/ / Tədqiqat: İsveçdə ana olmaqdan şüurlu şəkildə imtina edən qadınlara qərəzli münasibət göstərilir
Tədqiqat: İsveçdə ana olmaqdan şüurlu şəkildə imtina edən qadınlara qərəzli münasibət göstərilir
12.06.2026 [21:59]
İsveçdə ana olmaqdan şüurlu şəkildə imtina edən qadınlar cəmiyyətdə qərəzli münasibətlə üzləşməyə davam edirlər. Belə bir qənaətə 35-60 yaşarası qadınlar arasında sorğu keçirən Erebru Universitetinin tədqiqatçıları gəliblər.
AZƏRTAC xəbər verir ki, araşdırma nəticəsində bir çox iştirakçının ahıl yaşlarında yalnız qalacağı və qərarlarından peşman olacağı barədə müntəzəm olaraq xəbərdarlıqlar eşitdikləri aşkar edilib. Bəziləri, həmçinin eqoist və ya başqalarına qayğı göstərə bilməyən fərdlər adlandırılıb. Tədqiqatçılar onu da qeyd edirlər ki, uşaqların qocalıqda dəstək və qayğıya zəmanət verməsi fikri də geniş yayılıb.
Lakin sorğuda iştirak edən qadınların əksəriyyəti bu narahatlıqları bölüşmür. Onlar qeyd edirlər ki, uşaq sahibi olmaq həmişə tənhalıqdan qorumur. Bu qadınlar şüurlu şəkildə dostlar, qohumlar, qonşular, digər yaxın insanlarla münasibətlərə vaxt və səy sərf edirlər. Çoxları bu sosial dairəni “seçilmiş ailə” adlandırır.
Tədqiqat, həmçinin müəyyən edib ki, İsveçdə uşaq sahibi olmamaq seçimi getdikcə daha çox yayılır. Bu seçimin səbəbləri arasında iqlim dəyişikliyi, iqtisadi qeyri-sabitlik, mənzil böhranı və beynəlxalq vəziyyətlə bağlı narahatlıqlar da var. Bəzi qadınlar uyğun partnyorun olmaması səbəbindən də ana olmağı təxirə salırlar.
Tədqiqat müəllifləri şüurlu şəkildə uşaq sahibi olmamağı seçən qadınlardan bəhs etdiklərini vurğulayırlar. Buna görə də, onlar “könüllü uşaqsız” ifadəsini işlədirlər ki, bu da “uşaqsız” ifadəsindən fərqlidir. Sonuncu ifadə seçimsiz uşaq sahibi olmayan qadınları nəzərdə tutur.
Tədqiqat müəlliflərinin fikrincə, ənənəvi ailə anlayışı tədricən dəyişir.
“Ənənəvi ailə anlayışı artıq dəyişib. Bu gün ailə münasibətlərinin müxtəlif formaları mövcuddur. Doğum nisbəti aşağı düşdükcə, cəmiyyətdə uşaqların sayı da azalır. Zamanla könüllü uşaqsızlıq daha da normal hala çevriləcək. Lakin biz hələ bu mərhələyə çatmamışıq”, - deyə tədqiqatçılar qeyd edirlər.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Dünya
29 İyul 20:16
Dünya
29 İyul 19:50
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21

