Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Türk Dövlətləri Təşkilatı Türk coğrafiyası üçün müstəsna əhəmiyyət kəsb edir

Türk Dövlətləri Təşkilatı Türk coğrafiyası üçün müstəsna əhəmiyyət kəsb edir

03.04.2026 [11:58]

         Məlumdur ki, Türk Dövlətləri Təşkilatı (TDT) baş nazirlərinin görüşlərinin əsas məqsədi üzv ölkələr arasında iqtisadi-ticarət əlaqələrini, nəqliyyat-logistika, enerji və rəqəmsal transformasiya sahələrində əməkdaşlığı gücləndirmək, həmçinin dövlət başçılarının müəyyən etdiyi strateji hədəfləri reallaşdırmaq üçün praktiki addımlar atmaqdır. 

        Yeri gəlmişkən, qeyd edək ki, Qəbələdə keçirilən 13-cü Zirvə görüşü zamanı əsas prioritetlər müəyyənləşdirilib, yeni sahələrdə əməkdaşlıq yaranıb. Bu gün enerji, "yaşıl enerji" də daxil olmaqla, bağlantılar, hərbi və müdafiə sahəsində, o cümlədən "yumşaq güc" siyasəti üzrə TDT ölkələri arasında əməkdaşlıq mövcuddur. Həmçinin TDT daxilində çoxlu platformalar yaranıb. Bu platformalar üzrə də dövlət və özəl qurumların qarşılıqlı əməkdaşlığı davam edir və onların gündəlik fəaliyyətinin tərkib hissəsinə çevrilib. Yəni, dövlət üçün vacib siyasi istiqamət xalqlar üçün də prioritet hesab olunaraq, qarşılıqlı fayda verəcək əməkdaşlıqlar təşviq edilir. 

        Onu da qeyd edək ki, hazırkı qlobal təhdid və çağırışlar fonunda TDT kimi regional təşkilatların rolu dünyada artmaqdadır. Son olaraq Naxçıvana dron hücumundan sonra Türkiyədə TDT təhlükəsizlik toplantısı keçirilib və müzakirələr aparılmışdı. Bakıda keçirilən görüşə gəldikdə isə nəqliyyat və logistika infrastrukturunun inkişafı, Orta dəhlizin potensialının artırılması TDT baş nazirlərinin müzakirəsinin diqqət mərkəzində olub. 

          Xüsusilə qeyd etmək lazımdır ki, TDT çərçivəsində iqtisadi əməkdaşlıq mexanizmlərinin səmərəliliyinin artırılması, gömrük və sərhəd prosedurlarının sadələşdirilməsi, o cümlədən elektron sistemlərin tətbiqi ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artmasına imkan verəcək. Türk Dövlətləri Təşkilatı yalnız mədəni və tarixi yaxınlıq platforması deyil, o həm də real siyasi-iqtisadi güc mərkəzinə çevrilir. Təşkilat regional ittifaqdan qlobal iqtisadi aktora çevrilmək potensialına və gələcəkdə vahid iqtisadi blok kimi çıxış etmək imkanına malikdir.  Hazırda "orta güc" olan türk dünyasının strateji çəkisi getdikcə artır.

        Ən əsası, Türk dünyası heç vaxt bu qədər yaxın olmayıb, bu təşkilat daxilində siyasi yaxınlaşma sürətlənib, ortaq maraqlar daha aydın formalaşıb. Bu isə xüsusilə, Cənubi Qafqaz, Mərkəzi Asiya və Qara dəniz regionu üçün yeni geosiyasi balans yaradır!

Habil İsmayılov,

YAP Göygöl rayon təşkilatı üzrə Qırıqlı kənd ərazi partiya təşkilatının sədr müavini

Paylaş:
Baxılıb: 76 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Gündəm

Növbəti qurban...

03 Aprel 10:35

Gündəm

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30