Yeni, müasir və müstəqil Azərbaycan reallığı
10.09.2026 [15:31]
Sentyabrın 10-da Yeni Azərbaycan Partiyası Şahbuz rayon təşkilatının XII Konfransı keçirilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransa YAP Şahbuz rayon təşkilatının sədri Nicat Ələkbərov hesabat məruzəsi ilə çıxış edib. Qeyd olunub ki, Azərbaycanın bugünkü inkişaf mənzərəsi Ulu Öndər Heydər Əliyevin siyasi irsinin nə qədər böyük əhəmiyyət daşıdığını bir daha nümayiş etdirir. Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının əsasları müəyyən olunub. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində dövlətimizin beynəlxalq nüfuzu artıb, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə nəticələnən tarixi zəfərlər qazanılıb.
Şahbuz Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Rəfael Babayev çıxışında YAP Şahbuz rayon təşkilatının uğurlu fəaliyyətindən, partiya üzvlərinin rayonun ictimai-siyasi həyatında mühüm rolundan bəhs edib. Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi və abadlıq-quruculuq tədbirlərindən danışan RİH başçısı dövlət siyasətinin regionların hərtərəfli inkişafına yönəldiyini, Şahbuzda da əhalinin sosial rifahının yaxşılaşdırılması, infrastrukturun yenilənməsi istiqamətində işlərin davam etdirildiyini vurğulayıb.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov ölkədə həyata keçirilən regional siyasətdən və bölgələrin inkişafı istiqamətində görülən işlərdən danışıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi potensialının artırılması, əhalinin rifahının daha da yaxşılaşdırılması və müasir infrastrukturun formalaşdırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini bildirib. S.Novruzov Yeni Azərbaycan Partiyasının yerli təşkilatlarının dövlət siyasətinin təbliğində mühüm rol oynadığını qeyd edib. Vurğulanıb ki, yeni, müasir və müstəqil Azərbaycan reallığı ölkəmizə tərəqqi və inkişaf vəd edir.
Şəhid anası, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Gülşad Rüstəmova Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasının tarixi əhəmiyyətindən danışıb. O, Vətən müharibəsində və sonrakı dövrdə Azərbaycan xalqının göstərdiyi birlik və həmrəyliyin şanlı Qələbənin əldə olunmasında əsas amillərindən biri olduğunu qeyd edib. G.Rüstəmova şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısının ölkəmizdə sosial siyasətin prioritet istiqamətlərindən olduğunu diqqətə çatdırıb.
Partiya veteranı, Şahbuz Rayon Veteranlar Şurasının sədri Məhərrəm İsmayılov, YAP Naxçıvan Regional Mədəniyyət İdarəsinin Şahbuz rayon sektoru ərazi partiya təşkilatının sədri Elvin Səfərov Yeni Azərbaycan Partiyasının yaranması və formalaşması prosesində Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərini diqqətə çatdırıblar. Bildirilib ki, partiya ötən illər ərzində böyük inkişaf yolu keçərək xalqın etimadını qazanıb və aparıcı mövqeyə yüksəlib.
YAP Mərkəzi Aparatının Siyasi təhlil, maarifləndirmə və seçkilərlə əlaqədar iş şöbəsinin müdir müavini Asif İmaməliyevə partiyanın VII qurultayından sonra müəyyənləşdirilmiş yeni vəzifələrə toxunub. Qeyd olunub ki, YAP Şahbuz rayon təşkilatı hesabat dövründə fəaliyyətini qarşıya qoyulmuş vəzifələrə uyğun quraraq ideoloji fəaliyyətin səmərəliliyinin artırılması istiqamətində ardıcıl iş aparıb.
Konfransda YAP Şahbuz rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII qurultayına nümayəndələr seçilib.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
06 Oktyabr 23:53
Dünya
06 Oktyabr 23:23
YAP xəbərləri
06 Oktyabr 23:04
YAP xəbərləri
06 Oktyabr 22:59
Dünya
06 Oktyabr 22:24
Dünya
06 Oktyabr 21:42
Dünya
06 Oktyabr 21:09
Dünya
06 Oktyabr 20:22
İqtisadiyyat
06 Oktyabr 20:07
Dünya
06 Oktyabr 19:59
Dünya
06 Oktyabr 19:41
Dünya
06 Oktyabr 18:14
Dünya
06 Oktyabr 17:30
Gündəm
06 Oktyabr 16:20
Dünya
06 Oktyabr 16:20
Siyasət
06 Oktyabr 16:15
Elanlar
06 Oktyabr 16:15
Siyasət
06 Oktyabr 16:14
Siyasət
06 Oktyabr 16:12
Siyasət
06 Oktyabr 16:12
Gündəm
06 Oktyabr 16:11
YAP xəbərləri
06 Oktyabr 15:53
Siyasət
06 Oktyabr 15:52
YAP xəbərləri
06 Oktyabr 15:49
Sosial
06 Oktyabr 15:41
Dünya
06 Oktyabr 15:39
Siyasət
06 Oktyabr 15:23
Siyasət
06 Oktyabr 15:22
Siyasət
06 Oktyabr 15:10
YAP xəbərləri
06 Oktyabr 14:25
YAP xəbərləri
06 Oktyabr 14:22
Dünya
06 Oktyabr 14:18
YAP xəbərləri
06 Oktyabr 13:35
İdman
06 Oktyabr 13:32
YAP xəbərləri
06 Oktyabr 13:10
Siyasət
06 Oktyabr 13:07
Gündəm
06 Oktyabr 12:51
Siyasət
06 Oktyabr 12:32
Sosial
06 Oktyabr 12:27
İqtisadiyyat
06 Oktyabr 12:12
Hadisə
06 Oktyabr 12:11
Xəbər lenti
06 Oktyabr 12:10
İqtisadiyyat
06 Oktyabr 12:09
Siyasət
06 Oktyabr 11:58
YAP xəbərləri
06 Oktyabr 11:43
Müsahibə
06 Oktyabr 11:23
YAP xəbərləri
06 Oktyabr 11:22
YAP xəbərləri
06 Oktyabr 11:20
İqtisadiyyat
06 Oktyabr 10:47
Siyasət
06 Oktyabr 10:14
Analitik
06 Oktyabr 09:40
Analitik
06 Oktyabr 09:22
Sosial
06 Oktyabr 08:52
Sosial
06 Oktyabr 08:37
Gündəm
06 Oktyabr 08:10
Dünya
06 Oktyabr 00:14
Dünya
05 Oktyabr 23:58
Dünya
05 Oktyabr 23:32
Dünya
05 Oktyabr 22:47
Dünya
05 Oktyabr 22:22
Siyasət
05 Oktyabr 22:14
Dünya
05 Oktyabr 21:57
Dünya
05 Oktyabr 21:24
Xarici siyasət
05 Oktyabr 21:10
Dünya
05 Oktyabr 21:03
Dünya
05 Oktyabr 20:47
Dünya
05 Oktyabr 20:22
Dünya
05 Oktyabr 20:00
Dünya
05 Oktyabr 19:57
Dünya
05 Oktyabr 18:09

