Ağstafada YAP-ın təsis edilməsinin 33 illiyinə həsr olunmuş tədbir keçirilib
20.11.2025 [16:19]
20 noyabr 2025-ci il tarixində Ağstafa rayonunda Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 33-cü ildönümü münasibətilə tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər.
Tədbir YAP Ağstafa rayon təşkilatının inzibati binasında davam etdirilib.
Azərbaycanın Dövlət Himni səsləndirilib, müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin və müstəqilliyimizin, ərazi bütövlüyümüzün təmin olunması yolunda canlarından keçən Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözu ilə açan YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev geniş məruzə ilə çıxış edərək bildirib ki, xalqın partiyası kimi tanınan Yeni Azərbaycan Partiyası bütün istəkləri, arzuları birləşdirir. Yeni Azərbaycan Partiyası artıq 33 ildir ki, respublikamızın ictimai-siyasi həyatında fəal iştirak edir, xalqın sevgisini və dəstəyini qazanır, ölkədə sabitliyin təminatında avanqard rolunu davam etdirir.
Daha sonra çıxış edən natiqlər - “Köçəsgər kənd” Ərazi Partiya Təşkilatının sədr müavini Saqif Babayev, partiya veteranı Məmməd Məmmədov, Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, Dağ Kəsəmən kənd 2 №-li tam orta ümumtəhsil məktəbin direktoru Vüsal Həsənov və partiya fəalı Şəfəq Heydərli bildiriblər ki, Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycanın tarixində çox böyük bir hadisədir. Yeni Azərbaycan Partiyası partiya quruculuğunun mütərəqqi prinsiplərini hər zaman əsas tutub. Partiyanın idealı yeni, müstəqil Azərbaycan yaratmaq olub. Qeyd olunub ki, partiyamız Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf və qələbə yolunda əmin addımlarla irəliləyir.
Daha sonra YAP Ağstafa rayon təşkilatının ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar, eləcə də partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi təqdim edilib.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının 33 illik fəaliyyətini özündə əks etdirən film nümayiş olunub.
Xəbər lenti
Hamısına baxDünya
04 Avqust 19:50
Dünya
04 Avqust 19:35
Dünya
04 Avqust 18:42
Dünya
04 Avqust 18:25
Dünya
04 Avqust 17:57
İdman
04 Avqust 17:40
Dünya
04 Avqust 17:35
Dünya
04 Avqust 17:10
Elm
04 Avqust 17:10
Dünya
04 Avqust 16:55
Dünya
04 Avqust 16:22
İqtisadiyyat
04 Avqust 16:10
Dünya
04 Avqust 15:45
İqtisadiyyat
04 Avqust 15:33
Elm
04 Avqust 15:28
Mədəniyyət
04 Avqust 15:28
İdman
04 Avqust 15:25
Dünya
04 Avqust 15:21
Dünya
04 Avqust 15:20
Dünya
04 Avqust 14:55
İqtisadiyyat
04 Avqust 14:37
Sosial
04 Avqust 14:32
Elm
04 Avqust 14:30
Dünya
04 Avqust 14:28
Dünya
04 Avqust 14:20
İdman
04 Avqust 14:19
Sosial
04 Avqust 14:05
Dünya
04 Avqust 13:50
İqtisadiyyat
04 Avqust 13:50
Sosial
04 Avqust 13:40
Siyasət
04 Avqust 13:30
Dünya
04 Avqust 13:30
Elm
04 Avqust 13:20
İqtisadiyyat
04 Avqust 13:15
Elm
04 Avqust 13:10
Dünya
04 Avqust 12:50
Mədəniyyət
04 Avqust 12:50
İqtisadiyyat
04 Avqust 12:25
Gündəm
04 Avqust 12:24
Dünya
04 Avqust 12:20
Sosial
04 Avqust 12:05
İqtisadiyyat
04 Avqust 11:50
Gündəm
04 Avqust 11:35
Gündəm
04 Avqust 11:12
YAP xəbərləri
04 Avqust 11:07
Gündəm
04 Avqust 10:54
Gündəm
04 Avqust 10:38
İqtisadiyyat
04 Avqust 10:16
Analitik
04 Avqust 09:55
İqtisadiyyat
04 Avqust 09:35
Elm
04 Avqust 09:13
Dünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19

