Azərbaycanın sənaye inkişafında yeni mərhələ
24.09.2026 [13:52]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirənin keçirilməsi ölkəmizin iqtisadi inkişaf strategiyasında mühüm hadisədir. Dövlət Proqramı Azərbaycanın zəngin mineral ehtiyatlarından səmərəli istifadə olunması, qeyri-neft sektorunun inkişaf etdirilməsi və yüksək əlavə dəyər yaradan yeni sənaye sahələrinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin çıxışında qeyd olunduğu kimi, Azərbaycanın qarşısında duran əsas məqsədlərdən biri təbii resurslardan daha səmərəli istifadə etməklə onların ölkə daxilində emalını genişləndirmək və hazır məhsul istehsalını artırmaqdır. Bu yanaşma yalnız hasilatın deyil, hasilatdan emala, emaldan isə yüksək əlavə dəyərli məhsul istehsalına qədər bütöv sənaye zəncirinin yaradılmasını nəzərdə tutur.
Dövlət Proqramı çərçivəsində 2027–2030-cu illərdə dağ-mədən və metallurgiya sənayesinə 5,3 milyard manat investisiyanın yönəldilməsi planlaşdırılır. Qarşıya qoyulan hədəflərə əsasən, 2030-cu ilədək bu sektorun ümumi daxili məhsula töhfəsinin 700 milyon manatdan 1,8 milyard manata, illik ixrac potensialının isə 1,3 milyard manatdan 3,4 milyard manata çatdırılması nəzərdə tutulur. Eyni zamanda, proqram çərçivəsində 5 mindən çox daimi iş yerinin yaradılması planlaşdırılır.
Dövlət Proqramının mühüm istiqamətlərindən biri işğaldan azad edilmiş ərazilərin zəngin mineral resurs potensialının iqtisadi dövriyyəyə cəlb edilməsidir. Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında yerləşən qızıl, mis və molibden yataqlarının istismara verilməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu layihələrin həyata keçirilməsi Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialının artırılması, yeni iş yerlərinin yaradılması və Böyük Qayıdış prosesinin iqtisadi əsaslarının daha da möhkəmləndirilməsinə mühüm töhfə verəcək.
Proqram çərçivəsində “Söyüdlü” və “Ortakənd” qızıl yataqları, “Filizçay” polimetal yatağı və “Daşkəsən” dəmir filizi layihələri xüsusi əhəmiyyət kəsb edir. Bu layihələr üzrə böyük həcmli investisiyaların həyata keçirilməsi Azərbaycanın qızıl, mis, sink, qurğuşun və dəmir filizi istehsalı sahəsində imkanlarının genişləndirilməsinə şərait yaradacaq. Xüsusilə “Daşkəsən” layihəsi çərçivəsində yeni dəmir istehsalı güclərinin yaradılması ölkədə metallurgiya sənayesinin inkişafında mühüm mərhələ olacaq.
Dağ-mədən və metallurgiya sənayesinin inkişafı ilə yanaşı, əlaqəli sahələrdə də iqtisadi fəallığın artacağı gözlənilir. Yeni müəssisələrin yaradılması nəqliyyat, logistika, enerji, tikinti və xidmət sektorlarında əlavə imkanlar formalaşdıracaq. Eyni zamanda, ixtisaslı kadrlara tələbatın artması peşə və texniki təhsilin, mühəndislik və digər müvafiq ixtisasların inkişafına əlavə stimul verəcək.
Azərbaycanın əlverişli coğrafi mövqeyi, zəngin təbii ehtiyatları, müasir nəqliyyat infrastrukturu və formalaşmış sənaye potensialı dağ-mədən və metallurgiya sahəsinin inkişafı üçün mühüm imkanlar yaradır. Bu potensialın müasir texnologiyalar əsasında iqtisadi dövriyyəyə cəlb edilməsi ölkəmizin sənaye imkanlarını daha da genişləndirəcək.
Dövlət Proqramı, eyni zamanda, Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi siyasətinin davamlı xarakter daşıdığını nümayiş etdirir. Təbii sərvətlərin yalnız hasil edilməsi deyil, onların ölkə daxilində emal olunaraq daha yüksək əlavə dəyər yaratması milli iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılmasına xidmət edir. Bu isə Azərbaycanın ixrac imkanlarının genişlənməsinə və qeyri-neft sektorunun iqtisadiyyatda rolunun daha da yüksəlməsinə şərait yaradacaq.
