Bakı qlobal tədbirlərə ev sahibliyi ənənəsini genişləndirir
16.03.2026 [18:32]
Ölkəmizin bu gün qloballaşan dünyanın fəal üzvünə çevrilməsinin nəticəsidir ki, tez-tez ölkəmizdə müxtəlif beynəlxalq forumlar, tədbirlər keçirilir. Bu kimi tədbirlər həqiqətlərimizin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında öz sözünü deyir. Bakı Qlobal Forumunun iştirakçılarının təmsilçilik səviyyəsi və intellektual potensialı aparıcı beynəlxalq konfranslara uyğundur. Xüsusilə şəhərsalma və urban inkişaf məsələlərinin dünyada getdikcə daha çox diqqət mərkəzinə çevrildiyi bir dövrdə Bakının böyük beynəlxalq platformalara ev sahibliyi etməsi Azərbaycanın inkişaf strategiyasının mühüm istiqamətlərindən biri kimi dəyərləndirilir. Bu baxımdan BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) 2026-cı ildə Bakıda keçirilməsi Azərbaycanın qlobal urban inkişaf proseslərinə fəal şəkildə qoşulduğunu göstərən mühüm hadisə kimi qiymətləndirilir. Ümumdünya Şəhərsalma Forumu yalnız urban inkişaf mövzularının müzakirəsi ilə məhdudlaşmayan, eyni zamanda, iqtisadi əməkdaşlıq, investisiya imkanları və müasir şəhər idarəetməsi sahəsində yeni yanaşmaların formalaşmasına xidmət edən mühüm beynəlxalq platforma kimi qiymətləndirilir. Forum çərçivəsində müxtəlif ölkələrdən olan ekspertlərin, investorların və dövlət nümayəndələrinin iştirakı Bakının şəhər infrastrukturu, iqtisadi potensialı və urban inkişaf təcrübəsinin təqdim olunması baxımından da əhəmiyyətli imkanlar yaradır.
Forumdakı çıxışında ölkə rəhbəri qeyd edib ki, bu forumun gündəliyi genişdir, bir çox məsələləri əhatə edir. Əminəm ki, müzakirələr zamanı diqqət məhz bizim regionumuzda, dünyadakı vəziyyətə yönələcəkdir. Dövlətimizin başçısı deyib ki, təhlükəsizlik, sabitlik məsələləri hər hansı bir ölkənin gündəliyində heç vaxt olmadığı qədər bir nömrəli məsələ kimi qalmalıdır. Çünki bu, olmadan bütün başqa səylər mənasızdır.
Bütün beynəlxalq tədbirlərdə çıxışı zamanı hər zaman olduğu kimi Prezident İlham Əliyev Ermənistanla münasibətlərə toxunub. Bildirib ki, Ermənistanla sülh yalnız kağız üzərində deyil. Bununla bağlı Birgə Bəyannamə oldu və bir neçə ay bundan əvvəl paraflandı. Lakin bizdə sülh yerində hiss olunur. Sərhədlərimizdə artıq atışmanın, qurbanların, itkilərin olmadığını vurğulayan dövlətimizin başçısı qeyd edib: “Biz müxtəlif istiqamətlərdən bütün yüklərin Ermənistana daşınmasına olan məhdudiyyətləri aradan qaldırmışıq. Biz Ermənistanla ticarətə və onlara ən vacib neft məhsullarının ixracına başlamışıq”.
Belə forumlar həm də beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirir və ölkənin investisiya mühitinin tanıdılması üçün mühüm platforma rolunu oynayır. Çünki bu cür tədbirlər zamanı şəhər iqtisadiyyatının potensialı, həyata keçirilən layihələr və gələcək inkişaf planları beynəlxalq auditoriyaya təqdim olunur.
Nəbi Hacıyev
YAP Sabunçu rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

