Regional təhlükəsizlik Azərbaycan üçün ən önəmli məsələ olub
16.03.2026 [23:58]
2026-cı il martın 12-də keçirilən XIII Qlobal Bakı Forumu çərçivəsində İlham Əliyev “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda çıxış edərək müasir beynəlxalq münasibətlər sistemində təhlükəsizlik məsələlərinin əhəmiyyətinə xüsusi diqqət yetirdi. Prezident qeyd etdi ki, hazırkı geosiyasi reallıqlar, regional münaqişələr və qlobal risklər fonunda təhlükəsizlik, sabitlik və müdafiə məsələləri hər bir dövlət üçün prioritet istiqamətə çevrilmişdir. Onun fikrincə, dünyada baş verən sürətli dəyişikliklər ölkələrin yalnız iqtisadi inkişafla kifayətlənməməsini, eyni zamanda milli təhlükəsizlik sistemlərini gücləndirməsini zəruri edir.
Forumun əhəmiyyətindən danışan cənab Prezident İlham Əliyev bildirdi ki, bu tədbir artıq qlobal miqyasda böyük nüfuz qazanıb: “Qlobal Bakı Forumu çox nüfuzlu beynəlxalq tədbirdir və qlobal səviyyədə aparıcı beynəlxalq forumlarla eyni səviyyədədir”. Dövlət başçısı qeyd etdi ki, forum yalnız siyasi müzakirə platforması deyil, eyni zamanda qlobal problemlərin həlli üçün fikir mübadiləsinin aparıldığı mühüm mərkəzdir. Onun sözlərinə görə, müxtəlif ölkələrdən gəlmiş dövlət və hökumət rəhbərləri, diplomatlar, ictimai xadimlər və ekspertlər burada bir araya gələrək dünya üçün əhəmiyyətli ideyalar irəli sürürlər. Bu yanaşma Azərbaycanın son illərdə həyata keçirdiyi diplomatik platforma siyasətinin mühüm nəticələrindən biridir. Qlobal Bakı Forumu vasitəsilə Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi mövqeyini daha da gücləndirir.
Cənab Prezident qeyd etdi ki, beynəlxalq münasibətlər sistemində parçalanma və qarşıdurmaların artdığı bir vaxtda dialoq və əməkdaşlıq platformalarının rolu daha da yüksəlir. Qlobal Bakı Forumu məhz belə bir platforma kimi müxtəlif ölkələrin siyasi liderlərini və ekspertlərini bir araya gətirərək fikir ayrılıqlarının aradan qaldırılmasına xidmət edir. Bu fakt Azərbaycanın həm regional aktor, həm də qlobal diplomatik platforma rolunu gücləndirdiyini göstərir. Prezident cənab İlham Əliyev çıxışında xüsusi vurğuladı ki, hazırkı beynəlxalq şəraitdə hər bir dövlət üçün təhlükəsizlik və sabitlik əsas prioritet olmalıdır. Belə ki, qlobal təhlükəsizlik sistemində balansın pozulması həm regionlarda münaqişələri artırır, həm də iqtisadi sabitliyi təhlükə altına salır. Bu səbəbdən dövlətlər qarşıdurma deyil, əməkdaşlıq və qarşılıqlı hörmət prinsipinə əsaslanan siyasət yürütməlidirlər. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatçısı kimi enerji bazarındakı qeyri-sabit vəziyyəti də diqqətdə saxlayır. Dövlət başçımız da bildirdi ki, neft və qaz qiymətlərində kəskin artım yalnız istehlakçılar deyil, istehsalçılar üçün də problemlər yaradır və qlobal iqtisadi sabitliyi sarsıdır. Prezident cənab İlham Əliyev çıxışında Cənubi Qafqazda sülh prosesinə də toxundu. O bildirdi ki, Azərbaycan Ermənistanla yekun sülh sazişinin imzalanmasında maraqlıdır və belə bir razılaşma regionda yeni iqtisadi və nəqliyyat layihələrinin həyata keçirilməsinə imkan verə bilər. Rəsmi Bakının mövqeyi bundan ibarətdir ki, sülh əldə olunarsa, regionda yeni nəqliyyat marşrutları formalaşa və Ermənistan da ilk dəfə tranzit ölkə statusu qazana bilər. Bu, Cənubi Qafqazda postmünaqişə dövrünün əsas strateji istiqamətlərindən biridir. Ümumiyyətlə, XIII Bakı Qlobal Forumunda aparılan müzakirələr, səslənən bəyanatlar onu deməyə əsas verir ki, bu gün qlobal təhlükəsizlik və sabitliyin qorunması prioritet olaraq qalır. Həmçinin regional əməkdaşlıq və sülh iqtisadi inkişaf üçün əsas şərtlərdən biridir.
İndi qarşıda duran əsas vəzifələrdən biri əldə edilmiş sülhün davamlılığını təmin etmək, qarşılıqlı etibar yaratmaq və regionda davamlı inkişaf üçün institutları möhkəmləndirməkdir. Bu, həm regional əməkdaşlıq platformalarının genişləndirilməsi, həm də təhlükəsizlik mexanizmlərinin qurulması ilə mümkündür. Eyni zamanda, humanitar məsələlərin — qayıdış, mina təhlükəsizliyi, zəruri xidmətlərin bərpası və humanitar yardımın təşkili — həlli prioritet saxlanılmalıdır. Nəticə etibarilə, Azərbaycanın təcrübəsi göstərir ki, suverenliyin bərpası və sülh şəraitinin əldə edilməsi məqsədyönlü siyasət, hüquqi əsaslanma və siyasi iradə tələb edir. İndi əsas məsələ bu nailiyyətin davamlı şəkildə qorunması, regionda geniş əməkdaşlıq və dayanıqlı inkişaf üçün faydalı mühitin yaradılmasıdır.
Nurlana Yusifova
YAP Samux rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

