/ / YAP Qaradağ rayon təşkilatı Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar tədbir keçirib
YAP Qaradağ rayon təşkilatı Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar tədbir keçirib
06.05.2015 [10:06]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatı Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar tədbir keçirib. Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Aydın Hüseynov, YAP Siyasi Şurasının üzvü, partiyanın Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə, “SƏS” Media Qrupun rəhbəri Bəhruz Quliyev və partiyanın rayon təşkilatının fəalları iştitak ediblər.
Tədbiri YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov açaraq bildirib ki, Ulu öndər Heydər Əliyev Azərbaycan xalqı və dövlətimiz qarşısında misilsiz xidmətlər göstərib: “Ulu öndər Heydər Əliyevin hələ Sovet İttifaqı dövründə ölkəmizə rəhbərlik etdiyi 13 ildə Azərbaycanın inkişafı naminə gördüyü işlər, müstəqillik qazandıqdan sonra isə Azərbaycan dövlətçiliyinin xilası və müstəqilliyimizin əbədiliyini təmin etmək üçün reallaşdırdığı qlobal miqyaslı layihələr məhz ölkəmizin tərəqqisini təmin edib. Bu inkişafı xalqımızın hər bir nümayəndəsi görür, dərk edir və alqışlayır. Ümummilli liderimiz müstəqil dövlətin əsl mənada qurulması, onun iqtisadi, hərbi, mədəni potensiallarının hərəkətə gətirilməsi üçün vacib şərt olan sabitlik yaratdı”.
A.Hüseynov deyib ki, bu gün Ulu öndər tərəfindən əsası qoyulan siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla və müasir dövrün tələblərinə uyğun davam etdirilir. Bu isə nəticə etibarilə Azərbaycanın həm sürətli inkişafını, həm də beynəlxalq mövqelərinin daha da gücləndirilməsini təmin edib.
Çıxış edən millət vəkili Aydın Mirzəzadə qeyd edib ki, Heydər Əliyev dühasının, əzəmətinin qeyri-adiliyi onda idi ki, O, dağılmaq, parçalanmaq həddində olan Azərbaycanı, çökməkdə olan dövlətçiliyimizi qorudu, cilaladı, möhkəmləndirdi, əzəmətə gətirdi: “Ulu öndər Heydər Əliyev ölkəni təhdid edən vətəndaş müharibəsinin, qardaş qırğınının qarşısını aldı. Azərbaycan inkişaf edir və inkişaf etdikcə dünya birliyində layiqli yerini tutur. Sadalanan fikirlər Heydər Əliyev faktorunun sübutudur. Beləliklə, Ulu öndərin əsasını qoyduğu inkişaf siyasəti nəticəsində bu gün Azərbaycan çiçəklənən və qüdrətlənən bir ölkəyə çevrilib. Bu gün iftixar hissi ilə qeyd edə bilərik ki, Heydər Əliyev siyasəti Onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasət nəticəsində Azərbaycan dünyanın ən öncül dövlətləri sırasında yerini alıb”.
Daha sonra çıxış edən “SƏS” Media Qrupun rəhbəri Bəhruz Quliyev deyib ki, Azərbaycanın əldə etdiyi iqtisadi uğurların, milli-mənəvi dəyərlərimizin qorunmasının və inkişaf etdirilməsinin, çoxşaxəli inkişafının əsasında Heydər Əliyev zəkasından, müdrikliyindən bəhrələnən düşünülmüş siyasət dayanır: “Azərbaycanın dünya birliyinə qətiyyətli inteqrasiyası bir daha göstərir ki, dövlətimizin inkişaf strategiyasını uzaqgörən siyasəti ilə müəyyənləşdirən Heydər Əliyev dühası, zəkası neçə-neçə on illər üçün hesablanmışdır. Həmin ideyaların reallaşması dahi siyasətçinin dövlətçilik təcrübəsinin, uzaqgörən siyasətinin nəticəsidir. Bu baxımdan, Azərbaycan xalqı özünü xoşbəxt hesab edə bilər. Tarixdə barmaqla sayıla biləcək qədər dövlət başçısı tapılar ki, Heydər Əliyev kimi Liderlik adını, xalqının dəstək və etimadını qazansın”.
Digər çıxış edən tədbir iştirakçıları da Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi və xalqımız qarşısındakı misilsiz xidmətlərindən, Ümummilli liderin əsasını qoyduğu siyasi kursun bu gün uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın qüdrətli dövlətə çevrilməsindən danışıblar.
Xəbər lenti
Hamısına baxDünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41
YAP xəbərləri
08 Sentyabr 17:40
Dünya
08 Sentyabr 17:28
Sosial
08 Sentyabr 17:15
Siyasət
08 Sentyabr 17:11
YAP xəbərləri
08 Sentyabr 17:01
YAP xəbərləri
08 Sentyabr 16:59
YAP xəbərləri
08 Sentyabr 16:48
Din
08 Sentyabr 16:47
YAP xəbərləri
08 Sentyabr 16:36
YAP xəbərləri
08 Sentyabr 16:33
Dünya
08 Sentyabr 16:30
Elanlar
08 Sentyabr 15:49
YAP xəbərləri
08 Sentyabr 15:47
Dünya
08 Sentyabr 15:45
Diaspor
08 Sentyabr 15:41
Hadisə
08 Sentyabr 15:34
Elm
08 Sentyabr 15:33
Sosial
08 Sentyabr 15:26
Sosial
08 Sentyabr 15:25
Dünya
08 Sentyabr 15:17
Analitik
08 Sentyabr 14:31
İqtisadiyyat
08 Sentyabr 14:28
Dünya
08 Sentyabr 14:25
Gündəm
08 Sentyabr 14:22
Dünya
08 Sentyabr 14:10
Dünya
08 Sentyabr 13:39
Dünya
08 Sentyabr 13:10
Siyasət
08 Sentyabr 12:42
Dünya
08 Sentyabr 12:14
Hadisə
08 Sentyabr 11:58
Gündəm
08 Sentyabr 11:35
İqtisadiyyat
08 Sentyabr 10:40
İqtisadiyyat
08 Sentyabr 10:18
Analitik
08 Sentyabr 09:44
Analitik
08 Sentyabr 09:20
Sosial
08 Sentyabr 08:53
Sosial
08 Sentyabr 08:35
Sosial
08 Sentyabr 07:25
Dünya
07 Sentyabr 23:39
Dünya
07 Sentyabr 23:15
İdman
07 Sentyabr 22:43
Xəbər lenti
07 Sentyabr 22:30
Dünya
07 Sentyabr 22:17
Dünya
07 Sentyabr 21:59
YAP xəbərləri
07 Sentyabr 21:51
YAP xəbərləri
07 Sentyabr 21:43
YAP xəbərləri
07 Sentyabr 21:41
YAP xəbərləri
07 Sentyabr 21:35
YAP xəbərləri
07 Sentyabr 21:33
Dünya
07 Sentyabr 21:24
YAP xəbərləri
07 Sentyabr 21:09
İqtisadiyyat
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:06

