Azadlığına qovuşmuş Füzulinin şanlı quruculuq dastanı
16.10.2026 [12:12]
Füzuli rayonu Azərbaycanın cənub-qərbində, Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər uzanan, təbiəti qədər strateji mövqeyi ilə də seçilən bir diyarımızdır. Ölkəmizdə tarixən bərəkətli torpaqları, Köndələnçay və Quruçay kimi su damarları ilə tanınan Füzuli, həm də bəşəriyyətin ən qədim məskənlərindən olan Azıx mağarasına ev sahibliyi edir. Lakin bu zəngin coğrafiya 23 avqust 1993-cü ildə erməni işğalçıları tərəfindən zəbt edildikdən sonra 27 il ərzində dəhşətli bir vandalizmlə üz-üzə qaldı. Yaşıl bağları quruduldu, şəhər və kəndləri xarabalığa çevrildi.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Füzulinin də bəxtini dəyişdi. Azərbaycan Ordusunun sarsıdıcı zərbələri qarşısında düşmənin uzun illər ərzində qurduğu keçilməz “Ohanyan xətti” məhz Füzuli istiqamətində darmadağın edildi. Müzəffər Ordumuz kənd-kənd, təpə-təpə irəliləyərək Füzulini addım-addım azadlığa qovuşdurdu. Nəhayət, oktyabrın 17-də Füzuli şəhəri şanlı bayrağımızın dalğalandığı azad bir məkana çevrildi. Azərbaycan Ordusunun uğurlu əməliyyatları məhz Füzuli rayonundan başladı. Müharibənin ilk günündə Füzulinin Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri və Cəbrayılın Böyük Mərcanlı və Nüzgar kəndləri azad edildi – Zəfər missiyasının əsası məhz Füzuli rayonunda qoyuldu.
Bu qələbə təkcə bir rayonun azadlığı deyil, Şuşaya və digər torpaqlara gedən Zəfər yolunun qapısı idi. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2021-ci ilin oktyabrında Füzuli şəhərində rayon əhalisi ilə görüşdə dediyi kimi: “Müharibə zamanı Füzulinin azad olunmasının çox böyük əhəmiyyəti var idi, çünki böyük yaşayış məntəqəsi idi. Cəbrayıldan, Hadrutdan sonra üçüncü böyük yaşayış məntəqəsi işğalçılardan azad edildi… Füzuli şəhərinin azad olunmasının əhəmiyyəti, eyni zamanda, bu şəhərin strateji yerləşməsi ilə bağlıdır. Füzuli nəzarətimizə keçəndən sonra artıq Şuşa istiqamətinə getmək üçün daha geniş imkanlar açıldı. Bir daha demək istəyirəm ki, Ermənistan tərəfi burada çox güclü istehkamlar qurmuşdu, bir neçə xətt istehkamdan ibarət müdafiə xətti qurulmuşdu. Otuz il ərzində düşmən burada möhkəmlənirdi və bu istehkamları yarmaq, keçmək xalqımızın bir daha böyük qəhrəmanlığını, fədakarlığını göstərmişdir… Füzuli şəhərinin azad edilməsi bizə əlavə mənəvi güc verdi. Azərbaycan Silahlı Qüvvələri bundan sonra böyük əzmkarlıq göstərərək xilaskarlıq missiyasını uğurla davam etdirdi. Füzuli azad olunandan 3 gün sonra Zəngilan şəhəri azad edildi, ondan beş gün sonra Qubadlı, ondan sonra biz Laçın dəhlizinə çıxdıq və beləliklə, müharibənin taleyi heç kəs üçün sirr deyildi”.
Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 17 oktyabr tarixi rəsmən “Füzuli Şəhəri Günü” kimi təsis olundu. Bu gün sadəcə təqvimdəki bir tarix deyil, füzulililərin öz doğma yurdlarına qayıdışının, ədalətin bərpasının və dirçəlişin rəmzidir. Dağıdılmış şəhərin küllərindən yenidən doğulduğu zəfər bayramıdır.
