Strateji tərəfdaşlıq modeli
21.10.2025 [15:14]
Mansur Quliyev
YAP Ağdam rayon təşkilatının sədri
Prezident İlham Əliyevin 18 oktyabr 2025-ci ildə Qazaxıstanın “Kazinform” informasiya agentliyinə verdiyi müsahibə iki qardaş ölkə – Azərbaycan və Qazaxıstan arasında möhkəm siyasi, iqtisadi və mənəvi birliyin növbəti təzahürü oldu. Dövlət başçımızın müsahibəsində səsləndirdiyi fikirlər bu gün regionda və bütövlükdə türk dünyasında formalaşan yeni geosiyasi reallıqları, qarşılıqlı etimad və strateji tərəfdaşlıq üzərində qurulan münasibətlərin dərin mahiyyətini bir daha nümayiş etdirdi. Azərbaycan ilə Qazaxıstan əlaqələri tarixən ortaq köklərə, dil, din və mədəniyyət birliyinə əsaslanır. Ulu öndər Heydər Əliyevin və Qazaxıstanın görkəmli lideri Nursultan Nazarbayevin yaratdığı dostluq və əməkdaşlıq təməli bu gün Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev tərəfindən müasir tələblərə uyğun şəkildə inkişaf etdirilir. Bu gün iki ölkə arasındakı münasibətlər təkcə diplomatik səviyyədə deyil, eyni zamanda siyasi etimad, qarşılıqlı dəstək və qardaşlıq prinsipləri üzərində möhkəm şəkildə qurulub. Prezident İlham Əliyevin “Kazinform” agentliyinə müsahibəsində vurğuladığı kimi, Azərbaycan ilə Qazaxıstanın siyasi əlaqələri hazırda ən yüksək mərhələsinə çatıb. İki ölkə beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin mövqeyini dəstəkləyir, Türk Dövlətləri Təşkilatı (TDT), BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatında ortaq maraqları müdafiə edir. Bu qarşılıqlı həmrəylik regionda sülhün, sabitliyin və dayanıqlı inkişafın təminatına çevrilib.
Xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığımızın dərinləşməsi xalqlarımızı daha da yaxınlaşdırır. Bu birliyin formalaşmasında Azərbaycan və Qazaxıstan liderlərinin şəxsi dostluq münasibətləri və strateji baxışları mühüm rol oynayır. Hər iki dövlət türk dünyasının güclənməsi, enerji, nəqliyyat, kommunikasiya, humanitar və mədəni əlaqələrin genişlənməsi istiqamətində eyni hədəflərə xidmət edir. Bu gün Azərbaycan və Qazaxıstan arasında həyata keçirilən enerji və nəqliyyat layihələri – Xəzər dənizi vasitəsilə daşımaların genişləndirilməsi, Orta Dəhliz və Transxəzər nəqliyyat marşrutu kimi təşəbbüslər təkcə iki ölkənin deyil, bütün regionun iqtisadi inteqrasiyasına mühüm töhfə verir. Prezident İlham Əliyevin müsahibəsində qeyd etdiyi kimi, bu əməkdaşlıq təkcə iqtisadi deyil, həm də strateji təhlükəsizlik baxımından böyük əhəmiyyət daşıyır. Ən əsası isə, Azərbaycan ilə Qazaxıstan münasibətlərini fərqləndirən amil dostluq və etimaddır. Bu münasibətlər müvəqqəti maraqlara deyil, xalqlarımızın qardaşlıq bağlarına söykənir. Qazaxıstan daim Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib, postmüharibə dövründə azad edilmiş ərazilərin bərpasında da real töhfələr verib. Bu, qardaşlığın, qarşılıqlı hörmət və səmimiyyətin bariz nümunəsidir. Prezident İlham Əliyevin “Kazinform”a verdiyi müsahibə bir daha göstərdi ki, Azərbaycan-Qazaxıstan münasibətləri gələcəyə hesablanmış strateji tərəfdaşlıq modeli üzərində qurulub. Bu münasibətlərin əsas dayaqları – ortaq tarix, mədəni yaxınlıq, siyasi etimad və liderlərimizin uzaqgörən siyasətidir. Bu gün Azərbaycan ilə Qazaxıstan yalnız iki müstəqil dövlət kimi deyil, həm də türk dünyasının iki dayağı kimi çıxış edir. Bu birlik regionda sülhün, sabitliyin və inkişafın əsas təminatçısıdır. Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlər bu reallığı bir daha təsdiqlədi: Azərbaycan ilə Qazaxıstan arasındakı siyasi əlaqələr hazırda ən yüksək səviyyədədir və qarşılıqlı etimad üzərində möhkəm şəkildə dayanır.
Xəbər lenti
Hamısına baxSosial
10 Avqust 08:30
Dünya
10 Avqust 08:15
Dünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23

