YAP Nəsimi rayon təşkilatında gənclərlə veteranların görüşü təşkil edilib
19.11.2025 [12:21]
21 noyabr Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 33-cü il dönümü ərəfəsində YAP Nəsimi rayon təşkilatında gənclərlə veteranların görüşü təşkil edilmişdir. Yerli təşkilat partiya veteranlarını daima diqqət mərkəzində saxlayır, onların qayğıları və problemləri ilə maraqlanır, onlarla mütəmadi görüşlər təşkil edir. Növbəti görüş noyabrın 18-də bir qrup partiya veteranı ilə gənclər arasında keçirilmişdir.
Öncə YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, YAP Veteranlar Şurasının üzvü, “91-lər”-in üzvü Rafiq Məmmədhəsənov YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva, Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Şadlinski və Azərbaycan Dillər Universiteti rektorunun müşaviri-partiya veteranı Ələddin Əliyev, “Kliniki Tibbi Mərkəz” PHŞ-də baş həkimin müavini Məhəbbət Ibrahimova Ulu Öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyub, Ulu Öndərə sonsuz ehtiramlarını bildiriblər.
Eyni zamanda, rayon təşkilatının sədri Azər Süleymanov Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyev cənablarının xüsusi yanaşması nəticəsində gənc nəslin partiya veteranlarının siyasi təcrübəsindən geniş yararlana bilməsi üçün Yeni Azərbaycan Partiyasında Veteranlar Şurası yaradıldığını qeyd etdi. Yeni Azərbaycan Partiyasının nüfuzunun gündən-günə artdığını bildirib. O, partiyanın Nəsimi rayon təşkilatının rayonun ictimai-siyasi həyatında fəal şəkildə iştirak etdiyini söyləyib.
Daha sonra tədbirdə çıxış edən YAP Veteranlar Şurasının üzvü, “91-lər”-in üzvü Rafiq Məmmədhəsənov partiyanın qurucular dövründəki nailiyyətlərini xatırladaraq, gənclərə səmimiyyət və məsuliyyət prinsipləri üzərində siyasi fəaliyyət aparmağı tövsiyə etdi.
YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva qeyd etdi ki, partiyanın qadın və gənclər sahəsində həyata keçirdiyi layihələr Azərbaycanın sosial harmoniyasını gücləndirir.
Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Şadlinski isə veteranların təcrübəsinin gənc nəsl üçün əbədi mənbə olduğunu vurğulayaraq, birlik və vətənpərvərlik dəyərlərinin qorunmasını vacib hesab etdi.
Tədbir zamanı bu il yubileyi olan bir qrup partiya veteranı dəyərli hədiyyələr təqdim edildi. Sonda gənclər partiya veteranlarına bir sıra suallar ünvanladılar. Görüşdə YAP Nəsimi rayon təşkilatının gənc partiya fəalları partiya veteranlarından dəyərli məsləhət və tövsiyələrini, o cümlədən partiyanın rayon təşkilatının yaradılması tarixi barədə maraqlı söhbətlərini dinlədilər.
Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirildi.
Xəbər lenti
Hamısına baxHadisə
27 Aprel 09:25
İdman
27 Aprel 08:52
Dünya
27 Aprel 08:19
Dünya
27 Aprel 07:30
Dünya
26 Aprel 23:40
İdman
26 Aprel 23:28
Hərbi
26 Aprel 22:30
Sosial
26 Aprel 21:44
İdman
26 Aprel 21:09
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33
Dünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Siyasət
26 Aprel 16:11
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25

