tarixində qələbə diplomatiyasının zirvəsi kimi qalacaq. Vaşinqtonda imzalanan sənədlər ölkəmizin siyasi, iqtisadi və təhlükəsizlik müstəvisində güc balansını Azərbaycanın xeyrinə möhkəmləndirdi. Bu, Prezident İlham Əliyevin formalaşdırdığı "qələbədən sülhə" strategiyasının praktiki nəticəsi olaraq, həm regional sabitlik, həm də qlobal əməkdaşlıq üçün davamlı hüquqi-institusional çərçivə yaratdı.Vaşinqtonda imzalanan Birgə Bəyannamə Azərbaycanın, Prezident İlham Əliyevin növbəti parlaq qələbəsidir. Prezident İlham Əliyevin bu prosesdəki liderliyi, strateji baxışı və siyasi uzaqgörənliyi yenə də qalib gəldi. Dövlət başçımızın milli maraqların qorunmasında ortaya qoyduğu qəti, ardıcıl və prinsipial mövqe nəticəsində qalib Azərbaycanın yaratdığı status-kvo bir daha təsbit olundu, beynəlxalq ictimaiyyət, o cümlədən ABŞ yeni reallığı qəbul etdi. Müharibədə qalib gəlmiş Prezident İlham Əliyev sülhü də qazandı. “ABŞ-da əldə edilən nəticənin tarixi və strateji əhəmiyyəti o qədər böyükdür ki, bu barədə indiki və gələcək nəsillər uzun illər danışacaq. Xalqımız 44 günlük Vətən müharibəsindəki, eləcə də birgünlük antiterror əməliyyatındakı möhtəşəm qələbələrin davamı kimi, Vaşinqtondakı bu diplomatik uğuru da həmişə qürurla xatırlayacaq”. Cənab Prezident İlham Əliyevin müdrik siyasətinin nəticəsində Cənubi Qafqaz nəhayət ki, müharibə ilə dolu coğrafi məkandan müstəqil, qlobal əməkdaşlığa açıq, sülh və rifah dolu bir məkana çevriləcək.
Həbib Misirov,
YAP Kəlbəcər rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
11 İyun 08:54
Mədəniyyət
11 İyun 08:30
Daxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30

