Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Uğurlu karyeraya doğru bir addım

Uğurlu karyeraya doğru bir addım

30.07.2026 [15:31]

YAP İmişli rayon təşkilatı və “YARAT” Təhsil və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə “Karyera Forumu” keçirilib. Forumda YAP İmişli rayon təşkilatının sədr müavini Elnur Tağıyev, DSMF Mil-Muğan Regional filialının direktor müavini Tural Məmmədov, “YARAT” Təhsil və Karyera Mərkəzinin təsisçi-direktoru Ziya Rzayev, Gənclər və İdman Nazirliyinin Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin İmişli rayonu üzrə gənclər və idman sektorunun aparıcı məsləhətçisi Səbinə Abdullayeva, müəllimlər və gənclər iştirak edib.
Tədbiri giriş sözü ilə açan “YARAT” Təhsil və Karyera Mərkəzinin təsisçi-direktoru Ziya Rzayev gənclərin karyera planlaması, şəxsi inkişafı və əmək bazarının müasir tələbləri barədə ətraflı məlumat verib. Təqdimat vasitəsilə iştirakçılara düzgün peşə seçimi, məqsədlərin müəyyənləşdirilməsi və uğurlu karyera quruculuğunun əsas prinsipləri izah olunub, onları maraqlandıran suallar cavablandırılıb.

Daha sonra çıxış edən YAP İmişli rayon təşkilatının sədr müavini Elnur Tağıyev gənclərlə səmimi fikir mübadiləsi apararaq bildirib ki, müasir dövrdə uğurlu karyera yalnız peşə bilikləri ilə deyil, həm də daim öz üzərində işləmək, yeni bacarıqlar qazanmaq və vətənə faydalı vətəndaş olmaq istəyindən keçir. O, gəncləri bilik və bacarıqlarını davamlı inkişaf etdirməyə, ictimai fəallıqlarını artırmağa və gələcəyin çağırışlarına hazır olmağa çağırıb.

DSMF Mil-Muğan Regional filialının direktor müavini Tural Məmmədov isə çıxışında sosial müdafiə sahəsində həyata keçirilən yeniliklərdən, rəsmi məşğulluğun üstünlüklərindən, əmək münasibətlərinin düzgün qurulmasının və sosial sığortanın gələcək karyera üçün əhəmiyyətindən bəhs edib. O, gənclərin əmək bazarına daxil olarkən hüquq və vəzifələrini bilmələrinin vacibliyini vurğulayıb.

Digər çıxış edənlər də karyera planlaması, peşəkar inkişaf və gənclərin gələcək uğurlarında düzgün seçim etmələrinin əhəmiyyəti barədə fikirlərini bölüşərək iştirakçılara tövsiyələr veriblər.
Sonda gənclərin maarifləndirilməsi və karyera istiqamətində göstərdiyi səmərəli fəaliyyətə görə “YARAT” Təhsil və Karyera Mərkəzinin təsisçi-direktoru Ziya Rzayevə YAP İmişli rayon təşkilatının sədri adından "Fəxri Fərman" və xatirə hədiyyəsi təqdim olunub.

Paylaş:
Baxılıb: 62 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

İqtisadiyyat

Dünya

Analitik

İdman

Dünya

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31