Xalqımızın əyilməz ruhunun göstəricisi
27.02.2026 [23:19]
Məlumdur ki, 1992-ci ilin fevralında baş verən Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir. Yeri gəlmişkən, qeyd edək ki, Soyqırımın 34-cü ildönümündə Xocalıda Memorial Kompleksin inşası həm mənəvi, həm də siyasi baxımdan mühüm əhəmiyyət daşıyır. Bu abidə ilk növbədə şəhidlərin xatirəsinin əbədiləşdirilməsi missiyasını daşıyır. Xocalı qurbanlarının xatirəsinin doğma torpaqda ucaldılan abidə ilə yad edilməsi milli həmrəyliyin və tarixi yaddaşın qorunmasının rəmzidir. Bu cür komplekslər gələcək nəsillərə tarixi həqiqətləri çatdırmaq, faciənin unudulmamasını təmin etmək və “bir daha təkrarlanmasın” mesajını ötürmək baxımından xüsusi rol oynayır!
Xüsusilə qeyd etmək lazımdır ki, Memorial Kompleks tarixi həqiqətlərin beynəlxalq müstəvidə təsdiqi baxımdan da xüsusi əhəmiyyətə malikdir. Prezident İlham Əliyev də kompleksin açılış mərasimində bəyan etdi ki, “əgər biz öz haqq səsimizi ucaltmasaydıq, bu gün bəlkə də dünyada Xocalı soyqırımı ilə bağlı həqiqətə uyğun məlumat olmayacaqdı. Məhz bizim təkidli səylərimiz nəticəsində artıq 20-yə yaxın ölkə Xocalı soyqırımını soyqırımı kimi rəsmən tanıyıb və bu proses davam etdirilir”. Bu kontekstdə “Xocalıya ədalət!” kampaniyasını xüsusi qeyd etməliyik. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” çərçivəsində soyqırım həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına nail olunub. Ərazi bütövlüyü və suverenliyini bərpa edən, şəhidlərimizn qisasını döyüş meydanında alan Azərbaycan həm də əli Xocalı sakinlərinin qanına batmış caniləri ədalət mühakiməsinə cəlb etməyə nail olub. Bu isə tam və mütləq qələbənin göstəricisidir.
Onu da qeyd edək ki, Xocalı Memorial Kompleksi həm də beynəlxalq qonaqlar, diplomatlar və tədqiqatçılar üçün faktlar mənbəyidir. Bu, informasiya müharibəsi şəraitində tarixi faktların sistemli şəkildə təqdim olunmasına imkan yaradacaq. Təbii ki, Xocalıda belə bir kompleksin məhz hadisələrin baş verdiyi ərazidə inşa olunması xüsusi simvolik məna daşıyır. Cənab Prezident Xocalı sakinləri ilə görüşdə kompleksin inşasının uzun müddət əvvəl nəzərdə tutulduğunu, lakin yubanmasının səbəbini də açıqladı. Belə ki, abidənin məhz Xocalıda inşa olunması hər zaman qarşıda duran prioritet olub. Bu isə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası ilə bağlı heç vaxt şübhə yeri olmadığını təsdiqləyir.
Ən əsası, Xocalıda Memorial Kompleksi xalqımızın qan yaddaşını, qürurunu və ədalətə inamını bir məkanda birləşdirən tarixi simvol kimi gələcək nəsillərə xidmət edəcək!
Fuad Quliyev,
YAP Göygöl rayon təşkilatı üzrə Göygöl Milli Parkı ərazi partiya təşkilatının sədri
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18

