Daşkəsəndə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində gənclərlə görüş keçirilib
02.03.2026 [23:32]
Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar təsdiq olunmuş Tədbirlər Planına əsasən Daşkəsən Rayon İcra Hakimiyyəti, YAP Daşkəsən rayon təşkilatı, Daşkəsən rayon Heydər Əliyev Mərkəzi, Daşkəsən rayonu üzrə Təhsil Sektoru, Daşkəsən rayon Mədəniyyət Mərkəzi və Daşkəsən rayonu üzrə Gənclər və İdman Sektorunun birgə təşkilatçılığı ilə “Sonsuz Baxış” Gənclər Təşəbbüs Qrupunun üzvləri olan gənclərlə görüş keçirilib.
Görüşün məqsədi gənclər arasında şəhərsalma və memarlıq sahəsinə marağın artırılması, müasir urbanizasiya prosesləri, dayanıqlı inkişaf prinsipləri və milli memarlıq irsinin qorunması istiqamətində maarifləndirmə işinin gücləndirilməsi olub.
Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Çıxış edənlər “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyətindən danışaraq bildiriblər ki, Ümummilli Lider Heydər Əliyevin siyasi varisi Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq işləri regionların sosial-iqtisadi inkişafına mühüm töhfə verir. Qeyd olunub ki, müasir şəhərsalma yalnız infrastrukturun yenilənməsi deyil, həm də ekoloji tarazlığın qorunması, estetik mühitin formalaşdırılması və vətəndaşların rahat yaşayışının təmin edilməsidir.
“Sonsuz Baxış” Gənclər Təşəbbüs Qrupunun rəhbərləri Günay Mirzəzadə və Türkanə İsmayılova, o cümlədən gənclər şəhər mühitinin yaxşılaşdırılması, ictimai məkanların səmərəli təşkili, yaşıllaşdırma və innovativ memarlıq həlləri ilə bağlı fikir və təkliflərini səsləndiriblər.
İnteraktiv formatda keçən görüş zamanı gəncləri maraqlandıran suallar cavablandırılıb, müzakirə aparılıb, məlumatlandırıcı bukletlər paylanıb və videoçarx nümayiş etdirilib.
Sonda vurğulanıb ki, bu cür maarifləndirici tədbirlər gənclərin ictimai fəallığının artırılmasına, yaradıcı potensialının üzə çıxarılmasına geniş imkanlar yaradır.
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50

