Humanizm Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsidir.
18.12.2025 [15:28]
Demokratik dəyərlərin əsas meyarlarından olan insan hüquq və azadlıqlarının müdafiəsinə böyük önəm verən Azərbaycan dövləti cəmiyyətdə humanizm ənənələrinin formalaşmasına və möhkəmlənməsinə hər zaman xüsusi həssaslıqla yanaşıb. Amnistiya və əfv aktları yüzlərlə, minlərlə insana həyatında yeni səhifə açmaq, cəmiyyətə yenidən inteqrasiya olunmaq imkanı yaradır. Bu addımlar respublikamızın humanizm prinsipləri əsasında inkişaf yolunu seçdiyini bir daha nümayiş etdirir, xalqın dövlətə və ədalət sisteminə inamını daha da gücləndirir.
Dövlət müstəqilliyinin bərpasından sonra respublikamızda həyata keçirilən tədbirlər, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində qəbul olunan qərarlar ölkəmizin humanizm prinsipləri əsasında inkişaf yolu seçdiyini bir daha nümayiş etdirir. 1993-cü ildən başlayaraq, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlarla əfv olunan on minlərlə məhkum öz ailələrinə qovuşmuşdur. Azadlığa qovuşanlar dövlətin etimadını doğrultmağa, azadlığın qədrini bilməyə və layiqli vətəndaş kimi cəmiyyət həyatına öz töhfələrini verməyə çalışırlar.
Humanizm siyasətinin əsas məqsədlərindən biri də cəmiyyətə yararlı fərdlərin yetişdirilməsi və onların reabilitasiyasıdır. İnsan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər və qəbul edilən qanunvericilik aktlarının əsas mahiyyəti də budur. Bu tədbirlər sırasında azadlıqdan məhrumetmə və azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin əfv edilməsi ilə bağlı dövlət başçısı tərəfindən imzalanmış əfv sərəncamları, həmçinin amnistiya aktlarının qəbulu xüsusi qeyd olunmalıdır.
Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu humanizm ənənələrini uğurla davam etdirən Prezident İlham Əliyev mərhəmət və insanpərvərlik kimi ali dəyərləri daim rəhbər tutur. Bayramlar və əlamətdar tarixi günlər ərəfəsində imzalanan əfv sərəncamları, irəli sürülən amnistiya təşəbbüsləri bu siyasətin ardıcıllığını təsdiqləyir.
İnsan hüquqlarının müdafiəsi sahəsində aparılan islahatların davam etdirilməsi məqsədilə Prezident İlham Əliyevin 28 dekabr 2006-cı il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nı təsdiq edildi. “Hər bir vətəndaşın hüququnun qorunması bizim üçün çox önəmlidir” – söyləyən dövlətimizin başçısının bu istiqamətdə həyata keçirdiyi tədbirlər davamlılığı ilə diqqət çəkir. Ölkə başçısının 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” yeni istiqamətləri müəyyən edib. Bu kimi addımlar bir daha təsdiq edir ki, hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin prioritetlərindən birinə çevrilib.
Ölkəmizdə həyata keçirilən humanizm prinsipləri dünyaya nümunədir. Yeni il ərəfəsində və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə amnistiya aktının qəbul edilməsi insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində atılan humanist addım kimi beynəlxalq aləmdə yüksək qiymətləndirilir.
Azər Ağayev
YAP Tərtər rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
İqtisadiyyat
04 İyul 10:31
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25

