Bu sülh təkcə iki ölkə üçün deyil, daha geniş region üçün də böyük əhəmiyyət kəsb edir
05.02.2026 [18:50]
Sülh yalnız iki ölkə arasında münasibətlərin normallaşdırılması ilə məhdudlaşmayan, daha geniş regional və qlobal əhəmiyyət daşıyan fundamental dəyərdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin liderliyi ilə həyata keçirilən sülh siyasəti Cənubi Qafqazda mövcud geosiyasi mənzərəni köklü şəkildə dəyişməklə yanaşı, regionun təhlükəsizliyi, iqtisadi inteqrasiyası və sosial sabitliyi üçün yeni imkanlar yaratmışdır.
2020-ci il Vətən müharibəsi və 2023-cü ildə həyata keçirilmiş birgünlük antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam şəkildə bərpa olunmuşdur. Bu tarixi Zəfər təkcə milli maraqların təmin edilməsi baxımından deyil, eyni zamanda regionda yeni geosiyasi və geoiqtisadi reallıqların formalaşması baxımından da mühüm əhəmiyyət kəsb edir. Sözügedən proseslər bölgədə uzunmüddətli və davamlı sülhün təmin olunması üçün diplomatik təşəbbüslərin zəruriliyini ön plana çıxarmışdır.
Azərbaycanın irəli sürdüyü sülh təşəbbüsləri yalnız Azərbaycan–Ermənistan münasibətlərinin normallaşdırılması ilə məhdudlaşmır. Bu təşəbbüslər beynəlxalq hüquq normalarına, regional əməkdaşlıq prinsiplərinə və davamlı inkişaf konsepsiyasına əsaslanır. Prezident İlham Əliyevin təşəbbüsü ilə formalaşan bu yeni diplomatik yanaşma region üçün müasir siyasi strategiyanın əsasını qoymuş, Azərbaycanın beynəlxalq müstəvidə konstruktiv və etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirmişdir.
Azərbaycanın bütün dövlətlərlə sıx və dostluq münasibətləri qurmaq siyasəti regionda siyasi çəkisinin artmasına səbəb olmuşdur. Bu gün Azərbaycan Cənubi Qafqazın ən mühüm və təsirli dövlətlərindən biri kimi beynəlxalq aləmdə qəbul edilir. Prezident İlham Əliyev 4 fevral 2026-cı ildə Əbu-Dabidə keçirilən “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində etdiyi çıxışında da xüsusi olaraq vurğulamışdır ki, sülh yalnız iki ölkə üçün deyil, daha geniş region üçün mühüm əhəmiyyət daşıyır. Bu yanaşma iqtisadi inkişafın sürətlənməsinə, eyni zamanda əhalinin sosial rifahının yüksəldilməsinə real zəmin yaradır.
Azərbaycanın sülh siyasətinin praktik xarakter daşıdığını sübut edən mühüm amillərdən biri də Ermənistana neft məhsullarının ixracı və yükdaşımalarla bağlı məhdudiyyətlərin aradan qaldırılmasıdır. Bu addımlar Azərbaycanın sülhə sadiqliyini yalnız siyasi bəyanatlarla deyil, konkret əməli fəaliyyətlə nümayiş etdirdiyini göstərir. Azərbaycan Gürcüstan, Türkiyə, Mərkəzi Asiya ölkələri və Ermənistan daxil olmaqla bütün qonşu dövlətlərlə sülhə və əməkdaşlığa əsaslanan münasibətlərin qurulmasına ardıcıl şəkildə çalışır.
Bu yanaşmanın bariz nümunələrindən biri “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsidir. Sözügedən layihə yalnız nəqliyyat marşrutu funksiyasını daşımır, eyni zamanda bir sıra ölkələrin iqtisadi inkişafına töhfə verən strateji təşəbbüs kimi çıxış edir. Layihə regional iqtisadi əlaqələrin genişlənməsinə, ticarət dövriyyəsinin artmasına və qarşılıqlı asılılığın möhkəmlənməsinə xidmət edir.
Nəticə etibarilə, Azərbaycanın sülh siyasətinin mahiyyəti ölkənin mövcud geosiyasi və geoiqtisadi potensialına söykənərək regionda yeni əməkdaşlıq modelinin formalaşdırılmasından ibarətdir. Bu model qarşıdurma və hərbi təhdidlər üzərində deyil, qarşılıqlı fayda, təhlükəsizlik, iqtisadi inteqrasiya və səmərəli qonşuluq münasibətləri əsasında qurulmuşdur. Azərbaycanın bu istiqamətdə atdığı addımlar Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin təmin olunması üçün möhkəm zəmin yaradır.
Şamo Qasımov
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

