Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının yaradılmasının 21 ili tamam olur
24.07.2014 [10:01]
Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının yaradılmasının 21 ili tamam olur. 1993-cü il 23 iyulda dövrün təzyiqlərinə və qadağalarına baxmayaraq, Yeni Azərbaycan Partiyasının dahi Heydər Əliyev ənənələrinə sadiq bir qrup təəssübkeşinin iştirakı ilə Gəncə şəhər təşkilatının təsis konfransı keçirildi. Həmin vaxt partiya sıralarına gələnləri yalnız bir məqsəd düşündürürdü: Azərbaycanın müstəqilliyini qorumaq və xalqı gözləyən təhlükələrdən, fəlakətlərdən xilas etmək. Xalq isə Ulu öndər Heydər Əliyevdən kömək gözləyirdi. Xalqın təkidli tələbi ilə görkəmli dövlət xadimi Heydər Əliyev hakimiyyətə gəldi. Onun memarı və qurucusu olduğu Yeni Azərbaycan Partiyası iqtidar partiyası oldu. Dahi Heydər Əliyev müdrik və uzaqgörən siyasəti ilə xalqı nicat yoluna çıxardı, müstəqilliyimizi əbədi və dönməz etdi.
Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının 21 illik fəaliyyətində çətin və şərəfli missiyanı yerinə yetirən partiya veteranlarının, ziyalıların, gənclərin, qadınların layiqli xidmətləri unudulmazdır. Şəhər təşkilatı fəaliyyət göstərdiyi 21 il ərzində kəmiyyətcə böyüyüb, inkişaf edib ideoloji iş təcrübəsini təkmilləşdirib, demokratik seçki təcrübəsinə nail olaraq, bütün seçkilərdə Yeni Azərbaycan Partiyasının qələbələrinə öz töhfələrini verib.
Hazırda 258 ərazi ilk partiya təşkilatında 31069 nəfər partiya üzvü birləşir. Onların 57 faizi gənclər, 63 faizi qadınlardır. 2013 cü ildə partiya sıralarına 3499 nəfər, bu ilin altı ayında isə 1146 nəfər qəbul edilib. Partiya sıralarına gələnlərin əksəriyyətinin gənclər olması Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin xalqımızın bütün təbəqələrinin, xüsusən gənclərin arasında yorulmaz fəaliyyəti, misilsiz xidmətləri ilə daha böyük inam və etibar, hörmət və nüfuz qazanmasını təsdiq edir.
Ölkə rəhbərliyinin hərtərəfli qayğısı, Heydər Əliyev Fondunun köməyi və dəstəyi, şəhər icra strukturunun səmərəli fəaliyyəti nəticəsində son illər Gəncədə böyük uğurlar əldə edilib. Bu uğurların qazanılmasında YAP Gəncə şəhər təşkilatının müstəsna xidmətləri var. Şəhər rəhbərliyi ilə partiya təşkilatı arasında yaranan sıx əlaqələr qazanılan qələbələrin əsas meyarıdır.
Bu gün Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının fəaliyyəti kökündən dəyişib, yenilənib və daha da canlanıb. Keçirilən tədbirlər, diskussiyalar, müzakirələr, seminarlar, “dəyirmi masalar”, forumlar, konfranslar gənclərin fəallığına, ideoloji-siyasi səviyyəsinin yüksəlməsinə, fəal həyat mövqeyinin formalaşmasına əhəmiyyətli təsir göstərir.
Bütün gəncəlilər, xüsusən partiya fəalları ölkəmizdə, qədim Gəncə şəhərində sürətli inkişaf və tərəqqinin uğurlarına sevinir, Vətənimizin dünya miqyasında nüfuzunun artmasına görə qürur duyurlar.
Biz - bütün partiya fəalları bəyan edirik ki, xoşbəxt gələcəyimizin və qələbələrimizin təminatçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə daim birlikdəyik.
YAP Gəncə şəhər təşkilatının yaradılmasının 21 illiyi münasibəti ilə İdarə Heyəti və Şura üzvləri adından bütün partiya üzvlərini səmimi-qəlbdən təbrik edir, Vətənimizin tərəqqisi, xalqımızın firavanlığı, xoşbəxt gələcəyi, doğma şəhərimiz Gəncənin inkişafı, daha da gözəlləşməsi naminə ictimai-siyasi fəaliyyətlərində yeni-yeni qələbələr arzulayıram.
Naqif HƏmzƏyev,
YAP Gəncə şəhər təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

