Binəqədi rayonunda 31 mart-Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib
01.04.2014 [09:14]
Dünən Binəqədi rayonunda 31 mart-Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib. Binəqədi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının qərargahında gerçəkləşdirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, millət vəkilləri Madər Musayev, Rafael Cəbrayılov, BDU-nun kafedra müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərov, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmləri doktoru, professor Elman Nəsirov, Binəqədi RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanları, icra strukturlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir 31 mart soyqırımından bəhs edən videoçarxın nümayişi ilə başlayıb.
Sonra Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov çıxış edərək, tarix boyu imperialist qüvvələrin havadarlığı ilə erməni qəsbkarlarının vətənimizə və xalqımıza qarşı məkrli addımlar atdığını, qırğın və soyqırımları həyata keçirdiyini diqqətə çatdırıb. Belə qanlı olaylardan birinin də 1918-ci ildə erməni daşnak-bolşevik birlikləri tərəfindən törədilən 31 mart soyqırımı olduğunu bildirən X.İsgəndərov bu qətliam zamanı azərbaycanlılara məhz milli mənsubiyyətinə görə divan tutulduğunu, soydaşlarımızın qətl və amansız işgəncələrə məruz qaldığını vurğulayıb. Ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə azərbaycanlıların soyqırımına əsl hüquqi və siyasi qiymətin verildiyini vurğulayan natiq, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il 30 dekabr tarixli “Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” Sərəncamı bu istiqamətdə mühüm addımlardan biridir.
Daha sonra tarixçi alim BDU-nun professoru Anar İsgəndərov “31 mart azərbaycanlıların soyqırımı: sənədlər və tarixi faktların şahidliyi”, politoloq Elman Nəsirov “Azərbaycanlılara qarşı soyqırımı siyasəti: tarix və müasirlik kontekstində”, tarixçi alim və millət vəkili Rafael Cəbrayılov “31 mart azərbaycanlıların soyqırımının hüquqi-siyasi tərəfləri” mövzusunda çıxışlar ediblər. Natiqlər imperialist dövlətlərin dəstəyi ilə əzəli Azərbaycan torpaqlarında məskunlaşdırıldıqdan sonra ermənilərin daim soydaşlarımıza qarşı məkrli və təcavüzkar planlar həyata keçirdiklərini vurğulayıblar.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

