Laçın - abadlıq, müasirlik və rifahın yeni simvolu
26.08.2025 [08:57]
İlqar İlyasov,
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri
1992-ci ilin mayında Laçın rayonunun işğalı yalnız Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş bir hərbi təcavüz aktı deyil, həm də regionda yeni geosiyasi düzən yaratmaq niyyətinin açıq təzahürü idi. O dövrdə mövcud olan zəif idarəçilik və qeyri-peşəkar qərarlar nəticəsində Laçın strateji əhəmiyyətinə görə Ermənistanla Dağlıq Qarabağ arasında əlaqə rolu oynayan “dəhliz”ə çevrildi. Bu isə erməni tərəfinin məqsədyönlü və uzunmüddətli planlarının mühüm mərhələsi kimi həyata keçirildi.
İşğal dövründə Laçın rayonu ciddi dağıntılara məruz qaldı. Yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan edildi, mədəniyyət abidələri talan olundu, təbii sərvətlər və ekosistem amansızcasına məhv edildi. Meşələr kəsildi, torpaq və su ehtiyatları talan edildi, bölgənin ekoloji balansı pozuldu. Rəsmi İrəvan tərəfindən həyata keçirilən bu qeyri-insani əməllər beynəlxalq hüquq normalarına zidd olmaqla yanaşı, müharibə cinayətləri və insanlığa qarşı törədilmiş cinayətlər kimi qiymətləndirilməlidir.
Bununla yanaşı, Laçının etnik-demoqrafik tərkibini dəyişdirmək üçün sistemli şəkildə qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirildi. Bu siyasət həm Azərbaycanın suveren hüquqlarına, həm də beynəlxalq konvensiyalara açıq şəkildə zidd idi.
2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan parlaq Qələbə nəticəsində Azərbaycan işğal altında olan ərazilərini azad etdi. Bu Qələbə yalnız hərbi deyil, həm də siyasi və mənəvi üstünlüyün simvoluna çevrildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Laçın da daxil olmaqla bütün azad edilmiş ərazilərdə sürətli bərpa və quruculuq işlərinə start verildi.
Prezidentin “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur...” fikirləri həyata keçirilən strategiyanın uğurla reallaşdığını əyani şəkildə sübut edir. Laçın bu gün abadlıq, müasirlik və rifahın yeni simvoluna çevrilməkdədir.
Hazırda Laçın rayonunda genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir. Kəlbəcər–Laçın avtomobil yolunun yenidən qurulması, Laçın Beynəlxalq Hava Limanının inşası, kəndlərarası yolların çəkilməsi bölgənin nəqliyyat əlçatanlığını artırmaqla yanaşı, iqtisadi potensialını da genişləndirir. Bu infrastruktur yenilənməsi həm yerli əhalinin rahatlığını təmin edir, həm də turizm və sahibkarlığın inkişafına şərait yaradır.
Bu istiqamətdə xüsusi qeyd olunmalı layihələrdən biri 2025-ci ildə Zerti kəndində istifadəyə verilən “Laçın” İstirahət Kompleksidir. 11,2 hektar ərazini əhatə edən bu kompleksdə 120 otaqlı hotel, 8 kottec və tədbir zalları mövcuddur. Kompleksdə eyni anda 324 qonağın qəbul edilməsi mümkündür. Ən önəmlisi, burada 174 nəfər daimi işlə təmin olunub və onların böyük əksəriyyəti məhz yerli sakinlərdir.
2023-cü ildə yaradılan “Hoçazfilm” yaradıcılıq studiyası Laçının mədəni və yaradıcı həyatında yeni səhifə açdı. Müasir avadanlıqlarla təchiz olunan bu studiya Qarabağda baş vermiş işğal və azadlıq salnaməsinin sənədli və bədii filmlərlə dünya ictimaiyyətinə çatdırılmasına imkan verir. Bu həm də Laçının regional mədəniyyət mərkəzi kimi inkişafına təkan verən strateji layihədir.
Laçın şəhəri və kəndləri bu gün yüksək səviyyəli istirahət məkanlarına çevrilməkdədir. Yeni salınan parklar, terraslar, bayraq meydanları, rekreasiya zonaları və mədəniyyət obyektləri əhalinin sosial rifahını artırmaqla yanaşı, turizm sektorunun inkişafına da təkan verir. Bu da Laçını Azərbaycanın yeni turizm mərkəzlərindən birinə çevirir.
Prezident İlham Əliyevin 2021-ci ildə Laçına etdiyi ilk səfər strateji əhəmiyyət daşıyırdı. Bu səfər çərçivəsində Laçın Beynəlxalq Hava Limanının təməli qoyuldu. 2023-cü ilin avqust ayında isə dövlət başçısının iştirakı ilə bir sıra mühüm obyektlərin açılış və təməlqoyma mərasimləri keçirildi:
1. “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik Stansiyalarının açılışı;
2. Laçın Beynəlxalq Hava Limanındakı tikinti işləri ilə tanışlıq;
3. Yeni mehmanxana kompleksinin təməlqoyması;
4. Mebel fabrikinin istifadəyə verilməsi;
5. Laçın şəhər məktəbinin əsaslı təmirdən sonra istifadəyə verilməsi;
6. “Hoçazfilm” studiyasının rəsmi açılışı;
7. “Həkəri Balıq Təsərrüfatı”nın istifadəyə verilməsi;
8. Zabux kəndində yerli sakinlərlə görüş;
9. Laçın şəhəri günü münasibətilə keçirilən bayram tədbirləri.
Bu səfərlər bir daha sübut edir ki, Laçının dirçəlişi dövlət səviyyəsində xüsusi diqqət və planlı yanaşma ilə həyata keçirilir.
28 may 2025-ci ildə Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi ilə bölgənin beynəlxalq statusu artdı. Bundan sonra biz Laçını o səviyyəyə çatdırmalıyıq ki, düşmən bir daha bu tərəfə baxmağa belə cürət etməsin. Bizim xalqımız, Laçına elə bağlanmalıdır ki, düşmən bir daha ağlının ucundan Laçına və digər ərazilərimizə qarşı iddia irəli sürməyə cəhd göstərə bilməsin. Bunun üçün əlimizdən gələni etməliyik.
Hər il 26 Avqust – Laçın şəhəri günü yalnız tarixi bir hadisənin xatırlanması deyil, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizənin və nail olduğu qələbənin simvoludur. Bu tarix eyni zamanda yenidənqurma və inkişafın parlaq nümunəsi kimi yadda qalır.
Bu gün Laçın öz tarixinin ən parlaq dövrünü yaşayır. Gələcəyə böyük inamla baxan Laçın, Azərbaycanın sosial-iqtisadi inkişaf xəritəsində strateji və mədəni baxımdan mühüm yer tutaraq, daha böyük uğurla inkişaf edir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21

