Azərbaycan tarixində yeni dövr - ŞƏRH
29.09.2025 [21:15]
Ölkə Prezidenti cənab İlham Əliyev 25 sentyabr 2025-ci ildə BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış etmişdir.
Prezidentin çıxışı göstərir ki, Azərbaycanın 2020-ci il Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə regionda yeni reallıqlar yaratdı. 10 noyabr 2020-ci ildə Ermənistanın kapitulyasiyası və ölkəmizin ərazi bütövlüyünün bərpası ilə Azərbaycan yalnız hərbi deyil, həm də siyasi müstəvidə qətiyyətli mövqeyini təsdiq etdi.
Dövlət başçısı vurğulayır ki, müharibədən dərhal sonra Azərbaycan beynəlxalq hüquqa əsaslanan beş təməl prinsip əsasında Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan etmiş, bu istiqamətdə təşəbbüskar mövqe sərgiləmişdir. 2022-ci ildən başlayan və 2025-ci ilin yayına qədər davam edən danışıqlar nəticə etibarilə uğurlu mərhələyə çatmışdır. Ən mühüm məqam isə danışıqların yalnız ikitərəfli formatda aparılması və kənar təsirlərin aradan qaldırılması olmuşdur.
Avqustun 8-də Vaşinqtonda baş tutan sammit tarixi əhəmiyyət daşıyır. Burada Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin sülh müqaviləsini paraflaması, liderlərin birgə bəyanat imzalaması və ABŞ Prezidenti Donald Trampın buna şahidlik etməsi regionda sabitlik və əməkdaşlıq üçün yeni səhifə açır. ATƏT-in Minsk qrupunun fəaliyyətsiz, köhnəlmiş mexanizm kimi bağlanması da artıq reallığın qəbul edildiyini göstərir.
Sammitin nəticələri sırasında xüsusilə diqqət çəkən məsələ “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun yaradılmasıdır. Bu dəhliz Zəngəzur üzərindən maneəsiz keçidi təmin etməklə, regionda iqtisadi inteqrasiyanı və beynəlxalq nəqliyyat əlaqələrini gücləndirəcək.
Eyni zamanda, ABŞ-la Azərbaycan arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması barədə razılıq əldə olunması ikitərəfli münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Bu, siyasi, iqtisadi, enerji, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığı daha da möhkəmləndirəcək.
Prezident çıxışında həmçinin ABŞ Prezidentinin 907-ci düzəlişin icrasını dayandırmaq qərarını tarixi addım kimi dəyərləndirmişdir. Bu qərar Azərbaycanla ABŞ arasında etimad mühitini gücləndirməklə yanaşı, ikili standartların aradan qalxmasına da zəmin yaradır. Konqres tərəfindən 907-ci düzəlişin tamamilə ləğv olunması isə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsini möhkəmləndirəcəkdir.
Ümumilikdə, Prezidentin çıxışında Azərbaycanın sülh təşəbbüskarına çevrildiyi, regionda yeni geosiyasi nizamın formalaşmasında fəal rol oynadığı, ABŞ-la əlaqələrin isə strateji müttəfiqlik səviyyəsinə yüksəldiyi aydın şəkildə ifadə olunur. Bu, həm milli maraqların təmin olunması, həm də qlobal miqyasda təhlükəsizliyin möhkəmləndirilməsi baxımından mühüm tarixi mərhələdir.
Şamo Qasımov
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxXəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34