Beləliklə, 2027–2030-cu illəri əhatə edən Dövlət Proqramı Azərbaycanın dağ-mədən və metallurgiya sənayesinin yeni inkişaf mərhələsini müəyyənləşdirir. Qarşıya qoyulan hədəflərin reallaşdırılması nəticəsində yeni istehsal müəssisələrinin yaradılması, investisiyaların artırılması, ixrac imkanlarının genişləndirilməsi və regionlarda məşğulluğun yüksəldilməsi istiqamətində mühüm nəticələrin əldə olunması nəzərdə tutulur. Bu baxımdan Dövlət Proqramı Azərbaycanın dayanıqlı iqtisadi inkişafına, sənaye potensialının gücləndirilməsinə və regionların sosial-iqtisadi tərəqqisinə xidmət edən mühüm strateji sənəddir.
Fidan Hüseynova
YAP Quba rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxMədəniyyət
24 Sentyabr 18:10
Dünya
24 Sentyabr 17:24
Sosial
24 Sentyabr 16:31
Dünya
24 Sentyabr 16:30
Dünya
24 Sentyabr 15:17
Dünya
24 Sentyabr 15:16
Siyasət
24 Sentyabr 15:03
Sosial
24 Sentyabr 14:56
Formula 1
24 Sentyabr 14:55
YAP xəbərləri
24 Sentyabr 14:47
Xəbər lenti
24 Sentyabr 14:42
Elanlar
24 Sentyabr 14:29
YAP xəbərləri
24 Sentyabr 14:10
Siyasət
24 Sentyabr 14:02
YAP xəbərləri
24 Sentyabr 13:52
Dünya
24 Sentyabr 13:50
YAP xəbərləri
24 Sentyabr 13:44
Dünya
24 Sentyabr 13:39
Gündəm
24 Sentyabr 13:06
Gündəm
24 Sentyabr 12:59
Gündəm
24 Sentyabr 12:20
Siyasət
24 Sentyabr 12:07
Elm
24 Sentyabr 12:05
Dünya
24 Sentyabr 12:02
Dünya
24 Sentyabr 12:01
Dünya
24 Sentyabr 11:59
Elm
24 Sentyabr 11:57
Sosial
24 Sentyabr 11:53
Gündəm
24 Sentyabr 11:43
Sosial
24 Sentyabr 11:38
Sosial
24 Sentyabr 11:37
Formula 1
24 Sentyabr 11:35
Hadisə
24 Sentyabr 11:34
Sosial
24 Sentyabr 11:33
Sosial
24 Sentyabr 11:32
Gündəm
24 Sentyabr 11:25
İdman
24 Sentyabr 11:13
Elm
24 Sentyabr 11:11
Elm
24 Sentyabr 11:02
Elm
24 Sentyabr 10:57
Siyasət
24 Sentyabr 10:55
Dünya
24 Sentyabr 10:51
İqtisadiyyat
24 Sentyabr 10:51
YAP xəbərləri
24 Sentyabr 10:49
İdman
24 Sentyabr 10:46
İqtisadiyyat
24 Sentyabr 10:44
YAP xəbərləri
24 Sentyabr 10:28
YAP xəbərləri
24 Sentyabr 10:24
İqtisadiyyat
24 Sentyabr 10:19
Analitik
24 Sentyabr 09:43
Analitik
24 Sentyabr 09:17
Analitik
24 Sentyabr 08:52
Sosial
24 Sentyabr 08:39
Formula 1
24 Sentyabr 08:07
Dünya
24 Sentyabr 07:38
İqtisadiyyat
23 Sentyabr 23:39
Dünya
23 Sentyabr 23:17
Dünya
23 Sentyabr 22:50
Dünya
23 Sentyabr 22:21
Dünya
23 Sentyabr 21:45
Hadisə
23 Sentyabr 21:19
İqtisadiyyat
23 Sentyabr 20:58
Dünya
23 Sentyabr 20:25
İqtisadiyyat
23 Sentyabr 19:42
Dünya
23 Sentyabr 19:17
Sosial
23 Sentyabr 18:31
YAP xəbərləri
23 Sentyabr 18:16
Elanlar
23 Sentyabr 17:13
YAP xəbərləri
23 Sentyabr 16:57
Sosial
23 Sentyabr 16:55

