Yüksək etimadın göstəricisi
21.11.2025 [15:11]
Çətin və şərəfli yol keçən YAP hər zaman tutduğu yola sadiqliyi, sözlə əməl birliyi sayəsində xalqın böyük sevgisini qazanıb. Hər bir tarixi gün keçilən yolun təhlilini bir zərurət kimi qarşıya qoyur. Yeni Azərbaycan Partiyasının yaranmasından 33 il keçir. 1992-ci il noyabrın 21-də 550 nəfərin iştirakı ilə Naxçıvanda təsis konfransını keçirən YAP-ın sıralarında bu gün 750 mindən artıq üzvün birləşməsi Ulu Öndər Heydər Əliyevin ideyalarına sədaqətin, Prezident İlham Əliyevin siyasətinə inamın ifadəsidir. YAP yarandığı gündən xalqın partiyası kimi tanınıb. Dövlət başçısı İlham Əliyev 2021-ci ilin 5 mart tarixində Zəfərimizin yaratdığı reallıqlar əsasında partiyanın keçirilən VII Qurultaydakı çıxışında illər keçdikcə və dünya dəyişdikcə bu reallığın hər birimiz tərəfindən böyük inam hissi ilə qeyd edildiyini diqqətə çatdırdı. Əgər o vaxt Azərbaycan xalqı Heydər Əliyevə müraciət edib onu hakimiyyətə dəvət etməsəydi, ölkəmiz daha böyük fəlakətlə üzləşə bilərdi. Bu mühüm məqam da xüsusi qeyd edildi ki, Azərbaycan dövləti milli-mənəvi dəyərlər üzərində qurulur, inkişaf edir. Gənc nəsil milli ruhda böyüyür, milli ənənələrə, azərbaycançılıq ideyalarına sadiqdir. Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır, bu da Ulu Öndərin siyasəti idi. Bu siyasət uğurla davam etdirilir. 44 günlük İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi.
2021-ci il 5 mart tarixində keçirilmiş YAP-ın VII qurultayında qəbul edilmiş qərar əsasında Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi, 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edilmişdir. Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, partiyanın Sədri, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci il 5 mart tarixində Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin edilib. Sözügedən təyinat yüksək etimadın və Azərbaycanın dövlət siyasətində qadına ayrılan xüsusi diqqətin təcəssümüdür. Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadının fəal ictimai-siyasi vətəndaş və peşəkar dövlət xadimi obrazı formalaşmışdır. YAP-ın VII qurultayı Azərbaycanın davamlı inkişafı və müasir dövrün çağırışları kontekstində partiyanın qarşısına yeni vəzifələri müəyyən edib. Cəmiyyətin və dövlətin müxtəlif sahələrini əhatə edən islahatların aparılmasında, yeni siyasi konfiqurasiyanın yaradılmasında və siyasi dialoqun dərinləşməsində yaxından iştirak etmək partiya üzvlərindən yüksək fəallıq tələb edir. Ümumilikdə YAP-ın 2021-ci il martın 5-də keçirilən VII Qurultayında qarşıya yeni hədəflər və vəzifələr qoyuldu. “Biz birlikdə güclüyük!” devizi əsasında hazırlanan və təsdiqlənərək uğurla icra edilən yeni Proqram partiyanın gələcək uğurlarının əsasıdır. Birliyimiz, həmrəyliyimiz sayəsində qazandığımız uğurlar qarşıdakı dövrün hədəflərinin də reallığa çevrilməsində əhəmiyyətli rol oynayır. YAP ölkədə keçirilən bütün seçkilərdə qələbəsi ilə diqqətdə olub. Son seçkilərin nəticələri xalqın YAP-a olan yüksək etimadını bir daha təsdiqlədi. Müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində prezident, parlament və bələdiyyə seçkiləri keçirildi. 2024-cü il fevralın 7-də keçirilən prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyev seçicilərin 92,12 faiz səsini qazanaraq Prezident seçildi. 2024-cü il sentyabrın 1-də keçirilən yeddinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyası parlaq qələbəyə imza ataraq parlamentdə 68 millət vəkili ilə təmsil olunmaq hüququ qazandı. 2025-ci il yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası qələbə qazanaraq yerli özünüidarəetmə orqanlarında yerlərin böyük əksəriyyətini əldə etdi. Yeni dövrə qədəm qoyan Azərbaycanı, eyni zamanda, Yeni Azərbaycan Partiyasını daha möhtəşəm uğurlar gözləyir. Möhkəm təməl dayanıqlı inkişafın əsasıdır. Azərbaycan bu gün dünyaya təkmil dirçəliş modelini təqdim edir. Azad Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlir, mərhələ-mərhələ dogma sakinlərinə qovuşur.
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
04 Avqust 19:35
Dünya
04 Avqust 18:42
Dünya
04 Avqust 18:25
Dünya
04 Avqust 17:57
İdman
04 Avqust 17:40
Dünya
04 Avqust 17:35
Dünya
04 Avqust 17:10
Elm
04 Avqust 17:10
Dünya
04 Avqust 16:55
Dünya
04 Avqust 16:22
İqtisadiyyat
04 Avqust 16:10
Dünya
04 Avqust 15:45
İqtisadiyyat
04 Avqust 15:33
Elm
04 Avqust 15:28
Mədəniyyət
04 Avqust 15:28
İdman
04 Avqust 15:25
Dünya
04 Avqust 15:21
Dünya
04 Avqust 15:20
Dünya
04 Avqust 14:55
İqtisadiyyat
04 Avqust 14:37
Sosial
04 Avqust 14:32
Elm
04 Avqust 14:30
Dünya
04 Avqust 14:28
Dünya
04 Avqust 14:20
İdman
04 Avqust 14:19
Sosial
04 Avqust 14:05
Dünya
04 Avqust 13:50
İqtisadiyyat
04 Avqust 13:50
Sosial
04 Avqust 13:40
Siyasət
04 Avqust 13:30
Dünya
04 Avqust 13:30
Elm
04 Avqust 13:20
İqtisadiyyat
04 Avqust 13:15
Elm
04 Avqust 13:10
Dünya
04 Avqust 12:50
Mədəniyyət
04 Avqust 12:50
İqtisadiyyat
04 Avqust 12:25
Gündəm
04 Avqust 12:24
Dünya
04 Avqust 12:20
Sosial
04 Avqust 12:05
İqtisadiyyat
04 Avqust 11:50
Gündəm
04 Avqust 11:35
Gündəm
04 Avqust 11:12
YAP xəbərləri
04 Avqust 11:07
Gündəm
04 Avqust 10:54
Gündəm
04 Avqust 10:38
İqtisadiyyat
04 Avqust 10:16
Analitik
04 Avqust 09:55
İqtisadiyyat
04 Avqust 09:35
Elm
04 Avqust 09:13
Dünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55

