Qaradağda 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib
01.04.2014 [09:20]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatı Gənclər Birliyi və rayon Gənclər İdman İdarəsinin birgə təşkilatçılığı ilə Səngəçal qəsəbəsində yerləşən N saylı hərbi hissədə 31 mart -Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan hərbi hissənin komandir müavini Əliyar Əliyev deyib ki, 31 mart-2 aprel 1918-ci ildə azərbaycanlıların məruz qaldıqları soyqırımı nəticəsində milyonlarla soydaşımız tarixi vətənlərindən deportasiya olunub, on minlərlə azərbaycanlı ən amansız üsullarla qətlə yetirilib, saysız-hesabsız mədəniyyət və tarixi abidələr tamamilə dağıdılıb. O, 1918-ci ildə baş verən bu soyqırımını erməni şovinistlərinin azərbaycanlılara qarşı tarix boyu həyata keçirdiyi soyqırımı siyasətinin növbəti səhifəsi olduğunu vurğulayıb.
Daha sonra çıxış edən YAP Qaradağ rayon təşkilatının aparat rəhbəri Ruslan İsmayılov vurğulayıb ki, uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulan bu həqiqətlər Ümummilli liderimiz Heydər Əliyevin qətiyyəti və siyasi iradəsi nəticəsində üzə çıxarılıb, xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq mümkün olub. Soyqırımı aktlarının tarixindən, erməni vəhşiliyinin xronikasından danışan R.İsmayılov Azərbaycan həqiqətlərinin ilk dəfə Ümummilli lider Heydər Əliyevin gərgin səyləri nəticəsində obyektiv hüquqi-siyasi qiymətini almasını, Ulu öndərin müvafiq Fərmanı ilə 31 martın soyqırımı günü elan olunmasını xüsusi vurğulayıb. Tədbirdə Prezident İlham Əliyevin prinsipial mövqeyi, soyqırımı aktları ilə bağlı dünyanın müxtəlif ölkələrində keçirilən tədbirlərin nəticəsi olaraq erməni təbliğatının kəsərdən düşməsi və iflasa uğraması konkret faktlarla diqqətə çatdırılıb.
Rayon Gənclər və idman idarəsinin rəis müavini İlqar Qasımov isə deyib ki, 1918-ci il martın 31-də erməni şovinistləri Bakı Kommunasının köməyi ilə Azərbaycanda kütləvi qırğınlar, qətllər törətməklə bəşər tarixində misli görünməmiş soyqırımı həyata keçiriblər. O, azərbaycanlıların soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini bir daha xatırladaraq hazırda bu istiqamətdə ölkə rəhbərliyi, həmçinin, Heydər Əliyev Fondu tərəfindən məqsədyönlü və davamlı iş aparıldığını diqqətə çatdırıb. Qeyd olunub ki, tarixdə heç bir cinayət cəzasız qalmadığı kimi, ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər, soyqırımları mütləq lazımi hüquqi qiymətini alacaq, ermənilər insanlıq əleyhinə yönəlmiş bu addımlarına görə mütləq cavab verəcəklər.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

