/ / “2 Fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş“Gənclik-yeni zəfərlərə doğru” devizi altında Xocavənd rayon forumu keçirildi
“2 Fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş“Gənclik-yeni zəfərlərə doğru” devizi altında Xocavənd rayon forumu keçirildi
02.02.2026 [16:26]
YAP Xocavənd rayon təşkilatı, Xocavənd Rayon İcra Hakimiyyəti, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Xocavənd rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə 2 fevral 2026-cı il tarixdə Xocavənd 500 ailəlik qəsəbədə “2 Fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş “Gənclik - yeni zəfərlərə doğru” devizi altında Xocavənd rayon forumu keçirildi.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsini ehtiramla yad edib, abidə önünə gül dəstələri düzüblər.
Tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Sonra Azərbaycanda gənclər siyasəti, Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin gənclərə diqqət və qayğısı, tövsiyə və vəsiyyətləri barədə video-çarx nümayiş etdirilib.
Rayonun ictimai həyatında, mədəni-kütləvi tədbirlərdə fəal iştirak edən, müxtəlif sahələrdə uğur qazanan gənclərlə bərabər vətən müharibəsi qaziləri və veteranlarının da qatıldığı forumda çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov müstəqil Azərbaycan gənclərini bu əlamətdar gün münasibətilə təbrik edib, onlara xoşbəxt gənclik, sağlamlıq və uğurlu gələcək arzulayıb.
Gənclərin cəmiyyətin ən fəal və dinamik təbəqəsi olduğunu diqqətə çatdıran RİH başçısı bildirib ki, ölkəmizdə gənclərlə bağlı dövlət siyasəti Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır və Azərbaycan gəncliyinin inkişafına tarixi bir töhfə verən dövlət gənclər siyasəti bu gün də uğurla davam etdirilir. O, bildirib ki, Azərbaycan gəncləri bu gün ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir, beynəlxalq arenada dövlətimizi layiqincə təmsil edirlər. Eyvaz Hüseynov gənclərin təhsil, idman, mədəniyyət və innovasiya sahələrində əldə etdikləri uğurlardan danışaraq, onların potensialına daim dəstək göstərildiyini də qeyd edib. RİH başçısı vurğulayıb ki, hər zaman Azərbaycan gənclərini dəstəkləyən Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gənclərin fəaliyyətinə yüksək diqqət göstərməsi hər bir gənci ruhlandırır.
Tədbirdə YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov tədbir iştirakçılarını salamlayaraq qeyd etmişdir ki, Xocavənd rayonunda keçən müddət ərzində gənclərimizin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin xidmətlərinin qiymətləndirilməsi və bütövlükdə Dövlət Gənclər siyasətinin həyata keçirilməsi istiqamətində çox böyük işlər görülmüşdür. Vüsal Hüseynov bildirdi ki, Azərbaycan Gəncliyi 44 günlük II Qarabağ müharibəsində 30 illik torpaq həsrətinə son qoyaraq Azərbaycan gəncliyinin gününün nəyə qadir olduğunu bir daha bütün dünyaya sübut etdi.
Tədbirdə Xocavənd rayon Gənclər İdman sektorunun müdiri Aslan Quliyev və digər çıxış edənlər Ümummilli liderin əziz xatirəsi hörmətlə anaraq, onun keçdiyi şərəfli həyat yolundan, müstəqil Azərbaycan dövlətinin hərtərəfli inkişafı, milli dövlətçilik ideyasının bərqərar olunması və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması naminə göstərdiyi əvəzsiz tarixi xidmətlərdən, gənclərlə iş sahəsində yürütdüyü siyasətdən, gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi üçün dövlət səviyyəsində həyata keçirilən işlərdən, əldə olunan uğurlardan bəhs edən çıxışlar etdilər.
Daha sonra Yeni Azərbaycan Partiyası Xocavənd rayon təşkilatının ictimai-siyasi həyatında fəallıqlarına görə bir qrup gənc fəxri fərmanlar, təşəkkürnamələrlə, Xocavənd rayonunun ictimai və mədəni həyatında fəallığına görə bir qrup gənc Xocavənd Rayon İcra Hakimiyyətinin və Qarabağ Regional Gənclər və İdman İdarəsinin fəxri fərmanları ilə təltif edildilər.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

