/ / Şəmkirdə Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 33 illiyinə həsr olunmuş tədbir keçirilib
Şəmkirdə Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 33 illiyinə həsr olunmuş tədbir keçirilib
20.11.2025 [23:16]
Noyabrın 19-da YAP Şəmkir rayon təşkilatının inzibati binasında partiyanın təsis edilməsinin 33 illiyinə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, Ümummilli Lider əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə olunub, sonra Şəmkir şəhərinin mərkəzində yerləşən şəhidlər xiyabanında vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət olundu .
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə partiyanın yaradıcısı Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı Rəşad Tağıyev, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, İcra Hakimiyyəti başçısının müavinləri Süleyman Zeynallı, Rüfət Sahibsoy, Aynur Abdullayeva, rayon İcra Hakimiyyətinin və partiyanın rayon təşkilatının əməkdaşları, şəhid ailələri, ərazi partiya təşkilatlarının sədrləri və partiya fəalları iştirak etdilər
Tədbiri giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev partiyanın yaranma tarixindən, keçdiyi şərəfli yoldan, gələcək hədəflərindən danışıb. F.Vəliyev vurğulayıb ki, YAP tarixdə çox nadir siyasi təşkilatlardan biri hesab oluna bilər ki, yarandıqdan 6 ay sonra iqtidar partiyasına çevrilib: “Bu hadisənin özü xalqın Ümummilli Lider Heydər Əliyevə inam və etimadını ifadə edən mühüm faktdır. 33 illik zəngin və şərəfli inkişaf yolu keçən YAP ötən müddət ərzində ümumxalq partiyasına çevrilərək möhtəşəm nailiyyətlər əldə edib”.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev çıxışında 33 il öncə Azərbaycanda mövcud ağır durumun yeni bir siyasi təşkilatın yaranması zərurətini ortaya qoyduğunu qeyd edib: “Bu məqsədlə 1992-ci ildə Azərbaycanın bir qrup qabaqcıl ziyalısının xalqın iradəsini ifadə edən müraciətinə cavab olaraq Heydər Əliyev YAP-ın yaradılmasına razılıq verib. YAP müstəqillliyə qovuşan ölkəmizin həyatında ən təlatümlü, həyacanlı zamanda yaradılıb”.
Çıxış edən Düyərli kənd ərazi partiya təşkilatının sədri Aybəniz Nəsibova, Dağ-Cəyir kənd ərazi partiya təşkilatının sədri Famil Həmidov, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi Şəmkir rayonu üzrə Gənclər və İdman Sektorunun müdiri Pərvin Gözəlov, Şəhid atası Mehman Qəhrəmanov, Şəhid anası Xanımzər Əhmədova və digər fəallar bildirdilər ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi və ideyaları əsasında qurulan Yeni Azərbaycan Partiyasının 33 illik şərəfli tarixi Azərbaycana misilsiz uğurlar qazandırıb. Bu gün də Yeni Azərbaycan Partiyası cənab İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlar qazanır. Partiyanın ölkəmizin bugünkü sürətli inkişafında, respublikanın beynəlxalq nüfuzunun artmasında, bütün sahələrdə əldə olunan tərəqqidə xüsusi rola malik olduğu qeyd olunub.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına Fəxri fərmanlar və hədiyyələr təqdim edilib.
Sonda Yeni Azərbaycanın Partiyasının himni səsləndirilib.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

