Dövlət idarəçiliyində etimad və məsuliyyət
13.11.2025 [17:14]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabr ayının 12- də yeni təyin edilmiş bir sıra icra başçılarını qəbul edib. Görüş zamanı dövlət başçısı çıxış edərək, ölkədə idarəetmə sisteminin təkmilləşdirilməsi, yerlərdə şəffaf və məsuliyyətli fəaliyyətin təmin edilməsi, vətəndaş məmnunluğunun artırılması ilə bağlı mühüm tapşırıqlar verib.
Prezident İlham Əliyev bildirib ki, icra başçısı vəzifəsinə təyinat böyük etimaddır və hər bir məmur bu etimadı əməli fəaliyyəti ilə doğrultmalıdır:
“Siz ölkəmizin müxtəlif bölgələrinə rəhbər vəzifələrə təyin edilirsiniz. Sizə böyük etimad göstərilir və əminəm ki, bu etimadı doğruldacaqsınız.”
Dövlət başçısı qeyd edib ki, icra başçılarının əsas vəzifəsi bölgələrdə insanların rifahına, sosial təminatına və həyat şəraitinin yaxşılaşdırılmasına xidmət göstərməkdir.
“İcra başçısı xalqa xidmət etməlidir. Xalqdan uzaq düşən, vətəndaşın dərdini, qayğısını dinləməyən şəxs bu vəzifəyə layiq deyil.”
Prezident İlham Əliyev vurğulayıb ki, hər bir dövlət qulluqçusu özünü xalqın xidmətçisi kimi aparmalı, vətəndaşların etimadını qazanmalıdır.
Dövlət başçısı çıxışında idarəetmədə şəffaflığın və ədalətin qorunmasının vacibliyinə də toxunub.Cənab Prezidentin sözlərinə görə, icra strukturlarında baş verən hər bir qanunsuzluq dövlətin nüfuzuna zərbədir və belə hallara qarşı qəti tədbirlər görüləcək: “Korrupsiya və rüşvətxorluq kimi hallara qarşı mübarizə prinsipial şəkildə aparılır. Kim bu prinsiplərə zidd addım atacaqsa, məsuliyyətə cəlb olunacaq.”
Prezident İlham Əliyev həmçinin qeyd edib ki, rəhbər şəxslər öz davranışlarında təvazökar olmalı, sadəlik nümayiş etdirməlidirlər:
“Rəhbər vəzifədə çalışan hər bir şəxs və onun yaxınları elə davranmalıdırlar ki, dövlətin adına kölgə salınmasın.”
Prezident İlham Əliyev çıxışında regionların sosial-iqtisadi inkişafına xüsusi diqqət ayıraraq bildirdi ki, son illər həyata keçirilən proqramlar sayəsində bütün bölgələrdə abadlıq, infrastruktur və sosial layihələr geniş vüsət alıb.
“Hər bir Azərbaycan vətəndaşı görür ki, bölgələrdə inkişaf, abadlıq və quruculuq işləri genişlənir. Ancaq biz bu nailiyyətlərlə kifayətlənməməliyik.”
Dövlət başçısı, yeni icra başçılarının qarşısında duran əsas vəzifələrdən birinin bölgələrdə bu inkişafı davam etdirmək, vətəndaşların sosial rifahını artırmaq və yerli problemləri operativ şəkildə həll etmək olduğunu vurğulayıb.
Prezident İlham Əliyev icra başçılarına tövsiyə edib ki, onlar daim vətəndaşlarla birbaşa təmasda olmalı, bölgələrdə yaşayan insanların qayğılarını şəxsən dinləməlidirlər.
“Siz kabinetlərdə oturmamalısınız. Hər gün insanlar arasında olmalı, onların problemlərini yerində öyrənməli və həlli üçün operativ tədbirlər görməlisiniz.”
Dövlət başçısı qeyd edib ki, məhz vətəndaşla yaxınlıq, ictimai etimadın qorunması və səmimiyyət idarəetmənin dayanıqlığını təmin edən əsas amillərdəndir.
Prezident İlham Əliyevin çıxışı yeni təyin edilmiş icra başçıları üçün həm bir xəbərdarlıq, həm də inam mesajı oldu. Dövlət başçısının sözlərinə görə, hər bir rəhbər şəxs ölkədə aparılan islahatların fəal iştirakçısına çevrilməli, “etimadın şərəfini əməli fəaliyyətlə” qorumalıdır.
Bu qəbul dövlət idarəçiliyində yeni mərhələnin – məsuliyyətli, şəffaf və vətəndaş yönümlü idarəetmənin möhkəmləndirilməsinə xidmət edir.
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

