Gələcək inkişaf perspektivləri
01.09.2025 [18:09]
Vaşinqton görüşünün uğurlu nəticələrindən biri də ATƏT-in Minsk qrupunun ləğv edilməsidir. Məlum olduğu kimi, qurum 1992-ci ildə artıq tarixə qovuşan Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yetinə yetirmək məqsədilə yaradılmışdır. Lakin yarandığı gündən missiyasını Ermənistana dəstəkdə görən Minsk qrupunun ikili standartlara əsaslanan siyasəti rəsmi Bakı tərəfindən ən yüksək tribunalardan bəyan edildi. Dövlətimizin başçısı İlham Əliyev bu günlərdə Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində də bu reallıqlara xüsusi diqqət göstərdi. “Bəli, Minsk qrupunun ləğvi Azərbaycan tərəfindən danışıqların ilkin mərhələlərində irəli sürülmüş şərtlərdən biri idi. Bizim məntiqimiz bundan ibarət idi ki, Minsk qrupu 1992-ci ildə ATƏM tərəfindən Qarabağ münaqişəsinin həlli üçün yaradılmışdı. Ermənistan rəsmi şəkildə Qarabağı Azərbaycanın hissəsi kimi tanıdığını və münaqişənin başa çatdığını bildirdiyi halda, Minsk qrupunun hüquqi mövcudluğu absurddur” söyləyən cənab İlham Əliyev bildirdi ki, əgər onu saxlamaqda israrlı olsalar, bu, onların Qarabağla bağlı hələ də ərazi iddialarının olduğunu göstərir. Bu, mövqeyimizin əsasında dayanan məntiq idi. Ermənistana anlatmaq üçün çox vaxt və səy sərf etdik ki, hər iki tərəf Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə məktub yazsın və bu, Prezident Trampın iştirakı ilə baş verdi. Hazırda proses artıq başlayıb və bu, Minsk qrupunun hüquqi süqutunu ifadə edəcək, çünki o, artıq beş ildən çoxdur ki, fəaliyyətsizdir.
Reallıq budur ki, bəzi dünya güclərinin ikili siyasəti Qarabağ münaqişəsinin həlli prosesinin 30 il uzanmasına cəbəb oldu. Ermənistan 28 il danışıqlar prosesinə yalnız danışıq xatirinə qatıldı. Vaxt qazanmaq üçün səylər göstərən işğalçı dövlət yeni ərazilər uğrunda müharibə planı hazırladığını atdığı addımlarında aydın şəkildə nümayiş etdirdi. 2020-ci ilin 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən raket atəşinə tutması da bu planın əsas tərkib hissəsi idi. Beləliklə, İkinci Qarabağ müharibəsi başladı və Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gündə ədaləti bərpa etdi, torpaqlarımız işğaldan azad edildi.
Cənab İlham Əliyev sözügedən müsahibəsində onu da vurğuladı ki, məcburi köçkünlərə gəlincə, Birinci Qarabağ müharibəsi zamanı erməni məcburi köçkünü olmayıb, çünki Azərbaycan Ermənistanın ərazisini işğal etməyib, onlar bizim ərazimizi işğal etmişdilər. Buna görə də bu illər ərzində çətin şəraitdə yaşayan çox sayda qaçqın və məcburi köçkünlərimiz oldu. Biz hətta işğal dövründə də köçürülmə proqramını həyata keçirdik, çünki onların tam əksəriyyəti on ildən artıq müddətdə çadır düşərgələrində yaşayırdı: “Prezident seçildiyim andan çadır düşərgələrinin ləğvi prosesinə başladıq və bu işi 2007-ci ildə tamamilə yekunlaşdırdıq. Buna baxmayaraq, minlərlə, on minlərlə soydaşımız uzun illər çox ağır şəraitdə yaşamaqda davam edirdi. Hazırda isə “Böyük Qayıdış” Proqramı çərçivəsində onların doğma yurdlarına qayıdışı prosesinə start verilib. Biz artıq 50 mindən çox insanı azad olunmuş ərazilərdə məskunlaşdırmışıq və bu proses davam edir”.
Dövlətimizin başçısı azad edilmiş ərazilərimizin bərpasında iki əsas maneədən də bəhs etdi. Bildirdi ki, birincisi, mina təhlükəsidir. Ermənilər işğal dövründə həmin ərazilərdə bir milyondan çox mina basdırmışdılar. 2020-ci ilin noyabrında İkinci Qarabağ müharibəsi başa çatdıqdan bu günədək təxminən 400 nəfər mina qurbanı olub. Minalar nəticəsində 70-dən çox insan həlak olub, qalanları isə ağır yaralanıb. Bu səbəbdən genişmiqyaslı bərpa işlərinə başlaya bilmirik, çünki, ilk növbədə, təhlükəsizlik təmin edilməlidir.
İkincisi, Qarabağda infrastrukturun tamamilə məhv edilməsidir. Şəhər və kəndlərimiz yerlə-yeksan olunmuşdur. Kanalizasiya, su təchizatı, elektrik xətləri, dəmir yolları, magistral yollar – hamısı tamamilə dağıdılmışdır. Buna görə də bərpanın ilk illərində vəsaitimizin böyük hissəsi məhz infrastrukturun qurulmasına sərf edildi. Paralel olaraq kəndlərin və şəhərlərin tikintisinə də başlanıldı. Hazırda infrastrukturun inkişafı üzrə artıq yekun mərhələyə yaxınlaşmışıq. Bütün infrastruktur layihələrinin iki-üç il ərzində tam hazır olacağı bildirildi.
Bu gün vəsait daha çox yaşayış layihələrinə yönəldilir. Artıq gözlə görünür ki, tamamilə heç nə olmayan yerlərdə binalar ucalır. Plan bütün keçmiş məcburi köçkünləri normal yaşayış şəraiti və iş yerləri ilə təmin etməkdir. Bu proses artıq başlayıb. Günümüzün reallıqları Böyük Qayıdış Proqramının birinci mərhələsinin uğurla başa çatacağına əminliyi artırır.
Anar Nəbiyev,
YAP Qazax rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİdman
27 Oktyabr 09:13
Dünya
27 Oktyabr 08:52
Hadisə
27 Oktyabr 08:25
Dünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10

