20 Yanvar - Azərbaycan tarixinin şanlı səhifəsi
18.01.2014 [08:46]
YAP Qaradağ rayon təşkilatının təşəbbüsü ilə anım tədbiri keçirilib
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının təşəbbüsü ilə ARDNŞ-in “Azneft” İstehsalat Birliyi Ə.Əmirov adına NQÇİ-də 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib. NQÇİ-nin rəisi Ramin Quliyev çıxış edərək bu günün Azərbaycan tarixinin şanlı səhifələrindən biri olduğunu vurğulayıb. Qeyd edib ki, 20 Yanvar faciəsi ölkəmizin müstəqilliyinin, azadlığının əldə edilməsində müstəsna rol oynayıb.
Tədbirdə çıxış edən YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov isə bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları Bakıda qırğınlar törətməklə xalqımızın mübarizə əzmini, azadlıq, müstəqillik arzularını sındırmaq niyyəti güdürdü.
YAP Siyasi Şurasının üzvü deyib ki, çox təəssüf ki, nə o zamankı hakimiyyət, nə də 1992-93-cü ildə iqtidarda olan AXC-Müsavat cütlüyü bu qədər genişmasştablı bir cinayətə nə hüquqi, nə siyasi qiymət vermədi. Azərbaycan xalqının başına gətirilən bu qanlı faciəyə ilk siyasi-hüquqi qiyməti verən, təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin bu əməlinə etiraz edən Ümummilli lider Heydər Əliyev oldu: “1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ulu öndər Heydər Əliyev qanlı faciənin tam təfərrüatı ilə dünya ictimaiyyətinə çatdırdı. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıdışından sonra hadisəyə dövlət səviyyəsində münasibətin bildirilməsinin təşəbbüskarı olub, 20 Yanvar faciəsi dövlət səviyyəsində qiymətini alıb, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün də mühüm işlər görmüşdür”.
Anım mərasimində çıxış edən YAP Qaradağ rayon təşkilatı Gənclər Birliyinin sədr əvəzi Ramiz Yusubov, Gənclər Birliyi İdarə Heyətinin üzvləri Ramin Əliyev, Elnarə Məmmədrəhimova, Zaməddin Həmişəyev, şəhid ailəsinin nümayəndəsi Nəzifə İsgəndərova o dövrdə baş verən siyasi proseslərdən, Azərbaycana qarşı edilən təzyiqlərdən danışıblar. Qeyd olunub ki, xalqımızın başına gətirilən faciələr yalnız həmin günlərdə yox, hər zaman diqqətdə saxlanılmalı, beynəlxalq aləmə çatdırılmalıdır.
Xəbər lenti
Hamısına baxHadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45

