/ / Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın son 22 illik inkişaf yolu
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın son 22 illik inkişaf yolu
22.12.2025 [16:13]
2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilən cənab İlham Əliyev ötən 22 il ərzində ölkənin siyasi, iqtisadi, sosial və hərbi həyatında köklü və fundamental dəyişikliklərə imza atmışdır. Bu dövr müasir Azərbaycan tarixində güclü dövlət quruculuğu, dayanıqlı inkişaf, milli maraqlara əsaslanan xarici siyasət və ərazi bütövlüyünün tam bərpası ilə xarakterizə olunur.
Güclü dövlətçilik və siyasi sabitlik
Prezident İlham Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən biri ölkədə sabitliyin möhkəmləndirilməsi və dövlət institutlarının gücləndirilməsi olmuşdur. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun uğurla davam etdirilməsi nəticəsində Azərbaycanda idarəetmə sistemi müasir çağırışlara uyğunlaşdırılmış, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində mühüm addımlar atılmışdır.
Siyasi sabitlik iqtisadi inkişafın əsas təməl daşı kimi çıxış etmiş, ölkə daxilində təhlükəsizlik və ictimai asayiş təmin olunmuşdur. Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, sabitlik olmayan yerdə inkişafdan danışmaq mümkün deyil. Bu prinsip rəhbər tutularaq Azərbaycan regionda sabitlik adasına çevrilmişdir.
İqtisadi inkişaf və enerji strategiyası
Son 22 ildə Azərbaycan iqtisadiyyatı sürətli inkişaf mərhələsi keçmişdir. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu enerji strategiyası ölkənin iqtisadi müstəqilliyini təmin etmişdir. “Əsrin müqaviləsi”nin məntiqi davamı olaraq Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum, Cənub Qaz Dəhlizi kimi nəhəng layihələr reallaşdırılmışdır.
Bu layihələr Azərbaycanın qlobal enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirmişdir. Eyni zamanda qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin prioritet istiqamətinə çevrilmiş, kənd təsərrüfatı, sənaye, turizm və nəqliyyat sahələrində mühüm nailiyyətlər əldə olunmuşdur.
Sosial rifah və insan kapitalının inkişafı
Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial siyasət daim diqqət mərkəzində olmuşdur. Əhalinin rifah halının yaxşılaşdırılması məqsədilə maaşlar, pensiyalar və sosial müavinətlər dəfələrlə artırılmışdır. Minlərlə şəhid ailəsi və müharibə əlili mənzillə təmin edilmiş, sosial ədalət prinsipi dövlət siyasətinin əsas dayaqlarından birinə çevrilmişdir.
Təhsil və səhiyyə sahəsində aparılan islahatlar insan kapitalının inkişafına xidmət etmişdir. Yeni məktəblər, xəstəxanalar, idman kompleksləri tikilmiş, gənclərin bilik və bacarıqlarınınf artırılması üçün geniş imkanlar yaradılmışdır.
Ordu quruculuğu və tarixi Zəfər
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin fəaliyyətinin zirvə nöqtələrindən biri müasir, güclü və peşəkar Azərbaycan Ordusunun formalaşdırılması olmuşdur. Ordu quruculuğu dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən edilmiş, müdafiə qabiliyyəti ildən-ilə gücləndirilmişdir.
2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Qələbə qazanmış, işğal altında olan torpaqlar azad edilmişdir. Bu Qələbə Azərbaycan xalqının milli ruhunun, dövlət iradəsinin və güclü liderliyin təntənəsi olmuşdur.
Postmünaqişə dövrü və Böyük Qayıdış
Müharibədən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlanılmışdır. “Böyük Qayıdış” proqramı çərçivəsində infrastruktur layihələri icra olunur, ağıllı şəhər və ağıllı kənd konsepsiyaları həyata keçirilir.
Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın inkişafının yeni mühərrikinə çevrilməkdədir. Prezident İlham Əliyev bu ərazilərin qısa müddətdə dirçəldiləcəyini və doğma yurdlarına qayıdan insanların təhlükəsiz və layiqli həyat şəraitinə malik olacağını dəfələrlə bəyan etmişdir.
Müstəqil və prinsipial xarici siyasət
Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət milli maraqlara əsaslanan, balanslı və prinsipial xarakter daşıyır. Azərbaycan beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanınır, BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı kimi qurumlarda fəal mövqe tutur.
Xüsusilə Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycan beynəlxalq ədalətin və suverenlik prinsipinin müdafiəsində mühüm rol oynamışdır. Prezident İlham Əliyevin çıxışları və təşəbbüsləri qlobal səviyyədə geniş rezonans doğurmuşdur.
Nəticə etibarı ilə son 22 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan güclü, müstəqil və qalib dövlətə çevrilmişdir. Bu dövr tarixə milli dirçəliş, iqtisadi yüksəliş və ərazi bütövlüyünün bərpası mərhələsi kimi daxil olmuşdur. Azərbaycan bu gün regionun lider dövləti, söz sahibi olan beynəlxalq aktor kimi çıxış edir.
Prezident İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyətli liderliyi və xalqına bağlılığı Azərbaycanın parlaq gələcəyinin əsas təminatıdır.
Azər SÜLEYMANOV,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30

