Yeni reallıqlar Azərbaycana növbəti geosiyasi uğurlar vəd edir.
10.09.2025 [20:28]
10 sentyabr 2025-ci il tarixdə “Konstitusiya və Suverenlik İli çərçivəsində” YAP Samux rayon təşkilatının və Gəncə Daşkəsən Regional Təhsil İdarəsi Samux rayon təhsil sektorunun birgə təşkilatçılığı ilə Samux şəhər 2 saylı tam orta məktəbdə “Yeni reallıqlar Azərbaycana növbəti geosiyasi uğurlar vəd edir” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov Prezident İlham Əliyevin xarici və daxili siyasət sahəsində qazandığı möhtəşəm uğurlardan danışıb. Bildirib ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Ağdərəyə səfərləri post-münaqişə dövrünün inkişaf strategiyasının növbəti mühüm mərhələsi hesab etmək olar. Yeni infrastruktur layihələrinin təməlinin qoyulması və açılışı ilə müşayiət olunan bu kimi səfərlər hər dəfə Azərbaycanın suverenliyinin bərpa olunduğu ərazilərdə canlanma yaradır, yeni qaynar həyatın başlanğıcına stimul verir.
G.Bayramov həmçinin Prezident İlham Əliyevin məqsədyönlü xarici siyasəti nəticəsində keçən dövr ərzində Azərbaycanın regional və qlobal əhəmiyyətli iqtisadi, siyasi və humanitar layihələrin mərkəzinə çevrilməsindən, Amerikaya, Çinə, Türkmənistana etdiyi işgüzar səfərlərdən danışıb. Qeyd edib ki, cənab prezidentin həyata keçirdiyi xarici siyasət kursu həmişə öz dinamikliyi, intensivliyi və çevikliyi ilə xarakterizə olunub və daim milli maraqlara söykənib. Bu gün ölkəmiz Cənubi Qafqazda sülhü bərqərar edir. Bu, nəinki bizim bölgəmiz, eyni zamanda, bütün dünya üçün böyük bir imkandır.Dövlət başçımızın qeyd etdiyi kimi məhz “Tramp rifah və sülh marşrutu” rabitə, əlaqələr baxımından divarları yox edəcək, əlaqələr yaradacaq və bir sıra ölkələr üçün investisiya, sərmayə, sabitlik və rifah baxımından böyük imkanlar açacaqdır.
Sonra tədbirdə iştirak edən Samux şəhər 2 saylı tam orta məktəb ərazi partiya təşkilatının sədri Əminə Cəfərova, Yuxarı Ağasıbəyli kənd tam orta məktəbin müəllimi Əfqanə Ümmani və Lək kənd tam orta məktəbin müəllimi Ülviyyə Qasımova çıxış edərək bildiriblər ki, bu gün Azərbaycanın dünya miqyasında nüfuzu xeyli artıb. Bu da ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirib. Bu baxımdan, Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin təməlində Azərbaycanın milli maraqlarının hər zaman üstün tutulduğunu əminliklə söyləmək olar.
Tədbirin sonunda YAP Samux rayon təşkilatı tərəfindən keçirilən tədbirlərdə siyasi fəallıq göstərdiyinə, rayonun ictimai- siyasi həyatında fəal iştirakına və təhsil sahəsində fərqləndiyinə görə bir qrup partiya üzvləri YAP Samux rayon təşkilatı tərəfindən Fəxri Fərmanla təltif edilib.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