Füzuli rayonunun düşmən işğalında olmayan və ya 1994-cü ilin uğurlu Horadiz əməliyyatında (5-6 yanvar) azad edilmiş ərazilərində quruculuq işləri hələ çox əvvəldən başlanmışdı. Rayonun həmin ərazilərinə Füzuli işğaldan tam azad olunanadək 12 dəfə səfər edən Azərbaycan Prezidenti İlham Əliyev burada çox böyük quruculuq siyasəti həyata keçirmiş, Horadiz qəsəbəsinə şəhər statusu verilmiş və şəhər rayonun qeyri-rəsmi mərkəzi statusu qazanmışdı. Rayon ərazisində böyük sosial infrastruktur layihələri icra olunaraq 24 məktəb, 2 xəstəxana, Olimpiya İdman Kompleksi, Gənclər Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi, Muğam Mərkəzi inşa edilmiş, fərdi evlərin bərpası işləri parılmış, məcburi köçkünlərin yaşaması üçün 12 qayıdış qəsəbəsi salınmış, 51 min nəfər məcburi köçkün həmin qəsəbələrdə məskunlaşdırılmışdı.
Füzulinin azadlıqdan sonrakı tarixi də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rayona mütəmadi səfərləri və şəxsən əsasını qoyduğu nəhəng layihələrlə zəngindir. Hər bir səfər Füzulinin gələcək simasını cızan tarixi addımlarla yadda qalır. 2020-ci il noyabrın 16-da, azadlıqdan cəmi bir ay sonra dövlət başçımız Füzuli şəhərində Azərbaycan bayrağını ucaltdı və həmin gün Qarabağın infrastruktur onurğasını təşkil edəcək Füzuli-Şuşa avtomobil yolunun – Zəfər yolunun təməli qoyuldu.
2021-ci il Füzuli üçün sözün kompleks mənasında quruculuq ili oldu: ilin elə ilk ayından rayonda infrastruktur işləri sürətləndi: yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində yeni yolun, eləcə də Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanının təməli qoyuldu və yeri gəlmişkən, hava limanı cəmi 8 ay ərzində çox sürətlə inşa olundu. Cəmi bir ay sonra isə, Füzuli şəhərinin gələcək vizyonunu müəyyən edən Baş plan təsdiqləndi. Regionu birləşdirən Horadiz-Ağbənd və Ağdam-Füzuli yollarının inşası ilə tanışlıq baş tutdu və müasir 180 çarpayılıq xəstəxananın təməlqoyma mərasimi keçirildi. Mart ayında bölgənin daxili bağlantısını gücləndirən Füzuli-Hadrut avtomobil yolunun təməli qoyuldu. İyunda isə, kənd təsərrüfatı və ekologiya üçün strateji əhəmiyyətli Aşağı Köndələnçay su anbarının texniki göstəriciləri nəzərdən keçirildi və “Füzuli” 110/35/10 kilovoltluq yarımstansiyasının açılışı oldu. Ən yaddaqalan məqamlardan biri isə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa Bəyannaməsini imzalamaq üçün etdiyi səfər zamanı Füzulidə yüksək səviyyədə qarşılanması oldu.
2021-ci il oktyabrın 17-də – Füzuli şəhərinin azadlığına qovuşduğu günün ilk ildönümündə Prezident İlham Əliyevin Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü oldu. Gələcəyə yönələn layihələrin – Füzuli-Ağdam avtomobil yolunun, Dövlətyarlı kəndində “Ağıllı kənd”in, Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin və füzulililərin artıq geri qayıdıb yaşadığı çoxmənzilli yaşayış məhəlləsinin təməlləri atıldı.
Füzulinin yenidən qurulması prosesi həm də beynəlxalq dostluq və qardaşlıq bağlarının nümayişinə çevrilib. Qardaş Özbəkistan Respublikası bu çətin günlərdə Azərbaycanın yanında olduğunu göstərərək Füzulidə maddi və mənəvi dəstəyin ən gözəl nümunəsi olaraq müasir məktəb binası inşa edib. Bu addım Türk dünyasının birliyinin və Qarabağın bərpasındakı ortaq həmrəyliyinin bariz sübutudur.
