Milli Qurtuluş Günü – Azərbaycan Dövlətçiliyinin xilas tarixi
11.06.2026 [17:57]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Azərbaycanı böyük Zəfərə aparan yolun başlanğıcı, bünövrəsi də dahi şəxsiyyət Heydər Əliyevin müstəqilliyimizin ilk illərində hakimiyyətə qayıtdığı gün, milli müstəqilliyimizin əbədiliyinin təmin edildiyi gün qoyuldu. 1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmiz tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxdı. O illərdə böyük faciələrlə, çətinliklərlə üz-üzə qalan Azərbaycan xalqı Ümummilli Lideri Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi sayəsində xaosdan, anarxiyadan qurtula bildi. Ulu Öndər Heydər Əliyevin siyasi faəliyyətinin fəlsəfəsini milli birlik, vətandaş həmrəyliyi prinsipi təşkil edirdi. Dövlətlərarası münasibətlərə xüsusi diqqət yetirən Ulu Öndər Heydər Əliyev ilk növbədə Azərbaycanın beynəlxalq təşkilatlarda təmsil olunmasına nail oldu. Həmin dövrdə Heydər Əliyev beynəlxalq təşkilatların tribunalarından çox bacarıqla istifadə edərək, Ermənistanın Azərbaycana təcavüzünün nəticələri və ölkəmiz haqqında obyektiv məlumatları dünyaya çatdırdı.
1993-cü il 15 iyundan bu günə kimi Azərbaycan əsrə bərabər inkişaf yolu keçdi. Dahi rəhbər Heydər Əliyevin zəngin siyasi fəaliyyəti ölkəmizin hərtərəfli inkişafı prosesinə təkan verərək, onu daimi yüksəliş yoluna çıxarıb. Ulu Öndərin çoxsahəli fəaliyyətinin və dövlətçilik təfəkkürünün təbliği sayəsində Azərbaycan bu gün etibar və sabitlik amili kimi çıxış edən, iqtisadi inkişaf və sosial rifah yolunda möhkəm addımlarla irəliləyən, beynəlxalq birliyin nüfuzlu bir üzvü kimi etibarlı mövqeyini gündən-günə təmin etməkdə olan ölkə kimi tanınır.
Milli Qurtuluş Günü Azərbaycanın müstəqillik tarixində dövlətçiliyin qorunub saxlanılması, siyasi sabitliyin bərpası və ölkənin gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm mərhələ hesab olunur. 1993-cü ilin iyununda baş verən hadisələr Azərbaycanın dövlət müstəqilliyinin real təhlükə qarşısında qaldığı bir dövrdə xalqın öz xilaskar liderinə üz tutmasının və milli iradənin təntənəsinin parlaq nümunəsi kimi tarixə düşdü.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyə qayıdışından sonra ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildi. Dövlət idarəçiliyində nizam-intizam gücləndirildi, qanunsuz silahlı birləşmələrin fəaliyyəti dayandırıldı, vətəndaş qarşıdurmasının qarşısı alındı.
Milli Qurtuluşdan sonra Azərbaycanın inkişaf strategiyasının əsas istiqamətlərindən biri ölkənin zəngin enerji ehtiyatlarından səmərəli istifadə etmək idi. 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi tarixində yeni mərhələnin əsasını qoydu.
Bu müqavilə nəticəsində ölkəyə milyardlarla dollar həcmində xarici sərmayə cəlb edildi, enerji sektorunun inkişafı sürətləndi və Azərbaycan beynəlxalq iqtisadi münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanındı. Sonrakı illərdə həyata keçirilən iri enerji və nəqliyyat layihələri ölkənin iqtisadi qüdrətinin artmasına mühüm töhfə verdi.
Bu gün Azərbaycanın əldə etdiyi uğurların təməlində məhz 1993-cü ildən başlanan inkişaf strategiyası dayanır. Müstəqil dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, güclü iqtisadiyyatın qurulması, beynəlxalq nüfuzun artırılması və milli birliyin təmin olunması Milli Qurtuluşun ən mühüm nəticələrindəndir.
Azərbaycanın regionun aparıcı dövlətlərindən birinə çevrilməsi, müstəqil siyasət yürütməsi və milli maraqlarını qətiyyətlə müdafiə etməsi həmin dövrdə formalaşdırılmış dövlətçilik konsepsiyasının uğurlu nəticəsidir. Xalqımızın milli həmrəyliyi və dövlətə bağlılığı da məhz bu siyasətin mühüm nailiyyətlərindən hesab olunur.
Milli Qurtuluş Günü yalnız tarixi hadisənin ildönümü deyil, həm də Azərbaycan xalqının dövlətçilik ənənələrinə sadiqliyinin, milli birliyinin və müstəqillik əzminin ifadəsidir. Bu gün hər bir vətəndaşa dövlət müstəqilliyinin necə çətinliklə əldə olunduğunu və qorunub saxlanıldığını xatırladır.
15 İyun Azərbaycan tarixində xalqın öz taleyinə sahib çıxdığı, dövlətçiliyin qorunduğu və gələcək inkişafın təməl daşlarının qoyulduğu gün kimi əbədi yaşayacaqdır.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

