Azərbaycan qlobal təhlükəsizliyə mühüm töhfələr verir
16.03.2026 [13:55]
Dünyada artan geosiyasi gərginlik, yeni münaqişə ocaqları və qlobal iqtisadi qeyri-müəyyənlik şəraitində təhlükəsizlik məsələsi beynəlxalq gündəliyin əsas mövzusuna çevrilib. Məhz bu kontekstdə paytaxtımızda keçirilən XIII Qlobal Bakı Forumu qlobal çağırışların müzakirəsi üçün mühüm platforma kimi diqqət çəkir. Forumda çıxış edən cənab Prezident İlham Əliyev müasir beynəlxalq münasibətlər sistemində təhlükəsizlik faktorunun həlledici rolunu xüsusi vurğuladı.
Dövlət başçısı qeyd etdi ki, hazırkı mərhələdə təhlükəsizlik, sabitlik və müdafiə məsələləri hər bir ölkənin gündəliyində prioritet olmalıdır. Bu gün dünyada yaranmış mürəkkəb vəziyyət göstərir ki, təhlükəsizlik təmin olunmadan heç bir inkişaf strategiyası real nəticə verə bilməz. Cənab Prezident bu fikri belə ifadə etdi: “İndi heç vaxt olmadığı qədər aydındır ki, təhlükəsizlik, sabitlik və müdafiə məsələləri hər bir ölkənin gündəliyində bir nömrəli prioritet olmalıdır. Çünki bunlar olmadan qalan bütün məsələlər tamamilə mənasızdır”.
Bu yanaşma əslində Azərbaycanın son onilliklərdə həyata keçirdiyi siyasətin mahiyyətini əks etdirir. Ölkəmiz uzun illər işğal və təhlükəsizlik riskləri ilə üzləşməsinə baxmayaraq, milli gücünü artıraraq sabitlik və inkişaf modelini formalaşdırdı. Prezident İlham Əliyevin çıxışında vurğulanan əsas məqamlardan biri də Azərbaycanın münaqişədən sonra sülh təşəbbüsləri ilə çıxış etməsi oldu. Dövlət başçısı bildirdi ki, ölkəmiz yalnız hərbi və siyasi qələbə ilə kifayətlənməyərək regionda dayanıqlı sülhün təmin olunması üçün addımlar atıb. “Biz Ermənistanla sülhü yalnız kağız üzərində əldə etməmişik, sülh sazişi yeddi ay əvvəl paraflandı və birgə bəyanat qəbul olundu. Lakin biz artıq real həyatda sülhü təmin etmişik. Sərhədimizdə sakit vəziyyət hökm sürür, atəş açılmır, artıq heç bir qurban və itki yoxdur”.
Bu reallıq Azərbaycanın regionda yeni təhlükəsizlik arxitekturasının formalaşmasına verdiyi töhfəni göstərir. Münaqişədən sonra sabitliyin təmin olunması, sərhədlərdə gərginliyin azalması və dialoq üçün yeni imkanların yaranması regionun gələcək inkişafı üçün mühüm şərt hesab olunur. Azərbaycan bu baxımdan yalnız öz milli maraqlarını qoruyan deyil, həm də regional təhlükəsizlik və əməkdaşlıq üçün yeni model təqdim edən ölkə kimi çıxış edir.
Digər bir mühüm məqam isə enerji təhlükəsizliyi ilə bağlıdır. Qlobal enerji bazarında baş verən kəskin dəyişikliklər, qiymətlərin dalğalanması və geosiyasi faktorların təsiri enerji məsələsini artıq iqtisadi deyil, strateji təhlükəsizlik məsələsinə çevirib. Dövlət başçımızın vurğuladığı kimi, bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır. Azərbaycan bu sahədə də balanslı və məsuliyyətli siyasət yürüdən ölkələrdən biri kimi tanınır. Enerji resurslarının hasilatı və ixracı ilə yanaşı, ölkəmiz bazarda sabitliyin qorunmasına da xüsusi diqqət yetirir. Azərbaycan neft bazarında sabitliyin təmin olunması üçün OPEC+ formatında fəal iştirak edir və tarazlı qiymət siyasətinin tərəfdarıdır. Bu mövqe həm istehsalçı, həm də istehlakçı ölkələrin maraqlarının qorunmasına xidmət edir.
Bütün bu amillər göstərir ki, Azərbaycanın beynəlxalq siyasətdə tutduğu mövqe yalnız regional maraqlarla məhdudlaşmır. Ölkəmiz qlobal təhlükəsizlik, enerji sabitliyi və beynəlxalq əməkdaşlıq məsələlərində məsuliyyətli tərəfdaş kimi çıxış edir.
Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxHadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45