4-cü ildir ki, 17 Oktyabr – Füzuli şəhəri günü füzulililər üçün sadəcə təqvim bayramı deyil; bu, xalqımızın əyilməz iradəsinin, ordumuzun qüdrətinin və azad edilmiş torpaqlarda yenidən qaynayan həyatın təntənəsidir. Füzuli bu gün həm keçmişin acı xatirələrini qoruyur, həm də parlaq gələcəyə inamla irəliləyən müasir Azərbaycanın qürur mənbəyinə çevrilir. Füzuli artıq sadəcə xəritədə bərpa olunan bir rayon deyil; o, milli qürurumuzun, dövlətimizin qüdrətinin və qurub-yaratmaq əzminin canlı abidəsidir. Füzuli şəhəri, onun hər bir küçəsi və kəndi və küçəsi ilə yeni erasının – Zəfər dövrünün növbəti inkişaf üfüqlərinə doğru inamla addımlayır.
Elman Cəfərli
YAP Naxçıvan şəhər təşkilatının sədri,
tarix üzrə fəlsəfə doktoru, dosent
Xəbər lenti
Hamısına baxSiyasət
16 Oktyabr 12:36
Sosial
16 Oktyabr 12:24
Xəbər lenti
16 Oktyabr 12:15
YAP xəbərləri
16 Oktyabr 12:12
Sosial
16 Oktyabr 11:58
Siyasət
16 Oktyabr 11:30
İqtisadiyyat
16 Oktyabr 11:19
Xəbər lenti
16 Oktyabr 11:04
İqtisadiyyat
16 Oktyabr 10:51
Siyasət
16 Oktyabr 10:45
Siyasət
16 Oktyabr 10:25
YAP xəbərləri
16 Oktyabr 10:09
Analitik
16 Oktyabr 09:42
Gündəm
16 Oktyabr 09:30
Analitik
16 Oktyabr 09:17
Sosial
16 Oktyabr 08:54
Sosial
16 Oktyabr 08:39
Gündəm
16 Oktyabr 08:12
Gündəm
16 Oktyabr 07:07
Siyasət
16 Oktyabr 07:07
Sosial
15 Oktyabr 20:16
Gündəm
15 Oktyabr 19:59
YAP xəbərləri
15 Oktyabr 19:38
YAP xəbərləri
15 Oktyabr 19:20
YAP xəbərləri
15 Oktyabr 18:35
YAP xəbərləri
15 Oktyabr 18:13
Gündəm
15 Oktyabr 17:53
YAP xəbərləri
15 Oktyabr 17:15
YAP xəbərləri
15 Oktyabr 17:12
YAP xəbərləri
15 Oktyabr 17:11
Siyasət
15 Oktyabr 17:09
YAP xəbərləri
15 Oktyabr 17:08
YAP xəbərləri
15 Oktyabr 17:07
YAP xəbərləri
15 Oktyabr 17:06
YAP xəbərləri
15 Oktyabr 17:04
YAP xəbərləri
15 Oktyabr 17:02
YAP xəbərləri
15 Oktyabr 16:59
YAP xəbərləri
15 Oktyabr 16:52
Gündəm
15 Oktyabr 16:47
YAP xəbərləri
15 Oktyabr 16:33
YAP xəbərləri
15 Oktyabr 16:28
Dünya
15 Oktyabr 16:26
YAP xəbərləri
15 Oktyabr 16:25
15 Oktyabr 16:18
Dünya
15 Oktyabr 16:18
YAP xəbərləri
15 Oktyabr 15:59
YAP xəbərləri
15 Oktyabr 15:53
Gündəm
15 Oktyabr 15:48
Siyasət
15 Oktyabr 14:50
Dünya
15 Oktyabr 14:14
Siyasət
15 Oktyabr 14:11
Dünya
15 Oktyabr 13:12
Siyasət
15 Oktyabr 13:11
Siyasət
15 Oktyabr 13:09
Dünya
15 Oktyabr 12:10
Siyasət
15 Oktyabr 11:21
Siyasət
15 Oktyabr 11:11
YAP xəbərləri
15 Oktyabr 11:08
Siyasət
15 Oktyabr 10:44
Sosial
15 Oktyabr 10:32
Sosial
15 Oktyabr 10:28
Sosial
15 Oktyabr 10:13
İqtisadiyyat
15 Oktyabr 10:10
Sosial
15 Oktyabr 10:03
Dünya
15 Oktyabr 09:53
Sosial
15 Oktyabr 09:49
Sosial
15 Oktyabr 09:41
Dünya
15 Oktyabr 09:34
Siyasət
15 Oktyabr 09:33
Siyasət
15 Oktyabr 09:32

