İnsan hüquq və azadlıqlarının təmin edilməsi
18.12.2025 [20:18]
İntiqam Quliyev
YAP Ağdam rayon təşkilatının sədr müavini
Ölkəmizdə hüquqi dövlət quruculuğu, insan hüquq və azadlıqlarının təmin edilməsi, cəmiyyətlə dövlət arasında etimad mühitinin möhkəmləndirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Ümummilli Liderin humanizm, mərhəmət və insanpərvərlik ənənələrinin davam etdirilməsinin əsas göstəricilərindən birini cəzadan azad olunan şəxslərin müstəqil dövlətimizin rifahına və cəmiyyətin inkişafına öz töhfəsini verəcəklərinə inam təşkil edib. Bu möhkəm təməl üzərində qurulan dövlət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirilir. Humanizm Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Dövlət başçısının siyasi fəaliyyətinin mərkəzində insan amili, vətəndaş rifahı, sosial ədalət və mərhəmət prinsipləri dayanır. Amnistiya təşəbbüsü eyni zamanda hüquqi baxımdan cəzanın tərbiyəvi mahiyyətinə verilən önəmi göstərir. Böyük ictimai təhlükə törətməyən, az ağır və ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə məhkum olunmuş şəxslərin cəzadan azad edilməsi və ya cəzalarının azaldılması hüquqi sistemin çevikliyinin göstəricisidir. Bu yanaşma cəmiyyətə belə bir mesaj verir. Cinayətə qarşı mübarizə sərtdir, lakin insanın islahına inam daha güclüdür. Proqnozlara görə, bu amnistiya aktı müstəqil Azərbaycanın tarixində ən genişmiqyaslı humanitar hüquqi akt olacaq. Ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcək amnistiya 5 mindən çox məhkumun azadlığa buraxılmasını, minlərlə şəxsin cəzasının azaldılmasını, minə yaxın şəxsin cinayət məsuliyyətindən azad edilməsini nəzərdə tutur. Bu statistika sadəcə rəqəmlər deyil minlərlə ailənin ümidinin, sosial sabitliyin və ictimai etimadın bərpasıdır. “Konstitusiya və Suverenlik İli” çərçivəsində irəli sürülən amnistiya ideyası dövlətin hüquqi, siyasi və mənəvi dəyərlərə verdiyi önəmi bir daha nümayiş etdirir, cəmiyyətlə dövlət arasında qarşılıqlı etimadı və humanist münasibətləri möhkəmləndirir. Qeyd edək ki, Möhtərəm Prezidentimizin amnistiya təşəbbüsü həm də Azərbaycan dövlətinin güclü və suveren mövqeyinin ifadəsidir. Tam bərpa olunmuş ərazi bütövlüyü və dövlət suverenliyi şəraitində həyata keçirilən bu təşəbbüs göstərir ki, Azərbaycan yalnız hərbi-siyasi gücü ilə deyil, eyni zamanda hüquqi və mənəvi üstünlükləri ilə də regionda nümunəvi dövlətdir. Prezident İlham Əliyevin ümumbəşəri humanizm dəyərlərinə sadiqliyini əks etdirən mühüm təşəbbüs kimi amnistiya aktı Azərbaycan dövlətinin insan amilini hər zaman prioritet hesab etdiyini sübut edir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən hüquqi islahatlar yalnız cəzalandırma mexanizmlərinə deyil, eyni zamanda islah, yenidən cəmiyyətə inteqrasiya və sosial ədalət prinsiplərinə əsaslanır.
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
İqtisadiyyat
04 İyul 10:31
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30

