Tərtərdə 1 İyun - Beynəlxalq Uşaqlar Günü münasibətilə tədbir keçirilib
01.06.2026 [15:15]
Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının inzibati binasında 1 İyun – Beynəlxalq Uşaqlar Günü münasibətilə bayram tədbiri keçirilib.
Tədbir başlamazdan əvvəl Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, həmçinin şəhid və qazi ailələrinin övladları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov uşaqları təbrik edərək bildirdi ki, 1 İyun – Beynəlxalq Uşaqlar Günü təkcə bayram deyil, eyni zamanda cəmiyyətimizin gələcəyi olan uşaqlara göstərilən dövlət qayğısının növbəti təzahürüdür. E.Əsədov xüsusi vurğuladı ki, Vətən uğrunda canından keçən şəhidlərimizin və qazilərimizin övladları xalqımız üçün çox əzizdir. Onların firavanlığı, sağlam və savadlı bir vətəndaş kimi yetişməsi, eləcə də sosial ehtiyaclarının təmin olunması hər birimizin mənəvi borcudur. Rayon təşkilatının sədri qeyd etdi ki, Yeni Azərbaycan Partiyası bu istiqamətdə müxtəlif sosial layihələr həyata keçirir və şəhid ailələrinin övladlarının təhsili, asudə vaxtlarının səmərəli təşkili məsələlərini daim diqqət mərkəzində saxlayır.
Sonra çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov uşaqları 1 İyun – Beynəlxalq Uşaqlar Günü münasibətilə səmimi qəlbdən təbrik edib. Müstəqim Məmmədov qeyd edib ki, Azərbaycanda uşaqların hüquqlarının qorunması, onların yüksək standartlar əsasında böyüməsi, milli-mənəvi dəyərlərə sadiq və vətənpərvər ruhda tərbiyə olunması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. O, bu istiqamətdə görülən işlərin ölkə rəhbərliyinin tapşırıqları əsasında rayonda uğurla davam etdirildiyini bildirib.
Tədbirin bədii hissəsində uşaqlar tərəfindən şeirlər səsləndirilib. Sonra YAP Tərtər rayon təşkilatı tərəfindən uşaqlara bayram hədiyyələri təqdim olunub. Balacaların sevincinə səbəb olan bu addım onlarda xoş təəssürat yaradıb.
Tədbirdə şəhid və qazi valideynləri göstərilən diqqətə görə Yeni Azərbaycan Partiyasına öz təşəkkürlərini bildiriblər.
Görüş xatirə şəklinin çəkdirilməsi ilə yekunlaşıb.
Xəbər lenti
Hamısına baxSosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18

