Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / DÖVLƏT SUVERENLİYİNİN TAM BƏRPASI: MÜSTƏQİLLİK TARİXİMİZİN ZƏFƏR TACI

DÖVLƏT SUVERENLİYİNİN TAM BƏRPASI: MÜSTƏQİLLİK TARİXİMİZİN ZƏFƏR TACI

18.09.2026 [11:57]

Hər bir xalqın tarixində onun taleyini və gələcəyini müəyyən edən şərəfli dönüş nöqtələri var. Azərbaycan xalqı üçün bu zirvələrdən biri, şübhəsiz ki, 20 sentyabr – Dövlət Suverenliyi Günüdür. Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə təsis edilən bu əlamətdar gün sıradan bir təqvim tarixi deyil. Bu gün – Azərbaycan dövlətçilik ənənələrinin, şəhidlərimizin qanı hesabına əldə olunmuş milli qürurumuzun və 30 illik həsrətə son qoyan tarihi ədalətin təsbitidir.

Ərazi bütövlüyünün və dövlət suverenliyinin tam təmin olunması hər bir müstəqil dövlətin ali məqsədidir. Azərbaycan xalqı əsrin dörddə birindən çox bir müddətdə torpaqlarının işğalı və etnik təmizləmə faktı ilə üz-üzə qaldı. Lakin dövlətimizin sarsılmaz iradəsi, xalq-ordu birliyi və Ali Baş Komandanın uzaqgörən siyasəti nəticəsində 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri ilə ölkəmizin bütün suveren ərazilərində Konstitusiya quruluşu bərpa edildi.

Azərbaycanın dövlət suverenliyini tam bərpa etməsi uzun illər davam edən məqsədyönlü diplomatiya, güclü iqtisadiyyat və müasir ordunun formalaşdırılmasının nəticəsidir.

2020-ci ilin Vətən müharibəsində Müzəffər Azərbaycan Ordusu düşmənin illərlə qurduğu istehkamları darmadağın edərək torpaqlarımızı azad etdi. Lakin 2020-ci il zəfəri ilə ərazi bütövlüyümüz bərpa olunsa da, Qarabağ iqtisadi rayonunun müəyyən hissəsində qanunsuz erməni silahlı birləşmələri və separatçı rejim varlığını sürdürürdü.

Postmüharibə dövründə Ermənistan və onun Qarabağdakı törintiləri sülh çağırışlarına məhəl qoymadı. Ərazilərimiz minalanmaqda davam etdirildi, qanunsuz hərbi istehkamlar quruldu və ordumuzun mövqeləri mütəmadi olaraq atəşə tutuldu.

2023-cü il sentyabrın 19-da Əhmədbəyli–Füzuli–Şuşa yolunda baş verən terror aktı nəticəsində polis əməkdaşlarının və mülki şəxslərin şəhid olması son damla oldu. Konstitusiya quruluşunun bərpa edilməsi və separatçı rejimin ləğvi məqsədilə antiterror tədbirlərinə start verildi.

2023-cü il sentyabrın 19–20-də keçirilən antiterror tədbirləri dünya hərb tarixinə ən dəqiq və sürətli əməliyyatlardan biri kimi düşdü. Cəmi 23 saat 44 dəqiqə davam edən bu əməliyyat zamanı yalnız leqitim hərbi hədəflər məhv edildi, mülki əhaliyə heç bir zərər dəymədi.

Sentyabrın 20-də saat 13:00-da separatçılar ağ bayraq qaldıraraq təslim oldular. Qanunsuz birləşmələr tərk-silah edildi, xunta rejimi özünü buraxdı və separatçıların rəhbərləri ədalət mühakiməsinə təslim olundu. Xankəndi, Xocalı, Xocavənd, Əsgəran və Ağdərədə Azərbaycan bayrağı ucaldıldı. Prezident İlham Əliyevin oktyabrın 15-də Xankəndidə Dövlət Bayrağını qaldırması suverenliyimizin tam bərpasının əyani təcəssümü oldu.

20 sentyabr – Dövlət Suverenliyi Gününün təsis olunması dövlətçilik zəncirimizin son və ən möhtəşəm həlqəsidir:

 * 28 May (Müstəqillik Günü) – İradənin doğuluşu;

 * 18 Oktyabr (Müstəqilliyin Bərpası Günü) – Siyasi imkan;

 * 8 Noyabr (Zəfər Günü) – Ərazi bütövlüyü;

 * 20 Sentyabr (Dövlət Suverenliyi Günü) – Tam Suverenlik.

Suverenliyin bərpası "Böyük Qayıdış" proqramını daha da sürətləndirdi. Bu gün Xankəndi, Xocalı, Füzuli, Laçın və Şuşaya minlərlə soydaşımız qayıdıb. Azərbaycan regionda separatizm ocağını ləğv etməklə Cənubi Qafqazda davamlı sülh və əməkdaşlıq üçün yeni imkanlar açdı, BMT qətnamələrini və beynəlxalq hüququ təkbaşına bərqərar etdi.

20 sentyabr xalqımızın birliyinin, ordumuzun qüdrətinin və dövlətimizin sarsılmazlığının simvoludur. Artıq Azərbaycan xəritəsində "münaqişə zonası" sözü yoxdur. Müstəqilliyimiz və suverenliyimiz əbədi, sarsılmaz və dönməzdir!

Aynur Quliyeva

YAP Şahbuz rayon Ayrınc ərazi partiya təşkilatının müavini,  Ayrınc kənd tam orta məktəbinin müəllimi

Paylaş:
Baxılıb: 88 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Dünya

İqtisadiyyat

Analitik

11 sentyabrın kölgəsi

18 Sentyabr 09:17  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30