Ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolu
07.10.2025 [17:35]
Elmin Məmmədov
YAP Ağdam rayon təşkilatının əməkdaşı
İlk öncə qeyd etmək lazımdır ki, İtaliya Respublikasının Prezidenti Sercio Mattarella Azərbaycana səfəri bir çox mühüm məqamlar ilə yadda qaldı. Bu tarixi səfər Azərbaycan-İtaliya arasında yeni bir mərhələnin başlanğıcına təkan verdi və bu da ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolu və nüfuzundan xəbər verir. Prezident cənab İlham Əliyev çıxışı zamanı İtaliya-Azərbaycan əlaqələrinin inkişafından, əməkdaşlığımızın çoxşaxəli, energetikadan başlamış sənaye istehsalına qədər bir çox sahələri əhatə etməsindən danışıb. Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin tam icra edildiyini qeyd edib. Mətbuata birgə bəyanatla çıxışı zamanı Dövlətimizin Başçısı cənab İlham Əliyev bildirdi ki, "TAP layihəsi uğurla icra edildi. 2020-ci ildən başlayaraq bu layihə vasitəsilə İtaliyaya Azərbaycan qazı ixrac edilir. Bu gün Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan 14 ölkəyə təbii qazı ixrac edir. İldən-ilə bizim əhatə dairəmiz artır və bu gün boru kəmərləri ilə ixrac edilən təbii qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. Azərbaycan nefti İtaliyanın neft balansında birinci yerdə, Azərbaycan qazı isə ikinci yerdədir. Yəni, bu əməkdaşlıq həm güclü tərəfdaşlıqdan xəbər verir, həm də biz uzun illər etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləmişik. Əgər bu səmimi münasibətlər olmasaydı, qarşılıqlı inam olmasaydı, bu layihələrin həyata keçirilməsi mümkün olmazdı." İtaliya Prezidentinin Azərbaycana səfəri və aparılan siyasi dialoq ölkəmizin beynəlxalq mövqeyinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Bu gün Azərbaycan bölgədə ən etibarlı siyasi, strateji tərəfdaş kimi bir çox inkişaf etmiş dövlətlərin marağına səbəb olub.
Azərbaycanın sıx siyasi və iqtisadi əlaqələrə malik olduğu Avropa ölkələrindən biri də İtaliyadır. Azərbaycan-İtaliya əlaqələri bir sıra özünəməxsus cəhətlərinə görə seçilir. Çünki İtaliya dövləti hər zaman Azərbaycanın milli dövlətçilik maraqlarına böyük hörmətlə yanaşıb və dünya siyasi arenasında ölkəmizi diplomatik istiqamətdə daim dəstəkləyib. Azərbaycanın siyasi və iqtisadi potensialı artıb, eyni zamanda ölkəmiz regionda söz sahibi olan dövlətə çevrilib və yeni reallıqlar yaradıb.
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu və dinamik xarici siyasət nəticəsində Azərbaycan müasir beynəlxalq münasibətlər sisteminin fəal aktoruna birinə çevrilib. Azərbaycan öz təbii sərvətlərinin sahibi kimi enerji sahəsində əməkdaşlıq əlaqələrini dövlət maraqları və qarşılıqlı faydalılıq prinsipləri əsasında reallaşdırır.
Xəbər lenti
Hamısına baxDünya
04 Avqust 18:25
Dünya
04 Avqust 17:57
İdman
04 Avqust 17:40
Dünya
04 Avqust 17:35
Dünya
04 Avqust 17:10
Elm
04 Avqust 17:10
Dünya
04 Avqust 16:55
Dünya
04 Avqust 16:22
İqtisadiyyat
04 Avqust 16:10
Dünya
04 Avqust 15:45
İqtisadiyyat
04 Avqust 15:33
Elm
04 Avqust 15:28
Mədəniyyət
04 Avqust 15:28
İdman
04 Avqust 15:25
Dünya
04 Avqust 15:21
Dünya
04 Avqust 15:20
Dünya
04 Avqust 14:55
İqtisadiyyat
04 Avqust 14:37
Sosial
04 Avqust 14:32
Elm
04 Avqust 14:30
Dünya
04 Avqust 14:28
Dünya
04 Avqust 14:20
İdman
04 Avqust 14:19
Sosial
04 Avqust 14:05
Dünya
04 Avqust 13:50
İqtisadiyyat
04 Avqust 13:50
Sosial
04 Avqust 13:40
Siyasət
04 Avqust 13:30
Dünya
04 Avqust 13:30
Elm
04 Avqust 13:20
İqtisadiyyat
04 Avqust 13:15
Elm
04 Avqust 13:10
Dünya
04 Avqust 12:50
Mədəniyyət
04 Avqust 12:50
İqtisadiyyat
04 Avqust 12:25
Gündəm
04 Avqust 12:24
Dünya
04 Avqust 12:20
Sosial
04 Avqust 12:05
İqtisadiyyat
04 Avqust 11:50
Gündəm
04 Avqust 11:35
Gündəm
04 Avqust 11:12
YAP xəbərləri
04 Avqust 11:07
Gündəm
04 Avqust 10:54
Gündəm
04 Avqust 10:38
İqtisadiyyat
04 Avqust 10:16
Analitik
04 Avqust 09:55
İqtisadiyyat
04 Avqust 09:35
Elm
04 Avqust 09:13
Dünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52

