/ / “Qərbi Azərbaycan: Xalqımızın tarixi idealları reallaşmağa doğru” mövzusunda dəyirmi masa keçirildi
“Qərbi Azərbaycan: Xalqımızın tarixi idealları reallaşmağa doğru” mövzusunda dəyirmi masa keçirildi
09.06.2026 [16:42]
İyun ayının 9-da Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatı və Qərbi Azərbaycan İcmasının Biləsuvar rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan: Xalqımızın tarixi idealları reallaşmağa doğru” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Qərbi Azərbaycan İcmasının Biləsuvar rayonu üzrə nümayəndəsi Rəfiqə Cəfərova, Biləsuvar rayonunda məskunlaşmış qərbi Azərbaycan əsilli rayon sakinləri və bir qrup partiya fəalı iştirak ediblər.
YAP Biləsuvar rayon təşkilatının inzibati binasında keçirilən tədbirdə öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən Kamil Qurbanlı qərbi Azərbaycan tarixi, demoqrafiyası və deportasiya məsələləri ilə bağlı çıxış edərək, II Qarabağ müharibəsindən sonra bu istiqamətdə görülmüş işlər, “Qərbi Azərbaycana qayıdış konsepsiyası”, Qərbi Azərbaycan İcmasının təsis olunması və icmanın gördüyü işlər barədə ətraflı çıxış etdi. O, öz çıxışında Ulu öndər Heydər Əliyevin və cənab prezident İlham Əliyevin qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimayyətə çatdırılması istiqamətində gördüyü işlərdən söz açdı.
Qərbi Azərbaycan İcmasının Biləsuvar rayon üzrə nümayəndəsi Rəfiqə Cəfərova Ermənistandan Azərbaycanlıların mərhələli deportasiyası, hüquqlarının pozulması və yaşanan faciələr barədə məlumat verərək Qərbi Azərbaycan mövzusunun dövlət siyasətində mühüm yer tutduğunu, tarix boyu erməni vəhşiliyinə məruz qalmış soydaşlarımızın deportasiyasının xalqımızın yaddaşında sağalmaz izlər buraxdığını qeyd edib. Əslən qərbi Azərbaycandan olan Rəfiqə xanım, ermənilərin onun yaxın qohumalarına, eləcədə digər azərbaycanlılara olan qəddar münasibətlərindən söz açdı.
Tədbirdə çıxış edən qərbi azərbaycanlı Teymur Quliyev, partiya fəalı Zamir Rəhimli və başqaları YAP rayon təşkilatına və İcmanın rayon nümayəndəsinə mövzu ilə əlaqədar tədbir təşkil etdiklərinə görə minnətdarlıqlarını ifadə edərək, dəyirmi masa iştirakçıları ilə öz fikirlərini bölüşdülər.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24

