YAP-ın Sosial məsələlər üzrə komissiyasının iclası keçirilib
03.04.2014 [09:51]
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Sosial məsələlər üzrə komissiyasının iclası keçirilib. Komissiyaya YAP Siyasi Şurasının üzvləri - akademik Cəmil Əliyev, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev, Milli Məclisin deputatı Məlahət İbrahimqızı və professor Sudeyif İmamverdiyev daxildir.
Komissiyanın sədri, YAP İdarə Heyətinin üzvü, partiyanın Səbail rayon təşkilatının sədri Zahid Qaralov iclasın gündəliyi haqqında məlumat verib. Gündəliyə komissiyanın 2014-cü il üçün iş planının müzakirəsinin daxil olduğunu deyən Z.Qaralov ümumilikdə, partiyanın komissiyalarının yaradılmasının əhəmiyyətli olduğunu bildirib. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə YAP-ın yaradılmasının cəmiyyətdə köklü dəyişikliklərə səbəb olduğunu deyən Z.Qaralov bildirib ki, bu amil ölkəmizdə sosial inkişafa da yol açıb. YAP-ın bu gün cəmiyyətin həyatında mühüm rol oynadığını söyləyən Z.Qaralovun sözlərinə görə, komissiyaların yaradılması ölkəmizdə müxtəlif sahələrlə əlaqədar görülən işləri diqqətdə saxlamaq, qarşıda duran vəzifələrlə bağlı tədbirlər keçirmək, müəyyən təkliflərlə çıxış etmək məqsədi daşıyır: “Yəni komissiyaların fəaliyyəti ümumi işimizin xeyrinə olacaq”.
Onun sözlərinə görə, YAP-ın Sosial məsələlər üzrə komissiyası da ölkəmizdə həyata keçirilən sosial siyasətlə bağlı məsələlərlə məşğul olacaq. Belə ki, bu sahəyə aid istiqamətlər üzrə görülən işlər təhlil ediləcək, müsbət məqamlar təqdir olunaraq cəmiyyətə çatdırılacaq, eləcə də, həllini gözləyən məsələlər, bir sıra çatışmazlıqlar müvafiq qurumların iştirakı ilə müzakirə ediləcək. Bu məqsədlə, komissiya il ərzində bir sıra tədbirlərin keçirilməsini nəzərdə tutur.
İclasda komissiya üzvləri və dəvət olunmuş şəxslər çıxış edərək iş planı haqqında fikirlərini bildiriblər. Çıxış edən Hadi Rəcəbli bildirib ki, son illər əhalinin sosial müdafiəsi sahəsində ciddi tədbirlər həyata keçirilir. Onun sözlərinə görə, amma bu istiqamətdə görülən işlər tam başa çatmayıb. “Əhalinin sosial müdafiəsi sahəsində görüləsi işlər də var. Son vaxtlar dövlət başçısının verdiyi qərarlar bu prosesin davamlı olduğunu bir daha təsdiqləyir. Hesab edirəm ki, gələcəkdə də sosial müdafiənin gücləndirilməsi, sosial dövlət quruculuğu yönündə ciddi addımlar atılacaq”, - deyə komitə sədri vurğulayıb.
H.Rəcəbli qeyd edib ki, Qarabağ müharibəsi əlillərinə mənzillərin verilməsi məsələsinin daha da təkmilləşdirilməsi nəzərdə tutulur. Belə ki, əgər indiyə qədər bu təbəqə üçün binalar tikilirdisə, gələcəkdə hazır tikilmiş binalardan mənzillərin dövlət hesabına alınıb Qarabağ əlillərinə verilməsi gözlənilir. Onun sözlərinə görə, YAP-ın Sosial məsələlər üzrə komissiyası sosial sahədə mövcud durumu təhlil etmək, görüləcək işlərlə bağlı müəyyən təkliflərlə çıxış etmək baxımından öz töhfələrini verməlidir.
Komissiya üzvü Musa Quliyev də komissiyalarının yaradılmasının partiyanın nüfuzunun daha da artmasına təsir göstərəcəyini, cəmiyyət ilə dövlət qurumları arasında körpü rolunu oynayacağını bildirib. M.Quliyev deyib ki, sosial sahədəki uğurları təqdir etməklə yanaşı, müəyyən problemlər də diqqətdə saxlanılmalı və komissiyanın müzakirəsinə çıxarılmalıdır: “Bunların sırasına icbari tibbi sığortanın tətbiqi və əmək müqavilələrinin bağlanmasında şəffaflığın təmin olunması məsələlərini də daxil etmək lazımdır. Komissiyanın bu mövzularda keçirilən tədbirlərinə müvafiq dövlət qurumlarının nümayəndələri də dəvət olunmalıdır”.
Komissiyanın digər üzvü Məlahət İbrahimqızı bildirib ki, dünya təcrübəsində də hakim partiyaların nəzdində komissiyaların fəaliyyət göstərməsi faktları var: “Çünki hakim partiyalar daha çevik, mobildir, əhaliyə yaxındır və problemlərin həlli ilə məşğuldur. Bu baxımdan, fikrimcə, partiyamızın komissiyalarının fəaliyyəti səmərəli nəticələr verəcək. Hesab edirəm ki, komissiyaların qəbul etdiyi qərarlar partiyanın rayon təşkilatlarında da müzakirə olunmalıdır”.
İclasda iştirak edən Səhiyyə Nazirliyinin nümayəndəsi Azad Kərimli də çıxışında əhalinin sağlamlığının qorunması ilə bağlı görülən işlərdən danışıb, eləcə də, ekologiyanın təmizliyi, Bakı şəhərində yaşıllıqların qorunmasının zəruriliyindən bəhs edib.
Toplantıda, həmçinin, professor Sudeyif İmamverdiyev, Milli Məclisin Sosial siyasət komitəsinin üzvləri Rauf Əliyev, Sədaqət Vəliyeva və Sevinc Hüseynova çıxış edərək komissiyanın işi ilə bağlı fikir və təkliflərini bildiriblər.
Sonda YAP-ın Sosial məsələlər üzrə komissiyasının 2014-cü il üçün iş planı qəbul olunub.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

